İŞİD-ə İsraildən gözlənilməz zərbə
Bizi izləyin

Dünya

İŞİD-ə İsraildən gözlənilməz zərbə

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına biyət etmiş Ənsar Beytil Maqdis Camaatının üzvləri İsrail ordusu tərəfindən öldürülüb.

ANS PRESS-in məlumatına görə, keçmiş adı İraq Şam İslam Dövləti (İŞİD), yeni adı ilə isə İslam Dövləti (İD) olaraq dünyaya səs salan terror qruplaşması İsraildən gözlənilməz zərbə alıb. Belə ki, İŞİD-ə biyət etmiş Ənsar Beytil Maqdis Camaatından verilən açıqlamada, Sina ərazisində avtomobillə gedən 3 döyüşçülərinin İsrail ordusunun pilotsuz təyyarələri ilə vurulduğu bildirilir.

Öldürülənlərin adlarının Xalid Süleyman, Ridvan Süleyman və Hilmi Avdə olduğu deyilir.

Qeyd edək ki, baş verən bu hadisədən sonra Ənsar Beytil Maqdis Camaatı İsrail ərazisinə onlarla raket atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm