Cəbhədə şiddətli atışma: Qaymaqlı gülləbaran altındadır - Foto
Bizi izləyin

Digər

Cəbhədə şiddətli atışma: Qaymaqlı gülləbaran altındadır - Foto

Dünəndən başlayaraq Qazax rayonunun Qaymaqlı kəndi Ermənistanın Qurumsu kəndi yaxınlığında yerləşən mövqelərindən atəşə tutulub.

Axar.az-ın Qazax rayonunda olan əməkdaşının verdiyi xəbərə görə, erməni silahlıları bütün gecə kəndi atəş altında saxlayıb. Bundan başqa Kəmərli və Aslanbəyli kəndləri də düşmənin atəşinə məruz qalıb.

Gecə yarısı ermənilərin atəşi daha da intensivləşib.

Gülləbaran hazırda da davam edir. Azərbaycan Ordusu cavab atəşi ilə düşmənə cavab verir. Mülki vətəndaş və hərbçilər arasında itki və yaralı yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm