Toya hazırlaşan qonaqların diqqətinə! - MƏSLƏHƏT
Bizi izləyin

Toya hazırlaşan qonaqların diqqətinə! - MƏSLƏHƏT

“Glamour” moda jurnalının redaktoru Aleksandra Şeb toya dəvət olunanların geyim seçimində yol verdiyi xətalardan danışıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspertin fikrincə, toya hazırlaşanlar ilk növbədə dəvətnaməni diqqətlə oxumalıdırlar. Orada müəyyən geyim qaydalarına dair tələblər ola bilər. Həm də bu məlumatı birbaşa gəlin və kürəkənlə dəqiqləşdirmək lazımdır. Əgər qonaqların geyimi ilə bağlı müvafiq təlimat tərtib olunmayıbsa, dəb eksperti bəzi qaydalara əməl etməyi tövsiyə edib.

O, tədbirin keçiriləcəyi yer haqqında məlumat öyrənməyi məsləhət görüb. Bu məlumatlardan istifadə edərək, qonaq hansı geyim tərzinə riayət etməli olduğunu dəqiqləşdirə biləcək. Bundan əlavə, o, qonaqları dərin dekolteli açıq-saçıq paltarlar, cırıq cins şalvarlar, köynəklər, idman ayaqqabıları və ya rezin başmaqlar, həmçinin neon rəngli məhsullar və heyvan naxışları geyinməməyə çağırıb. Redaktor onu da xüsusi vurğulayıb ki, ağ və krem rəngli libaslar yalnız gəlinlə razılaşdırılaraq seçilməlidir.

Mütəxəssis eyni zamanda qadınlar üçün zərif paltarlar, kostyumlar və ya kombinezonlarla dikdabanların kombinəsini, kişilər üçün isə qalstuk və tünd rəngli kostyumları klassik geyim variantları adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm