İŞİD 23 türkmanı öldürdü
Bizi izləyin

Dünya

İŞİD 23 türkmanı öldürdü

İŞİD Suriyada türkmanların sıx yaşadığı Çobanbəy kəndində qırğınlar törədib.

Axar.az xəbər verir ki, İŞİD Azad Suriya Ordusunun sıralarında döyüşən türkmanları əsir alıb və xalqın önündə edam edib.

Suriya Türkman Məclisi sədrinin müavini Tarik Sülo Cevizci İŞİD-in Çobanbəy kəndinin mərkəzində qırğınlar törətdiyini təsdiqləyib. Onun sözlərinə görə İŞİD-in 23 türkmanı xalqın gözü önündə edam etməsinin əsas səbəbi onları qorxutmaq olduğunu bildirib.

Tarik Sülo ramazan bayramı ərəfəsində İŞİD-in türkmanlara qarşı qırğınlar törətməsinin təəssüfedici bir hal olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm