İnsan sümüklərindən tikilmiş kilsə, rəqs edən ev və dünyanın ən dadlı pivəsi - - FOTO/VİDEO
Bizi izləyin

Yolçu

İnsan sümüklərindən tikilmiş kilsə, rəqs edən ev və dünyanın ən dadlı pivəsi - - FOTO/VİDEO

Çexiya sanki turizm üçün yaradılıb. Avropanın lap ürəyində yerləşən bu kiçik dövlət artıq bir neçə yüzilliklərdir ki, romantik istirahət və ekskursiya üçün gözəl yer kimi turistlərin diqqətini cəlb edir.

Çexiya sanki turizm üçün yaradılıb. Avropanın lap ürəyində yerləşən bu kiçik dövlət artıq bir neçə yüzillikdir ki, romantik istirahət və ekskursiya üçün gözəl yer kimi turistlərin diqqətini cəlb edir. Bu sehrli ölkənin hər şəhəri öz nadir tarixi və görməli yerləri ilə öyünə bilər. Demək olar ki, onların hər birində qədim saray, qəsrlər var.

Beləliklə, Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları Çexiyaya virtual səyahətə dəvət edirik. Odur ki, yolçu yolda, gözlər isə yazıda gərək...

Çexiya və ya rəsmi adı Çex Respublikası olan bu diyar Şərqi Avropada yerləşir. Çexiya 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür və Şengen zonasına daxildir. Ölkə tarixən 2 vilayətdən - Bohemiya və Moraviyadan ibarət olub. Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Ölkənin paytaxtı Praqa şəhəridir. Praqa Çexiya Respublikasının ən böyük şəhəridir.

Tanrının Çexiyaya ən böyük mükafatı

Göllər, meşələr, çaylar, dağlar, çəmənlər... Tanrı Çexiyaya dünyanın ən gözəl təbiəti ilə mükafatlandırıb. Çexiyanın 30%-i meşələrlə əhatələnib. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Mərkəzi Avropa ölkələrində olduğu kimi Çexiyanın qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur.

Природа Чехии

Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.

Karlov körpüsü

Çexiyanın ən məşhur Karlov körpüsü Vltavoy çayı üzərində ucalır və Köhnə şəhəri Praqa Qəsri ilə birləşdirir. Karlov Körpüsü qum bloklarından hörülüb və onun 16 böyük qapısı var. Körpü boyunca xristian süjetləri ilə işlənmiş 30 heykəltəraşlıq nümunələri quraşdırılıb və bura Praqanın ən diqqətəlayiq yerlərindən biri hesab edilir. Yüzilliklər ərzində körpü həm mövcud nəqliyyat qovşağı, həm müdafiə qurğusu, həm Praqa marafonu marşrutunun bir hissəsi, həm də çəkiliş meydançası kimi xidmət edib. Məsələn, Tom Kruzun baş rolda çəkildiyi Brayn De Palmanın “Missiya: Həyata keçirilmədi” filmi burada lentə alınıb.

Чехия

Körpünün ilk təməli 1357-ci il iyulun 9-da qoyulub. Karlov körpüsünün təməlinin qoyulması gününü IV Karlın münəccimlərin məsləhəti ilə seçilib. Qotika üslubunda tikilmiş nadir memarlıq incisi olan Karlov körpüsünün tikintisi XV əsrin əvvəllərində başa çatıb. Yeri gəlmişkən, gələn il körpünün 660 illiyi tamam olacaq. 1841-ci ilədək bu körpü Çexiya paytaxtından axan çayın üstündən keçmək üçün yeganə qurğu olub.

Heyrətamiz memarlıq nümunələri

Çexiya öz gözəl memarlıq abidləri ilə məşhurdur. Praqada Staromestkaya meydanı nəyə desən dəyər. Hərçənd ki, bu gözəl ölkənin görməli yerlərini və digər memarlıq abidələri də xüsusi qeyd etmək lazımdır. Məsələn, illər əvvəl, texnikanın inkişaf etmədiyi dövrdə insanların ucaltdığı qorxulu və əzəmətli qotik kilsələr keçmişin irsi xatırladacaq. Əgər sarayları görmək istəyirsinizsə, onda əyalətlərə getməlisiniz. Ən görməli yerlərə Krjivoklat qalalarını, həmçinin YUNESKO-nun dünya irsi siyahısına yazılan Kunta şəhərciyini nümunə göstərmək olar. Əgər 18-ci əsrə aid olan Monte-Karlonu görmək istəyirsinizsə, Karlovı Varı şəhərciyinə gedin, orada ecazkar mühiti yaradan nəfis memarlıq abidələri və isti mineral bulaqlar sizi nağıllar dünyasına aparacaq.

Замки Чехии

Çexiya saraylar ölkəsidir. Rəsmi məlumatlara görə, Çexiyada 2,5 minə yaxın qala və qəsrlər var. Buna görə də, Çexiyanı bəzən “Əfsanələr ölkəsi” adlandırırlar. Bu ecazkar ölkədə hər kəs öz ruhuna uyğun gələn romantik, əzəmətli, tənha, sarsılmaz və ya tarixi saraylar tapa bilər. Ekskursiya zamanı turistlərə qədim tarixi qalalar, silah və məişət əşyaları və incəsənət əsərləri göstərilir. Ümumiyyətlə, dövlət turistlərin marağını buraya cəlb etmək üçün hər şeyi edir və tarixi irsini göz bəbəyi kimi qoruyub saxlayır. Ən məşhur saraylara Kartlşteyn, Zvikov, Lednie, Şecki-Şternberk, Deteniçe və Orliki misal çəkmək olar.

поехать в Чехию

Praqa

Avropanın ən gözəl şəhərlərindən birinin təqdimata ehtiyacı yoxdur. Çexiyanın paytaxtını sevməmək mümkün deyil. Bu şəhərdə hər kəs özünə aid olan doğmalıq tapacaq. Bunun üçün sadəcə rahat ayaqqabı geyinin və gəzməyə yollanın.

Şəhərə bu ad gözəl şəhərə səfalı iqliminə, dağ havasına, təbii sərvətlərinə görə verilib. Praqanın yaranması haqda dolaşan əfsanələr dillər əzbəridir. Libuşe adlı sehrbaz qarabasmalarının birində Praqa adlı diyarı yuxuda görür və bununla da röyada görünən şəhər çox keçmir ki, gerçəyə çevrilib.

Karlov körpüsü bu gözəl şəhəri iki hissəyə ayırır. Bir tərəfdə Staromestskaya meydanı, keçmiş yəhudi gettosu, Vaçlavskaya meydanı və rəqs edən ev yerləşir.

Rəqs edən ev

Прага

Digər tərəfdə isə Praqa qəsri və çoxsaylı bağları, Müqəddəs Vitta kilsəsini və bütün şəhərin mənzərəsinin göründüyü Petrşin təpəsinə qalxan funikulyoru ziyarət etmək olar. Bura bütün romantiklərin sığınacağıdır. Bu gözəl mənzərəni izləmək üçün sadəcə funikulyora minib və ya şəhərin çoxsaylı təpələrindən birinə qalxmaq lazımdır.

Чехия

Dünyanın ən dadlı pivəsi

Пиво

Пиво

Dünyanın ən yaxşı pivələrini siz yalnız Praqada dada bilərsiniz. Çexiyada pivə çəkmə sənəti geniş yayılıb. Çexlərdə pivə nəsilləri birləşdirən dəyər kimi qiymətləndirilir. Pivənin məşhur Budvar növü bir çox vitaminlərlə zəngindir. Bu pivənin suyu 300 metr dərinliyi olan artezian quyusundan çıxardılır. Çex pivəsi ağzının dadını bilənlər üçün əsl cənnətdir. Yüksək keyfiyyətli çex pivəsinin dadlı olmasını hətta ən sərt alman ekspertləri də etiraf edir. Belə ki, "European Beer Star" (Avropanın pivə ulduzu) müsabiqəsində Çexiyanın 3 pivə markası mükafata layiq görülüb.

Ucuz şoppinq

шопинг в Чехии

Çexiyada bütün məşhur geyim və ayaqqabı brendlərinin mağazalarına rast gələ bilərsiniz. Məhsulların qiyməti xüsusi ilə modapərəstləri sevindirəcək. Səbəb sadədir - burada qiymətlər çox aşağıdır. Bundan əlavə, mövsüm endirimlərində siz premium səviyyəli brendlərin məhsullarını almaqla cibinizə kifayət qədər qənaət etmiş olacaqsınız. Alış-veriş üçün ən uyğun yerlər Praqanın mərkəzində dünya brendlərinin məhsullarının satıldığı “Palladium”, “Kotva” kimi bir neçə iri ticarət mərkəzləridir.

Turistlər üçün əla şərait

карловы вары 4

Çexiyada xidmət sahəsi yüksək səviyyədir və işçilərin çoxu rus dilində sərbəst danışır. Ona görə də sizdə ünsiyyətlə problemi yaranmayacaq. Bundan başqa, Çexiyada mənzil kirayələrinin qiyməti də münasibdir. Məsələn, bir günlük mənzil kirayəsi sizə 50 avroya başa gələcək. Ölkəni istər avtobusla, istərsə də qatarla səyahət etmək olar. Çexiya inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Dəmir yollarının dörddə birində elektrikli qatarlar çalışmaqdadır. Praqa və ölkənin digər böyük şəhərləri hava nəqliyyatı ilə bir-birinə bağlıdır.

Çex suvenirləri

Русская Прага

Xanımlar üçün ən sevimli və dəyərli hədiyyə kimi tanınan çex suvenirləri dünyada məşhurdur. “Mozer” firmasının suvenir - büllur qabları bütün dünyada populyardır. Çexiyada məşhur olan daha bir aksessuar - duzlara hopdurulan güldür. Belə gül uzunmüddətli qalır.

Üzüm yığımı bayramı

vinograd-krasnyy-listya-yagody

Çexiyada çoxlu sayda üzüm bağları və növləri var. Üzüm yığımı vaxtı gələndə çexlər bu hadisəni bayram etmək məqamını əldən buraxmır. Meydanlarda yetişmiş üzümdən hazırlanmış şirələr, eləcə də şərab və araq yarmarkaları təşkil edilir. Bu, noyabrın 11-də, 11 saat və 11 dəqiqə davam etdiyi Müqəddəs Martin Günündə baş verir.

Çex mətbəxi

Yerli mətbəxi haqqında ondan başlamaq lazımdır ki, bütün yeməklər lori dildə desək, pivə ilə yaxşı “gedir”. Çex mətbəxinin əsas menyusunu: donuz balası, qızardılmış pendir, xüsusi sousda servis olunan kolbasa, ət və kartofdan hazırlanmış müxtəlif yeməklər təşkil edir. Buraya gələndə ilk növbədə ət yeməklərini dadmaq lazımdır, çünki dəniz məhsulları Avropa qitəsinin mərkəzində yerləşən Çex mətbəxinə yaddır. Burada yemək porsiyaları iki nəfərə kifayət edəcək qədər böyükdür, ən əsası qiymətlər sərfəlidir.

Əlbəttə ki, ştridel şirniyyatını qeyd etməmək olmaz. Bu şirniyyatı istənilən restoranda sifariş vermək mümkündür. Ştridel 3 inqrediyentdən: alma, kəsmik, xaşxaş və ənənəvi yağlı xəmirdən hazırlanır. Şirniyyat ustaları zövqdən asılı olaraq almanı mövsüm meyvələri ilə əvəzləyir. Milad bayramı üçün isə xüsusi olaraq kişmişli və qozlu variantı bişirilir.

1385099594616141

Müalicəvi sular

Çexiya təkcə romantik istirahət və ekskursiyalardan ibarət deyil, həm də müalicəvi suları ilə zəngindir. Çexiya sanatoriyaları da turistləri cəlb edən əsas amillərdən biridir. Ən müxtəlif xəstəlikləri olan insanlar müalicə olunmaq üçün Çexiyanı seçir. Müalicəvi amillər bunlardır: mineral sular, habelə təmiz hava və (dağ və iynəyarpaqlı təmiz havası) müalicəvi palçıq. Bunlarla yanaşı, yüksək keyfiyyətli servisi və ən müasir tibbi texnologiyalarla müxtəlif növ müalicə və profilaktika ilə xariqələr yaradacaq.

Xizəklə sürüşmək

Siz sağlam həyat tərzi sürürsünüz? Onda Çexiyanın qış turizmini seçin. Çexiyanın şimal-şərqində, Polşa ilə sərhəddə Krkonoşi dağları yerləşir. Çexiyanın əsas dağ-xizək kurortları orada yerləşir. Onlarda sizin istirahətinizin yüksək səviyyədə keçməsi üçün bütün şərait yaradılıb: restoranlar, diskotekalar, əyləncə mərkəzləri və s. Əlbəttə, çex kurortları Alp zirvələri ilə öyünə bilməz, yolların uzunluğuna və dağ xizək idmanına, həmçinin sürüşmə zonalarının müxtəlifliyinə görə Çexiya digər Avropa ölkələrindən geri qalır. Amma onlarla müqayisədə burada qiymətlər turistləri təəccübləndirəcək dərəcədə xeyli ucuzdur.

Yeni ili qeyd etmək üçün ən gözəl şəhər

praga-chehiya-staromestskaya

Əgər siz bütün avropalıların əsas bayramının abı-havasını duymaq istəyirsinizsə, yolunuzu Çexiyadan salın. Təkcə Praqa deyil, bu ölkənin istənilən digər şəhəri bir neçə günlük möcüzələr diyarını xatırladır. Meydanlarda hamı milli şirniyyata qonaq edilir, küçələri yarmarkalarda satılan darçın qoxusu bürüyür, çexlər və qonaqlar ölkənin ənənəvi milad içkisi - isti qlintveyn içirlər. Bundan başqa küçədə kiçik qablarda satılan şəkərli çex krendellərinin dadına baxmağı unutmayın və mütləq kilsəyə baş çəkin. Burada bibliya mövzusunda mahnıları eşitmək olar.

Haşiyə: Çexiyada turizm mövsüm sentyabrda başa çatır və bir də apreldə başlanır. Bu isə o deməkdir ki, Çexiyanı oktyabrda səfər etmək sizə daha ucuz başa gələcək. Üstəlik, payızda səyahət etmək üçün çoxlu arqument var. Birincisi, qotik kilsələr və Praqanın dar daş küçələri məhz tutqun payız səması altında daha dərin təsir bağışlayır. İkincisi, bu mövsümdə Çexiyada çoxlu bayramlar keçirilir, bu zaman şəhərlərin mənzərəsi dəyişir, qızılı rəngə boyanır. Və heç də yayın parlaq rənglərindən geri qalmır.

Xüsusi qeyd etmək lazımdır ki, Çexiya vizası sizə ölkənin bütün görməli yerlərini ziyarət etmək üçün deyil, həm də digər Avropa ölkələrinə getməyə imkan verir. Məsələn, Çexiyadan Budapeşt, Vyana, Münxen, Nürnberq, Drezden və hətta Parisə getmək olar.

Çexiya haqqında maraqlı faktlar

Çexiyada hazırlanan pivə dünyanın ən dadlı pivəsi hesab edilir.

Çexiyada mövcud olan qanuna əsasən, şəhərdə plastik şüşə paketləri və yaxud peyk antenalarına rast gələ bilməzsiniz. Belə ki, şəhərin görünüşünü pozmaq qadağandır.

Çexiya marixuanadan istifadə səviyyəsinə görə Avropada ilk pillədədir.

Burada insan sümüklərindən inşa edilmiş kilsə mövcuddur. Bir zamanlar bura müqəddəs ərazi hesab edilirdi. 14-cü əsrdə vəba xəstəliyi zamanı məhz burada 30 min insan basdırılıb. 18-ci əsrdə bura yeni “sahiblər” gəlir və həmin sümükləri çıxararaq onlardan sözügedən kilsəni inşa edirlər.

Çexiyada kafedə etdiyiniz nahar evdə hazırlayacağınız nahardan ucuz başa gələcək.

Çexiya şəhərlərində siqaret çəkən insanlara çox nadir hallarda rast gələ bilərsiniz. Hərəkət edərkən siqaret çəkənləri isə ümumiyyətlə, çox az halda görə bilərsiniz.

Əcnəbilər üçün çex dili dünyanın ən çətin dillərindən biri hesab edilir. Belə ki, bu dildə elə sözlər var ki, onun tərkibində ümumiyyətlə sait səslər yoxdur.

Çexiyada ən yüksək maaşlı vəzifələrdən biri baytardır. Şəhər küçələrində bir çox insanlar öz heyvanları ilə gəzirlər və bu hal burada müsbət məqam kimi qiymətləndirilir. Çexiyada demək olar ki, evsiz heyvan yoxdur.

Ölkə küçələrində hündürdaban ayaqqabı ilə hərəkət edən qadına rast gəlmək mümkünsüzdür. Belə ki, burada qadınlar daha rahat tərzə üstünlük verir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm