İŞİD-dən dəhşəti qətliam
Bizi izləyin

Dünya

İŞİD-dən dəhşəti qətliam

İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının törətdiyi daha bir qətliamın vidoesu ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, videoda İraq əsgərləri olduğu iddia edilən bir dəstə gəncin yük maşınlarına doldurularaq boş bir əraziyə aparıldığı və atomat silahlarla qətlə yetirildiyi əks etdirilir. Videonu sosial şəbəkəyə yerləşdirən İŞİD təmsilçisi üzərinə “fərari Maliki əsgərlərinin edamı” sözlərini yazıb.

Videoda əli qandallı əsgərlərin edam yerinə aparıldığı zaman bir İŞİD üzvünün salavat çevirdiyi görünür. Əli bağlı adamlardan yalnız birinin hərbi şalvar üzərindən mülki geyim geydiyi göstərilir.

Əli bağlı gənclər İŞİD üzvlərindən aman istəyirlər. Amma İŞİD əsgərləri onların başına atəş açaraq bir-bir öldürürlər.Bəzilərini isə başlarından güllələyərək çaya atırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm