Ermənilərin atəşə tutduğu Əlibəylidə son vəziyyət
Bizi izləyin

Qırmızı.az

Ermənilərin atəşə tutduğu Əlibəylidə son vəziyyət

"İndi kənddə sakitçilikdir, ancaq yenə də ehtiyatlı davranmağa çalışırıq". Bunu Publika.az-a Əlibəyli kənd sakini Rafiq Həsənov deyib.

O bildirib ki, əvvəlki günlərdə də 5-6 dəfə atışma olurdu, amma ötən gün səkkizdən gecə birə işləmişə kimi iriçaplı silahlardan atəş açırdılar. Atışma nəticəsində bir evdə yanğın olub, bir neçə evin divarları deşik-deşik olub.

İndi atışma olmasa da, kənd sakinləri həyətlərində gizlin-gizlin hərəkət edir. Açıq yerlərə çıxmaq mümkün deyil. Bu da kəndlilərin işinə də təsir edir. Yaralanan qadın da həyətdə oynayan uşağını götürərkən yaralanıb.

Xatırladaq ki, dünən axşam saatlarından başlayaraq Tovuzun Əlibəyli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub, nəticədə iki nəfər yaralanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm