Xanım teleaparıcımız sevgilisinə görə xəstəliyə tutuldu-MÜSAHİBƏ+FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xanım teleaparıcımız sevgilisinə görə xəstəliyə tutuldu-MÜSAHİBƏ+FOTOLAR

Tanınmış teleaparıcı Vüsalə Şahvəliqızının Publika.az saytına müsahibəsi



-Vüsalə xanım, artıq bir neçə aydır ki, Space-dəsiniz. Yeni işinizdən razısınızmı?


-Çox razıyam.


-İstirahət mpvsümündə istirahətinizə vaxt ayıra bilirsinizmi?


-ANS-də işləyəndə istirahət etməyə vaxt tapmırdım. Bütün enerjimi işə sərf edirdim deyə tükənirdim. Space-in Vaqif Mustafayev kimi insanlığa böyük dəyər verən prezidenti var. Mənim üçün bu amil çox önəmlidir. İnsan insanlığına dəyər verilən yerdə işləyəndə daha rahat olur. Məsələn, təxminən iki ay öncə canlı efirdə səhhətim pisləşdi. Təzyiqim o qədər yüksəlmişdi ki, səndələyib yıxıldım. Kanalın prezidentinə qədər hər kəs aşağı yanıma düşdü və mənə kömək elədilər. Məhz bundan sonra gündəlik efirim həftəlik efirlə əvəzləndi ki istirahətimə vaxt ayıra bilim. Şükür Allaha indi həm sağlamlığıma, həm də istirahətimə vaxt ayıra bilirəm.


-Belə bir təssürat yarandı ki, ANS-dən o qədər də razı ayrılmamısınız...


-Mən belə deməzdim. Özünüzdən götürün də. Hardasa işləyirsiniz və eyni şeylərdən tükənirsiniz. ANS-dən heç də pis ayrılmamışam, öpüşüb görüşüb sağollaşmışam. Ərizəni özüm yazmışam ki, məni işdən azad eləsinlər. Ərizə yazandan sonra təkid elədilər ki, verilişlərdən birində qal. Hətta ərizəmi yazandan sonra ayyarım da orda işlədim və o müddət ərzind artıq Space-də işim hazır idi.



-Amma yəqin razısınız ki, sizin teleaparıcı kimi tanınmağınızda ANS-in böyük rolu oldu?


-Təbii ki ANS mənimçün böyük bir məktəbdir. Bu sözü ordan çıxan bütün işçilər də təsdiqləyərlər. Burdan çıxıb istənilən kanala getsən, səninçün problem olmayacaq. Çünki orda püxtələşirsən. Tanınmağımda bu telekanalın böyük rolu oldu. Əvvəlcə “Şoumen” verilişinin rəhbəri kimi işə başladım. Eyni zamanda həm “Şoumən”, həm də “Şoubiz” verilişlərinin aparıcısı oldum. Verilişin montajını da özüm edirdim. Amma mən yenilik axtaran insan olduğuma görə iş həyatımda dəyişiklik etmək qərarına gəldim. Çünki şou-biznes elədir ki, hər şey təkrarlanır, adam bezir.


-Adətən üzdə olan xanımlara sevgi təklifləri daha çox gəlir. Ola bilməz ki, sizə də belə təkliflər olmasın. Qısacası, şxsi həyatınızda vəziyyət nə yerdədir?


-Hər bir xanımın olduğu kimi mənim də şəxsi həyatım var. Amma adı üstündədir, şəxsi deyilir. Bu il həyatımda bir çox şeylər baş verdi. Onların arasında üzücü hadisələr də oldu. İki gün ərzində Azərbaycandan gedirəm. Bu iki günü çox səbrsizliklə gözləyirəm ki, gedim yeni nəfəslə qayıdım. İstəyirəm ki beynim bir az sakitləşsin.


-Yəni bu birdəfəlik gediş deyil də...


-Bəli, istirahət məqsədilə gedirəm, Bakıdan qaçıram. İlk dəfədir ki, Azərbaycandan çıxacağıma bu qədər sevinirəm.


-Sirr deyilsə hara?


-Antalyaya gedəcəm xalamqızıyla. Təxminən 15 gün burda olmayacağam.


-Mən sizdən istirahətinizi deyil, şəxsi həyatınızı soruşmuşdum. Bəlkə söhbətin istiqamətini dəyişməyək?


-(gülür) Şəxsi həyatımda nələrsə olub ki cavab verməkdən qaçıram. Adətən tanınmış xanımlar nəsə olan kimi deyirlər ki, sponsor axtarıram. Amma məndə heç də elə deyil.


-Sponsoru müğənnilər axtarırlar...


-Sponsor sözü çox bayağıdır. Məncə bu sözü sevgili sözü ilə əvəz etsək, daha məqsədəuyğun olar.


-Fikrinizdən belə hiss etdim ki, çox yaxın zamanlarda həyatınızda bir ayrılıq yaşanıb. Çünki bayaq şəxsi həyatla bağlı keçmiş zamanda danışdınız.



-Bəli, düz bilmisiniz, elədir. Danmayacağam, o insanı çox sevmişəm. Ətrafımda məni çox sevənlər olub. İstərdim bu məqamı xüsusi vurğulayım. Gərək bütün xanımlar birinci növbədə özlərini çox sevsinlər. Kimisə sevib dəyərləndirməkdənsə özünü sevmək daha doğrudur.


-Sizdə bir peşmançılıq var...


-Bəli, keçən zamana peşmançılıq var. Çəkilən əziyyətə, ürək ağrısına, göz yaşına, ona görə səhhətimdə yaranan problemlərə gör peşmanam. Təbii ki mən birdən-birə xəstələnməmişəm. Nələrsə yığılmışdı ki, səhhətimdə problem yarandı.



-İndiki durumda nə yaxşı ki bitdi, yoxsa kaş bitməyəydi deyirsiniz?


-Nə yaxşı ki yanımda gözümü aça bilən insanlar oldu. Yaxşı ki kor olaraq davam eləmədim. İnsan sevgi adlı bir xəstəliyə tutulur və elə bilir ki, həyatda ondan başqası yoxdur. Gözünüzün qarşısına deyib-gülən, zarafatcıl bir xanımı gətirin. Üç gün sonra həmin xanım ancaq sevgilisinin dediklərini düşünür, onun istəklərini yerinə yetirməyə çalışır. Yəni artıq özün üçün yaşamırsan.


-Söhbət xəyanətdən gedir?


-Yox sırf xəyanət deyil. Amma bunun adını xəyanət də qoymaq olar. Söhbət diqqətsizlikdən, qarşındakı insana yetərincə dəyər verməməkdən gedir. İnsan sevəndə qarşılığını da gözləyir Əgər qarşılıq görmürsə, bilir ki, özü daha çox sevir və o daha çox uduzub. Mən bu oyunda uduzdum. Sevgi də bir oyundur.



-Sizə olunan sevgi təklifləri adətən hansı kateqoriyaya aid insanlardan gəlir? Sırf şou biznesdənmi, vəzifəli şəxslərdnmi?


-Bütün kateqoriyaya aid insanlardan, hətta yüksək kateqoriyadan müəyyən təkliflər olub və o təkliflərin heç birini dəyərləndirməmişəm.

-Yüksək kateqoriya deyəndə məmurları nəzərdə tutursunuz?

-Çox da dərinə getməyək. Məmur, general, kapitan nə fərqi va ki? Belə şeyləri yazmayaq. Bəli, dövlət işçiləri tərəfindən həddən artıq çox təkliflər olub.


-İndi düşünürsünüz ki gərək dəyələndirərdiniz?


-Bir çox şeyləri indi fikirləşirəm. Çünki gözlərim açılıb. Yanımdakı yaxın insanlar sağ olsunlar ki gözlərimi açdılar. İndi oturub keçən zamana baxanda düşünürəm ki heyf bu qədər zamanı itirdim. Dəyməyən birisi üçün bu qədər zamanı itirməməliydim. O zamanın halallığını vermirəm və heç bir zaman verməyəcəyəm.


-O insan sizdən çox böyük idi?


-Yox, çox da yaş fərqimiz olmayıb.


-Məsələn 10-15 yaş?


-Kaş 10-15 yaş olardı Adam da yanıb tökülməzdi.


-Bizim məşhurlar xaricə gedəndə açıq-saçıq fotosessiyalarla qayıdırlar. Məsələn ola bilərmi ki siizin çimərlik geyimində bir fotosessiyanızı görək?


-Bəli, belə bir fotosessiyam ola bilər və olacaq da. Çimərlik geyimində də fotosessiyam ola bilər.


-Söhbətimizin əvvəlində bildirdini ki, dəyişikliyi xoşlayırsınız. Məsələn, bir ildən sonra sizi başqa bir telekanalda görə bilərikmi?


-Hazırda işimdn çox məmnunam. İstirahətdən sonra başqa işlərlə də məşğul olacağam.


-Sir deyilsə hansı sahədə?


-Televiziya deyil. Ola bilsin ki, şəxsi biznesimi açım. Amma bunu nə olduğunu demək istəmirəm.


-Və son olaraq. Yaxın zamanlarda şəxsi həyatınızda kiminsə olmağı mümkündürmü?



-Tezliklə şəxsi həyatımda bir insan olacaq. Təbii ki tək qalmaq niyyətində deyiləm.



İntiqam Valehoğlu




Oxumağa davam et
Reklam
Reklam

Gündəm