AFFA millinin baş məşqçi postu üçün danışıqlara başladı: o, artıq Bakıdadır
Bizi izləyin

İdman

AFFA millinin baş məşqçi postu üçün danışıqlara başladı: o, artıq Bakıdadır

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olan xorvatiyalı Robert Prosineçki Bakıya gəlib.

Publika.az xəbər verir ki, Prosineçki bu gün Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da baş tutacaq “böyük-oyun”u “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını izləyəcək.

O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

Məlumat üçün bildirək ki, “böyük oyun” saat 17:00-da baş tutacaq.

Xatırladaq ki, AFFA-dan namizədlərlə bağlı sorğumuzun cavabında namizədlərin adlarının qaydalara əsasən gizli saxlanıldığı deyilmişdi. Postun sahibinin isə dekabrın sonuna kimi məlum olacağı bildirilirdi. (http://publika.az/site/p/52025 )

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm