Nida.az
Nazik dodaqlar, geniş alın...- Arif Hacılı kimdir?- “Fizioqnomiya” testi
Publika.az Müsavat başqanlığına seçkilərin
aktuallığını nəzərə alaraq, 4 namizədin hər biri haqqında
“Fizioqnomiya” testi və bədən dillərinin təhlilinin köməyi ilə
xarakteristikasını təqdim edir.
Qeyd edək ki, üz kodlarına əsaslanan bu elm sayəsində hər bir insanın xarakterini açmaq mümkündür.
NLP Master Babək Bayramovla birlikdə Arif Hacılının
“Fizioqnomiya” testini təqdim edirik:
Arayış: Arif Hacılı 1962-ci ildə Zaqatalanın
Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsini bitirib. 1983-1988-ci illərdə Zaqatala
rayon radiosunun redaktoru işləyib. 1990-95-ci illərdə Azərbaycan
Ali Sovetinin deputatı olub. Milli Azadlıq hərəkatının əsas
simalarındandır. 1992-1993-cü illərdə Elçibəy hakimiyyətində Ərazi
hakimiyyəti və İdarəetmə işləri üzrə Dövlət müşaviri işləyib.
1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olub. Qarabağ
döyüşlərində iştirak edib.
Müxtəlif dövrlərdə Müsavat başqanının təşkilati məsələlər üzrə
müavini olub. 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra
Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın
üzvüdür.
2014-cü il Müsavatın 8-ci qurultayında başqanlığa namizədliyini
irəli sürüb.
Baş: Arif Hacılı başını çox zaman qarşıya doğru
əyilmiş vəziyyətdə saxlayır ki, bu da onun inkişaf etmiş zəkasından
xəbər verir.
Alın: Alnın geniş və qabarıq olması olduqca güclü xəyal qurma bacarığını bildirir. Bu isə liderlərdə vacib xüsusiyyətlərdən biridir. Alnın dördbucaqlı olması təvazökarlıq işarəsidir, hədsiz böyüklüyü isə tənbəlliyini büruzə verir. Alındakı qırışlara diqqət etdikdə “ziqzaq” şəkillərinin yarandığını görərik. Qırışların bu formada yaranması uğursuzluq əlamətidir.
Burun: Ağıza doğru meylli burun onun
həssaslığından, burnun geniş dəlikləri isə çevikliyindən xəbər
verir.
Gözlər: Şişmiş təsiri bağışlayan, göz bəbəyi
böyük və ifadəsiz gözlər və məxsusi kipriklərin verdiyi məna, qısa
ifadə edilərsə uyuşuq, enerjisiz, amma bu passivlik içində müşahidə
qabiliyyəti də əskik olmayan tiplərdir. Bundan əlavə, bu tiplər
böyük ehtimalla yumşaq xarakterli olurlar.
Dodaqlar: Nazik dodaqlara malik şəxslər, hiyləgər,
eqoist, qəddar, başqalarını ələ salmağa meyilli, sirli, yalançı,
istismarçı bir şəxsiyyəti büruzə verir.
Qulaqlar: Yastı qulaqların əsas əlamətləri,
onların sahibinin tədbirli, soyuqqanlı, iradəli olmasını göstərir.
Dar və uzun qulaqlar isə tamahkarlığı göstərir.
Çənə: Ətli çənənin demək istədikləri isə öz
sahibinin ağıllı, həssas, eqoistliyidir.
Qeyd: Burada haqqında danışılan şəxsin qəbul etmədiyi
məqamlar ola bilər. Qarşı tərəfin fikirlərini yayımlamağa
hazırıq.
Asif Nərimanlı
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO