Azərbaycanlılar Kərkükə döyüşməyə gedir – Şok Qərar
Bizi izləyin

Nida.az

Azərbaycanlılar Kərkükə döyüşməyə gedir – Şok Qərar

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmud Çöhrəqanlı Azərbaycan millətçilərinə ilginc çağırış edib.

Publika.az xəbər verir ki, GAMOH lideri 18-60 yaşlı bütün millətçilərin kiçik qruplar halında hərbi dəstələr yaratmasını istəyib.

“Yaxın gələcəkdə hazır olan tuqaylarımız başlanğıc olaraq qardaşlarımızın vətəni sayılan İraq türkman bölgəsinə göndəriləcəklər. Təbii ki, mən də bir türk əsgəri olaraq qardaşlarımızla birlikdə olacam. Yaxın gələcəkdə zəfər bizimlədir. Mən bir Azərbaycan türkü olaraq sözümü eşidən bütün millətçi fəallara müraciət edirəm” deyə açıqlayıb.

O, bu gün Kərkükdə türklərə qarşı baş verənlərin daha sonra hamımızın başına gələcəyini bildirib.

Çöhrəqanlı İrandakı azərbaycanlı fəallara da maraqlı müraciət edib: “Sülh şəraitində milli oyanış hərəkatını İran adlanan ölkənin bütün bölgələrində davam etməliyik. Amma digər tərəfdən İran ortaq düşmənimiz İŞİD-lə müharibə apardığı üçün müəyyən müddət bütün gücünün və enerjisinin bu cəbhəyə yönəltməsinə imkan verməliyik. Bildiyimiz kimi, vaxtilə ABŞ və İran düşmən olsa da, Əfqanıstanda Taliban, İraqda Səddam əleyhinə müvəqqəti olaraq birgə mübarizə aparırdılar”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm