Qəzzada ölənlərin sayı 1359-a çatdı
Bizi izləyin

Dünya

Qəzzada ölənlərin sayı 1359-a çatdı

Qəzzada İsrail hücumu nəticəsində həyatını itirənlərin sayı 1359-a çatdı.

Publika.az-ın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra İsrailin havadan və qurudan davam etdirdiyi hücumlarda, səhər saatlarından bu yana 129 Fələstinlinin həyatını itirdiyini, 460-ının da yaralandığını bildirib.

Kudra son ölümləri də nəzərə alaraq 7 iyulda başlayan hücumlarda ölənlərin sayının 1359-a çatdığını, 7 min 677 adamın yaralandığını irəli sürdü.

Qeyd edək ki, BMT qərarlarına daha əvvəl dəfələrlə uymamış olan İsrail, 7 iyul Bazar ertəsi günü "Qoruyucu Xətt" adıyla Qəzzaya istiqamətli hava və dənizdən hücumlara başlayıb.

17 İyul Cümə axşamı günü də qurudan hücuma keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm