İŞİD daha bir peyğəmbərin məqbərəsini partlatdı - (Video)
Bizi izləyin

Dünya

İŞİD daha bir peyğəmbərin məqbərəsini partlatdı - (Video)

“İslam Dövləti” (DAİŞ) təşkilatı İraqın Mosul şəhərində Yunis peyğəmbərin (ə) məqbərəsini dağıtdıqdan sonra Şüeys peyğəmbərin (ə) məqbərəsini də havaya uçurdub.

Salamnews xəbər verir ki, bunu "İslam Dövləti" terror təşkilatı öz twitter səhifəsində yayıb.

"İslam Dövləti”-in “Sahavat News” twitter səhifəsində iddia olunur ki, onlar bunu İslam Peyğəmbərinin (s) qəbirlərin dağıdılması ilə bağlı əmrlərinə əsasən həyata keçiriblər.

Qeyd edək ki, “İslam Dövləti” terror təşkilatı Mosulu ələ keçirdikdən sonra burada yerləşən tarixi abidələr, heykəllər, şairlərin və məşhur simalarının qəbrlərini, türbələri, övliyaların məqbərələrini, hüseyniyyələri, peyğəmbərlərin qəbrlərini və qədəmgahları dağıtmağa başlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm