Türkiyədə həbslər başlandı: Ərdoğanın qisası? - Şok adlar
Bizi izləyin

Nida.az

Türkiyədə həbslər başlandı: Ərdoğanın qisası? - Şok adlar

Bu gün Türkiyədə 2013-cü il “17 aralık” əməliyyatını həyata keçirmiş polis əməkdaşlarına qarşı əks əməliyyat başlayıb.

Publika.az türk mediasına istinadən xəbər verir ki, həbs olunan polis rəisləri Türkiyənin yaxın tarixində əks-səda yaratmış Hrant Dink, Ergenokon, Poyrazköy, Qəfəs, Admirallara sui-qəsd, Balyoz əməliyyatlarında iştirak ediblər.

Ömər Köse

Həbs olunan şəxslər arasında olan Terrorla mübarizə idarəsinin keçmiş müdiri Ömər Köse uzun illər İstanbul Terror bürosunda işləyib. Həmin dönəmdə hökuməti devirməyə cəhd üzündən başlayan Ergenokon, PKK-nın üst təşkilatı KCK kimi əməliyyatlarda iştirak edib. Amma əsl kritik nöqtə hökumətlə Gülən camaatı arasında ötən ilin 17 və 25 dekabrında rüşvət əməliyyatında baş verdi. Həmin əməliyyatdan sonra o vəzifədən uzaqlaşdırıldı.

Yurt Atayün


Yurt Atayün də Ömər Köse kimi Terrorla Mücadilə İdarəsinin kçemiş müdiri olub, KCK əməliyyatında yer alıb. 2012-ci ilin 7 fevral tarixindəı Milli İstihbarat Təşkilatı (MİT) şefi Hakan Fidanı ifadə verməyə çağıran əməliyyat qrupunda iştirak edib. Sonra vəzifədən getdi. Ərdoğan MİT şefinin ifadəyə çağırıılmasına sərt təpki göstərərək “Alacaqsınızsa məni alın” demişdi.

Qaffur Ataç

Polis rəisi Qaffur Ataç keçmiş qərargah rəisi orgeneral İlker Başbuğ istintaqında yer alıb. Ergenokon işində həbs edilən İlker Başbuğun həbsxanaya götürüldüyü zaman maşında olan şəxs də o idi. Bununla yanaşı, KCK işində də iştirak etmişdi.


Kazım Aksoy


Kazım Aksoy Terrorla mübarizə idarəsində Yurt Atayünün köməkçisi idi. Ergenekon və Poyrazköy əməliyyatında yer alıb. MİT istintaqından sonra maliyyə şöbəsinə keçdi. Burdakı işi çətin idi. Belə ki, o maliyyə şöbəsinin müdir köməkçisi olduğu vaxt 12-25 dekabr əməliyyatları başlandı. Sonra o vəzifədən alındı. Kazım Aksoyun Yurt Atayün və Ömər Kösenin birgə iştirak etdiyi əməliyyatlardan biri də 2010-cu ildən bəri davam edən və qanunsuz dinləmələr həyata keçirildiyi iddia edilən “Selam Təşkilatı” istintaqıdır. Bu gün - 22 iyulda başlanan əməliyyatda həbs edilənlər arasında o da var.

Həbs edilən polislərə “Rəsmi sənədlərdə saxtakarlığa yol vermək”, “Vəzifədən sui-istifadə etmək”, “Məlumat sistemini pozmaq, faktları ox etmək, yaxud dəyişdirmək”, “Dövlətin təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq”, “Məlumat mübadiləsi gizliliyini pozmaq” ittihamları irəli sürülür.

Camaata bağlı bu polislərin 200-dən çox insanın telefon danışıqlarını qeyri-qanuni dinlədikləri iddia edilir. Telefon danışıqları qeyri-qanuni dinlənildiyi şəxslər arasında jurnalistlər, polis rəisləri, əsgərlər, yüksək məhkəmə mənsubları, iş adamları və siyasi partiya təmsilçilərinin olduğu deyilir.

Baş nazir Rəcəp Tayyip Ərdoğan İstanbul polisinin başlatdığı polisdəki “paralel təşkilatlanma” əməliyyatının başqa sahələrə də keçə biləcəyi sualına “Görünən budur” deyə cavab verib.

“Proses prosedura uyğun olaraq davam edəcək. Polis bu adların toplanmasını, prokurorluq araşdırılmasını, məhkəmə də qərarın verilməsinə baxacaq. Hazırda biz də izləyirik. Nələr çıxacaq, bunların hamısını görəcəyik”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm