İqtisadi gündəm
İtaliyalı jurnalist erməni işğalından yazdı
İtaliyanın “l'opinione” xəbər saytında daha öncə
ermənipərəst “Qarabağ üçün İtaliya təşəbbüsü” tədqiqat qrupu
tərəfindən hazırlanan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxta
faktların yer aldığı məqaləyə cavab olaraq həmin saytda italiyalı
jurnalist Romulus Martelloninin “Dağlıq Qarabağ və həqiqi faktlar”
sərlövhəli yazısı yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, jurnalist bildirir ki, onun əvvəllər
də dərc edilən yazıları real faktlar və obyektiv məlumatlara
əsaslanıb. “Mən daha əvvəllər də Dağlıq Qarabağ problemi ilə bağlı
yazdığım bütün məqalələri Azərbaycan tərəfinin məlumatları əsasında
deyil, beynəlxalq təşkilatların sənədləri, hamının bildiyi və qəbul
etdiyi real faktlar əsasında hazırlamışam. Həmişə bu münaqişənin
səbəblərini obyektiv araşdırmağa çalışmışam”.
Erməni yönümlü tədqiqat qrupunun nümayəndələrinə cavab olaraq
müəllif yazır: “Diqqətinizi mühüm beynəlxalq təşkilatların müvafiq
məsələ ilə bağlı bəyan etdiyi həqiqətlərə yönəltmək istərdim. Bütün
beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan ərazisi kimi göstərilir. Münaqişə nəticəsində
bir milyon azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsini, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının, Avropa Şurasının, Avropa Şurası Parlament
Assambleyasının sənədlərini, ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin birgə bəyanatlarını mən özüm əldə edərək reallığın
şahidi olmuşam. Xocalı hadisələrinə gəldikdə isə bu barədə də
Azərbaycan mənbələrindən istifadə etməyə ehtiyac yoxdur. Erməni
qüvvələri tərəfindən Xocalı soyqırımı törədildikdən sonra “Human
Rights Watch” təşkilatının hesabatında, “The Herald”, “The New York
Times” və digər məşhur qəzetlərdə bu faciə ilə bağlı ətraflı
məlumatlar yer alıb. Nüfuzlu “Reuters” agentliyinin fotomüxbiri
tərəfindən Xocalı soyqırımına dair çəkilən şəkillər, digər mətbu
orqanların məqalələri və lentə alınan videolar, saysız hesabsız
məqalələr bu soyqırımı haqqında ətraflı məlumat almağa kifayət
edir. Xocalı faciəsinin ABŞ-ın bir neçə ştatı, Kanada, Meksika,
Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çex
Respublikası və İordaniya parlamentləri tərəfindən artıq soyqırımı
kimi tanınmasına dair sənədlər qəbul edilib”.
R.Martelloni bildirir ki, Azərbaycan ilə bağlı tənqidi məqamlar
səslənən zaman bu ölkədə müstəqil medianın fəaliyyət göstərdiyini,
internetdən istifadənin tam azad olduğunu, KİV-lərin sayının
getdikcə artdığını unutmaq lazım deyil. “Nə üçün 1999-cu ildə
Ermənistan parlamentinin sessiyası zamanı bu ölkənin baş naziri və
bir sıra siyasətçilərin öldürülməsi faktı qeyd edilmir?! 2008-ci
ildə isə Ermənistanda parlament seçkilərinə etiraz olaraq nümayişə
çıxan 10 nəfər öldürülüb. Bütün bu hadisələr məhz Ermənistanda baş
verib, Azərbaycanda deyil”, - deyə o vurğulayır.
Müəllif qeyd edir ki, ermənilər artıq öz müqəddəratını təyin edib
və beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
“Erməni xalqının öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə
isə artıq 1991-ci ildə Ermənistan dövləti yaratmaqla siz öz
müqəddəratınızı təyin etmisiniz. Beynəlxalq birlik Dağlıq Qarabağı
və ətraf yeddi rayonu Azərbaycan ərazisi kimi tanıyır. Beynəlxalq
hüququn bu prinsipinə hörmətlə yanaşmaq peşəkar jurnalist kimi
mənim borcumdur”.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK