Cəbhədə şiddətli atışma - Ordumuz cavab atəşi açır - Yenilənib 3
Bizi izləyin

Qırmızı.az

Cəbhədə şiddətli atışma - Ordumuz cavab atəşi açır - Yenilənib 3

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlik Ermənistan silahlı birləşmələrinin Tovuz istiqamətində atəşkəs rejimini pozduğunu deyib: "Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşə verir. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur".

00:01

Əlibəyli kənd sakini Rafiq Həsənovun Publika.az-a verdiyi məlumata görə, atışma hələdə davam edir. Müxbirimiz teulefonla Əlibəyli kəndi ilə əlaqə saxlayarkən atışma səsləri aydın eşidilib.

Rafiq Həsənovun sözlərinə görə, ermənilər axşam saat səkkizdən sonra kəndi atəşə tutublar. Ermənilər əsasən evləri və kənd yolunu atəş altında saxlayır.

Hazırda Əlibəyli kəndinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb.

Azərbaycan ordusu düşmənə cavab atəşi açır.

23:37

Tovuzda baş verən atışma ilə bağlı daha bir yaralanma xəbəri gəldi.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, ermənilərin aşdığı atəş nəticəsində daha bir Əlibəyli sakini yaralanıb . Yenicə yaralanan şəxsin öz avtomobilində gülləyə tuş gəldiyi bildirilir.

Yaralanan yeniyetmə Fərid Əhmədovun isə vəziyyətinin ağırlaşdığı qeyd edilir. Cərrahiyyə əməliyyatı ilə F.Əhmədovun çənəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb və yaralı təcili tibbi yardım maşınında Bakıya göndərilir.

Digər mülki şəxs - yaralı Anya Qara qızını hələ də güllə yağışının altından çıxarıb xəstəxanaya qaldırmaq mümkün olmayıb. Onun səhhəti ilə bağlı məlumat verməkdə kənd sakinləri çətinlik çəkirlər.

Hazırda gülləbaran daha da artıb. İri çaplı silahlardan şiddətli atışma gedir. Azərbaycan Ordusunun düşməni susdurmaq üçün səfərbər olduğu bildirilir.

22:43

Bir neçə saat əvvəl Tovuzun Əlibəyli kəndində şiddətli atışma başlayıb.

Kənd sakinlərinin Axar.az-a verdiyi məlumata görə, Ermənistan ordusu saat 20:30-dan başlayaraq Əlibəylini şiddətli atəşə tutublar. Atışma zamanı iki nəfər mülki şəxs yaralanıb.

Yaralanan mülki şəxs 15 yaşlı Fərid Əhmədov Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fərid Əhmədov hazırda əməliyyat masasındadır, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Onu cərrah Kəmaləddin Abbasov əməliyyat edir.

Digər yaralı 50 yaşlı Anya Qaraqızını isə şiddətli atışma ucbatından hələ də xəstəxanaya aparmaq üçün kənddən çıxara bilməyiblər.

Ermənilərin Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verir. Hal-hazırda atışma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm