Vaşinqtonda 2 saatlıq KRİTİK GÖRÜŞ: liderlər nədən danışıb? - Publika.az
Bizi izləyin

ABŞ

Vaşinqtonda 2 saatlıq KRİTİK GÖRÜŞ: liderlər nədən danışıb?

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vlodimir Zelenski və nümayəndə heyətləri arasında görüş iki saat davam edib.

Publika.az "Ukrayna 24" telekanalına istinadla xəbər verir ki, protokola əsasən görüşün 45 dəqiqə davam edəcəyi açıqlanıb.

Görüşdə iki ölkə arasında vacib sahələr üzrə strateji tərəfdaşlığın vacibliyi vurğulanıb. Co Bayden bildirib ki, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə inandırıcı şəkildə sadiq qalmaqdadır. “Ukraynanın Avroatlantik istəklərinə dəstəyimiz sarsılmaz olaraq qalır. ABŞ Ukraynanın demokratik islahatlara və Avropaya inteqrasiyaya nail olmağa doğru siyasətini də dəstəkləyir”, - deyə Bayden əlavə edib.

Bayden, həmçinin növbəti dəfə Ukraynaya səfər etmək istəyini də açıqlayıb: “"Bir neçə il əvvəl Ali Radada çıxış etmək imkanımı xatırlayıram. Ümid edirəm ki, yenidən Ukraynaya səfər etmək imkanı qazanacağam", - deyə ABŞ Prezidenti qeyd edib.

Görüşdə Ukraynanın təhlükəsizlik və müdafiə, demokratiyanın inkişafı, insan haqlarının qorunması, kibercinayətkarlığa qarşı birgə mübarizə, münaqişənin həlli məsələləri əsas müzakirə mövzusu olub.

Müzakirələrdən sonra birgə bəyanatda qeyd olunub ki, ABŞ 2021-ci ildə Ukraynaya demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, məhkəmə sistemində islahatların aparılmasına daha 463 milyon dollar yardım ayıracaq.

Rəylər
Oxumağa davam et
Reklam

ABŞ

"Omikron" ştamı daha bir ölkədə dominant oldu

"Omikron" ştamı ABŞ-da dominant ştama çevrilib, ölkədəki infeksiyaların təxminən dörddə üçünü təşkil edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) bazar ertəsi açıqladığı məlumatda deyilir.

Qeyd edilib ki, son bir həftə ərzində yeni halların 73,2%-də "Omikron" ştamı müəyyən edilib. Koronavirusun əvvəllər üstünlük təşkil edən "delta" variantının payı 26,6%-ə düşüb, digər variantlar isə faizin yalnız onda birini təşkil edir. Bir həftə əvvəl ABŞ-da yoluxmuş insanlar arasında "delta" variantının payı 87%, "omikron"un isə 12,6%-i təşkil edib.

Bir sıra regionlarda, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində "omikron" ştammı ilə yoluxmuşların nisbəti 90%-i ötür.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da yoluxanların sayı artıq 51 milyona çatıb, 807,5 min nəfər ölüb. Son 4 həftə ərzində 3 milyondan çox insan virusa yoluxub, 34,3 mindən çox insan dünyasını dəyişib. Ölkə bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.

Hüseyn

Oxumağa davam et

ABŞ

Amerikalı generallardan ŞOK PROQNOZ: 2024-cü ildə...

Amerikanın “Washington Post” qəzeti ABŞ ordusunda xidmət edən 3 istefada olan generalın 2024-cü ildə keçiriləcək seçkilərdə mümkün çevriliş və vətəndaş müharibəsi xəbərdarlığı ilə bağlı yazısına yer verib.

Publika.az xəbər verir ki, ehtiyatda olan general-mayorlar Paul D. İton, Antonio M. Taquba və istefada olan briqada generalı Stiven M. Andersonun yazdığı məqalədə ABŞ ordusundakı partizanlığa və komandanlıq zəncirinin hər keçən gün pisləşməsinə işarə edilərək bu vəziyyətin 2024-cü il seçkilərinin mümkün nəticələrindən asılı olaraq hərbi çevrilişlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edilib.

Hər 3 general bu ilin yanvarında Konqresə hücumda iştirak edənlər arasında ehtiyatda olan, eyni zamanda hələ də xidmət edən hərbçilərin olduğunu, 124 təqaüddə olan zabitin seçkilərdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkinin legitimliyini şübhə altına alan arqumentlərini dəstəkləyən bəyanat imzaladığını xatırladıb.

Məqalədə Oklahoma Milli Qvardiya komandiri, briqada generalı Tomas Mançinonun Ağ Evin əsgərlərə peyvənd vurulması əmrinə qarşı “Əmri prezidentdən (Baydendən) deyil, əyalət qubernatorundan (Respublika Partiyası) alacağam” sözlərini işlətməsi də komandanlıq zəncirinin artıq qırılmasına misal olaraq göstərilib.

Ehtiyatda olan zabitlər qeyd edib ki, 2024-cü ildə hazırkı prezident Co Bayden və Respublikaçılar Partiyasından Donald Tramp, yaxud onun kimi biri arasında mübahisəli seçkilər orduda parçalanmaya, çevriliş cəhdinə və sonra vətəndaş müharibəsinə səbəb olacaq.

Akqabay

Oxumağa davam et

ABŞ

Güclü zəlzələ Fici sahillərini SİLKƏLƏDİ

Seysmoloqlar Fici sahillərində 6,3 bal gücündə zəlzələnin baş verdiyini qeydə alıblar.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Lambas şəhərindən 88 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam

Gündəm