Dünya
İsrail bütün dünyadan təcrid olundu
İsrail dövləti demək olar ki, ən azı 24-saatlığına bütün dünyadan təcrid olunub. ANS PRESS-in məlumatına görə, ABŞ Federal Aviasiya İdarəsi (FAİ), Amerika hava yolu şirkətlərinin İsrailə uçuşlarını qadağan edib.
FAİ verdiyi açıqlamada Amerika hava yolu
şirkətlərinin Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava gediş-dönüş
uçuşlarının 24 saatlığına qadağan edildiyi bildirir. Qadağa qərarı
Ben-Qruion hava limanına 1,6 kilometr yaxınlığında bir kənddə
raketin partlaması ilə əlaqədardır.
ABŞ-nin qadağasından sonra Avropa Aviasiya
təhlükəsizliyi agentliyi də (EASA) aviaşirkətlərə eyni səbəbi
göstərək uçuşların dayandırılmasını tövsiyyə edib. Artıq Lutfhaqnsa
və ona aid olan şirkətlər, Norveç, Fransa, Türkiyə, Rusiya da daxil
olmaqla demək olar bütün dünya Hava Yolları şirkətləri İsrailə
uçuşları dayandırıb və ya geri uçuşları geri
çağırıb.
Hadisələrin gedişatından İsrail tərəfinin
narahatçılığı özünü gözlətməyə qoymadı. Təl-Əviv yaxınlığında
yerləşən David Ben-Qruion adına Beynəlxalq hava limanı “sərnişin
reyslərinin uçuş və enmələri üçün tam təhlükəsizdir”- deyə İsrail
Nəqliyyat nazirliyi xəbər yaydı.
Nazirliyin yaydığı xəbərdə həmçinin Ben-Qruion
hava limanının yüksək səviyyədə qorunduğu və təhlükəsiz olduğu qeyd
edilir.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı