“Şirməmməd Hüseynov mükafatı”nın qalibi elan olundu - Publika.az
Bizi izləyin

Art

“Şirməmməd Hüseynov mükafatı”nın qalibi elan olundu

“2021-ci il “Şirməmməd Hüseynov mükafatı”nın qalibi artıq məlumdur”.

Publika.az xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib.

“Nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2021-ci ildəki qalibi Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva oldu”.

E.Paşasoy əlavə edib ki, ümumilikdə 8 namizəd irəli sürülüb.

“Komissiya üzvləri Zəfər tariximizi səhnələşdirən Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Şuşa, sən azadsan” filminin çox qiymətli bir əsər olduğu barədə yekdil fikrə gəldi.

Bakı Media Mərkəzinin son illərdə çəkdiyi filmlər Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

Komissiya üzvləri Azərbaycanın baş tacı, Mədəniyyət Paytaxtımız olan Şuşamızın azadlığına həsr olunmuş “Şuşa, sən azadsan” filmini yüksək qiymətləndirərək, yekunda belə bir qərar verdi. Şuşa qələbəsindən bəhs edən bu film təbliğat baxımından da önəmli rol oynayacaq. Bu mənada belə bir sənət incisinin ərsəyə gəlməsində Arzu xanım Əliyevanın rolu xüsusi qeyd olunmalıdır”.

E.Paşasoy qeyd edib ki, 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan tarixi Zəfər, Şuşamızın, digər yurd yerlərimizin azad olunması, 2020-ci ilin 8 Noyabrından sonrakı dönəmdə Qarabağda, Zəngəzurda aparılan böyük quruculuq işləri Azərbaycanın tarixində yeni, şərəfli bir mərhələdir. Əmin edirik ki, bu şərəfli mərhələyə təsadüf edən “Şirməmməd Hüseynov mükafatı”nın növbəti qalibləri də hər kəs tərəfindən məmnunluqla qarşılanacaq, Ustadımızın ruhu şad olacaq”.

2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı” Moskvada yaşayan həmyerlimiz, diplomat, araşdımaçı alim, diaspor fəalı Ramiz Abutalıbova verilib.

“Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistlər Birlyinin İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixldə qəbul edilib. Əsasnamədə qeyd olunur ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

“Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir. Mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək. Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühtində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər. Bu mükafatı Azərbaycan dövləti və xalqı qarşısında göstərilmiş xidmətlərin qarşılığında qazanmaq mümkündür.

Rəylər
Oxumağa davam et
Reklam

Art

Soyqırımı dəhşətlərini anladan “Xocalı nişanəsi” - VİDEO

Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində ötən il “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı filmi lentə alınıb.

Publika.az xəbər verir ki, filmdə Xocalıda qətlə yetirilən 5 yaşlı naməlum qızın hekayəsindən söhbət açılır. “Xocalı nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilib və onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur.

“Xocalı nişanəsi” kimi tanınan 5 yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir.

Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək!

Oxumağa davam et

Art

SON DƏQİQƏ: Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Elşən Carhanlı 59 yaşında qəflətən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə onun tanışları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. Elşən Carhanlı 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri mədəniyyət işçisi döş nişanı ilə təltif olunub. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Oxumağa davam et

Art

Bakıda Aşıq Ələsgərin heykəli ucaldılacaq

"Bakıda Aşıq Ələsgərin heykəli ucaldılacaq".

Publika.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, bununla bağlı müsabiqə elan ediləcək: "Bununla yanaşı, Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş film də hazırlayıb. İlin sonuna kimi bu filmin də təqdimatı keçiriləcək".

Oxumağa davam et
Reklam

Gündəm