Ən uzun iftar süfrəsi (FOTO)
Bizi izləyin

Bilgi.az

Ən uzun iftar süfrəsi (FOTO)

Türkiyədə rekord uzunluqda iftar süfrəsi açılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə Sivas şəhəri bələdiyyəsinin və yerli televiziyalardan birinin təşkilatçılığı ilə hazırlanan iftar mərasimi rekord göstərici ilə yadda qalıb. Belə ki, iftarda 20 min nəfər iştirak edib və iftar süfrəsi şəhərin məşhur İnönü bulvarı boyunca 1,5 km məsafədə uzanıb.

"Minlərlə insan tək bir süfrə" şüarı ilə təşkil edilən proqramda minlərlə insan azanın oxunması ilə bir süfrə başında, eyni anda iftarlarını açıblar.

İftardan sonra dua edən mərasim iştirakçıları dualarında Qəzzalıları da unutmayıblar və Allahdan onlara kömək diləyiblər.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm