Pentaqondan xəbərdarlıq : “HƏMAS ləğv edilsə, yerini İŞİD tutacaq...”
Bizi izləyin

Dünya

Pentaqondan xəbərdarlıq : “HƏMAS ləğv edilsə, yerini İŞİD tutacaq...”

HƏMAS Fələstin qruplaşmasının ləğvi Yaxın Şərqdə situasiyanın daha da pisləşməsinə gətirəcək. Musavat.com-un “Reures”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin başçısı Maykl Flinn bəyan edib.

Onun qənaətincə, HƏMAS-in sıradan çıxarılması regionda yeni və daha təhlükəli təşkilatın yaranmasına səbəb olacaq. Nümunə kimi o, İraqın bir sıra şəhərlərini ələ keçirərək “xilafət” elan eləmiş “İraq-Şam İslam Dövləti”ni (İŞİD) göstərib.

Xatırladaq ki, az öncə İsrail Qəzza sektorunda humanitar atəşkəsi iyilun 27-dək uzatmağa razı olsa da, HƏMAS təklifi rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm