İŞİD-dən əcaib qadağa - Manekenlərə niqab taxın – Fotolar
Bizi izləyin

Bilgi.az

İŞİD-dən əcaib qadağa - Manekenlərə niqab taxın – Fotolar

İŞİD İraqdakı mağaza sahiblərindən vitrində qoyulmuş manekenlərin üzünü örtməyi tələb edib. Cihadçılar İraqın ikinci ən iri şəhəri olan Mosulun işğalından sonra belə ultimatum verib. Belə ki, hərəkat sərt şəriət qaydalarına uyğun olaraq, insan bədəninin formasını əks etdirən incəsənət əsərlərinin də nümayişini qadağan edir.

Bu qərardan sonra Mosulda mağazalarda yerləşdirilmiş cansız kişi və qadın manekenlərinin də simaları örtülüb. Bununla yanaşı, İŞİD şəhərdə yaşayan xristian əhalisi üçün də sərt qaydalar qoyub. Xristianlar islam dinini qəbul etməli, əks halda, vergi verməli və ya ölüm cəzası almalıdır.

Nəticədə, şəhərdən bir çox insan qonşuluqda yerləşən Kürdüstan muxtariyyətinə köç edib. Hərbçilərin işğalınadək şəhərdə yaşayan 5 min nəfər xristian əhalidən 200-ü ərazini tərk edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm