Şok: nişanlı qızı dayısı qaçırdı
Bizi izləyin

Qırmızı.az

Şok: nişanlı qızı dayısı qaçırdı

Türkiyənin Erzurum vilayətindəki Aşkale rayonunda yaşayan 17 yaşlı Qonça Ç. yoxa çıxıb. Ailəsi onu arayır, polis Qonçanı son dəfə görənlərin şahid ifadələrini alır.

Milli.Az DHA-ya istinadən bildirir ki, MuammerSevim Ç.-nin 6 övladından 5-cisi ollan 17 yaşlı Qonça səhərə yaxın evi tərk edib. Ailəsi səhər açılanda onu yataqda görməyəndə hər yeri aramağa başlayıb. Nişanlı qızın əynində yalnız pijama, anasının ayaqqabılarını geyərək yoxa çıxmasının səbəblərini bilməyən valideynlər polisə və jandarmeriyaya üz tutublar.

Olayın səbəbləri sonradan bilinib.

Qonçanın atası Muammer deyir: "Qızım nişanlıdır, bu yaxınlarda toyu olmalıdır. Onun anası və bacı-qardaşları ilə münasibətləri yaxşı deyildi. Qızımın Trabzonda, Akçaabat səmtində yaşayan 26 yaşlı dayısı Birol Y. ötən ay evimizdə idi. 20 ildir ki, arvadımın ailəsi və qohumları ilə görüşmürdük, danışmırdıq. Mirasla bağlı problemlərimiz var. Amma sən demə, dayısı ilə Qonça arasında münasibətlər əla imiş.

Həmin gün Qonça bacısı Qamze ilə xəstəxanaya gedəcəkdi. Səhər yuxudan duranda Qonçanı evdə görmədik. Əynindəki pijama ilə yoxa çıxmışdı. Üstəlik, anasının ayaqqabılarını geymişdi. Dayısına zəng vurduq, Birolun telefonu cavab vermədi.

Sonra öyrəndi ki, Birol əmisi oğluna "Ərzuruma qız qaçırmağa gedirəm" deyib maşın istəyib. Maşını ona veriblər, Birol da evdəki pulları və qızılları götürüb yoxa çıxıb.

O gündən bəri Qonça və Birolun harada olduğunu bilmirik. Qızımı dayısı qaçırıb, özü də zorla", - Müammer Ç. deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm