Növbəti şou –İstefaya gedən vitse-prezident iş başındadır – ÖZƏL
Bizi izləyin

İdman

Növbəti şou –İstefaya gedən vitse-prezident iş başındadır – ÖZƏL

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun istefaya getdiyi barədə məlumat vermişdik.

Buna qədər Tahir Süleymanov “ağ-qaralar”dan bir neçə dəfə istefaya getdiyini bəyan etsə də, “Neftçi”nin prezidenti Sadıq Sadıqov onun istefasını qəbul etməmişdi. Bu da “Neftçi”dəki istefa oyununun mətbuatda şou kimi xarakterizə olunmasına rəvac verirdi.

Süleymanov sonuncu istefa bəyanatından sonra Publika.az-a verdiyi açıqlamada bir daha komandaya qayıtmayacağını bildirmişdi.

Ancaq qayıdıb. “Neftçi”nin adının çəkilməsini istəməyən futbolçusunun Publika.az-a verdiyi məlumata görə, Süleymanov komandadakı vəzifəsini icra edir. O, hər gün bazaya gəlir, hətta komandanın məşqlərini də izləyir.

Qeyd edək ki, “Neftçi” Sloveniyadan qayıdarkən Süleymanov aeroportda komandanı qarşılamışdı.

Bütün bunlar onu göstərir ki, Süleymanovun növbəti istefası da hansısa maraqlara hesablanmış şou olub. Sadəcə, bu maraqların fonunda Azərbaycanın ən köklü klubu qeyri-ciddi komanda imici qazanır.



Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm