Atası ulduz futbolçunu məhkəməyə verdi
Bizi izləyin

İdman

Atası ulduz futbolçunu məhkəməyə verdi

"Arsenal”ın futbolçusu Məsut Özilin atası Mustafa Özil oğlunu məhkəməyə verib. Buna səbəb futbolçunun, menecerlik edən atasına borclu olmasıdır.

Publika.az xəbər verir ki, bu barədə "Bild" jurnalında məlumat verilib.

Oğlunun menecerliyini edən Mustafa Özil buna görə müəyyən faiz almalıdı. Lakin Məsut bu pulları atasının şirkətinə ödəməyib.

Ötən ilin oktyabrınadək futbolçunun menecerliyi ilə məşğul olan şirkət ondan 630 min avro tələb edir.

Məlumat üçün bildirək ki, Məsut ötən il atasını menecerliyindən məhrum edərək bütün hüquqlarını qardaşı Mutlu Özilə vermişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm