Həbsxanada məhbuslar arasında keçirilən qaydasız döyüşlər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Həbsxanada məhbuslar arasında keçirilən qaydasız döyüşlər – FOTOLAR

Tailand həbsxanalarında məhbuslar arasında muay-tay üzrə yarışlar keçirilir. Şərq əlbəyaxa döyüşləri arasında muay-tay (onu tay-boks da adlandırırlar) ən sərt idman növü sayılır. Zahirən kikboksu xatırlatsa da, burada dirsək və diz zərbələrinə icazə var. Bu idman növüylə məşğul olanlar ayaq zərbəsi ilə ağac kötüyünü belə asanlıqla sındırır. Qolları, əlləri dəmir kimi möhkəm olur. Bunun üçün idmançılar illərlə xüsusi məşq edirlər.

Yəqin ki, Hollivud ulduzu Jan Klod Van Damın “Kikboksçu” filmini çoxunuz xatırlayırsınız. Bir vaxtlar bu film çox məşhur idi. Filmdə Van Damın rəqibi olan Tanq Po adlı tay boksçu məşq zamanı dizi ilə beton dirəyə vurur. Zərbələrdən dirək ovulur. Bu, həqiqətdir. Yəni onlar tək filmdə yox, reallıqda da bunu etməyə qadirdirlər.

Tailandda bu milli idmanla çox insan məşğul olur. Əgər tay boksçu həbsxanaya düşürsə, burada da işsiz qalmır. Əgər o, yaxşı döyüşçüdürsə, əla pul qazanmaq imkanı olur.

Çünki əksər Tailand həbsxanalarında məhbuslar arasında qaydasız döyüş keçirilir. Bəli, tam qaydasız. Azadlıqdakından fərqli olaraq, həbsxanada vuruşan tay boksçular bir-birinə istənilən zərbəni vura bilir. Hakim yoxdur, raund da yoxdur. Yeganə şərt qalib gəlməkdir. Sona kim ayaq üstə qala bilirsə, qalib odur. Bu qanlı yarışda qələbə çalmaq isə hər kəsə nəsib olmur.

Amma qalib gəldisə, digər məhbuslara nisbətən əlavə üstünlüyü olur. Əvvəla, müdiriyyət qaydasız döyüşlərdən yaxşı qazanc əldə edir və bu puldan qalibə də çatır. Digər tərəfdən, çempion məhbusun qadın yaxud bir başqa arzusu varsa, bu arzu yerinə yetirilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm