Zelenski BMT-nin Baş katibi ilə görüşdü - Publika.az
Bizi izləyin

Avropa

Zelenski BMT-nin Baş katibi ilə görüşdü

BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilib.

Qeyd olunub ki, tərəflər sülhə nail olmaq üçün davam edən səylər də daxil olmaqla Ukraynadakı son hadisələri müzakirə ediblər. Quterriş Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Donbas və Krımla bağlı məsələnin həllinə nail olacağına inandığını bildirib:

“BMT bu məsələnin həllində axtardığımız platformalardandır. Belə bir fürsəti qaçırmamalıyıq”, - V.Zelenski deyib.

Rəylər
Oxumağa davam et
Reklam

Avropa

Koronavirusa görə yeni il bayramı ləğv edildi

İngiltərə kraliçası II Yelizaveta ölkədə sürətlə yayılan "Omikron" variantı səbəbindən Sandrinqemdə ənənəvi Milad bayramını ləğv edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinqem Sarayının rəsmisi məlumat yayıb.

“Bu qərar diqqətlə nəzərdən keçirildikdən sonra verilmiş şəxsi qərar idi və ehtiyatlı yanaşmanı əks etdirir”, - açıqlamada qeyd edilib.

Miladda hansı ailə üzvlərinin kraliçanı ziyarət edəcəyi açıqlanmasa da, bütün lazımi COVID-19 tədbirlərinin alınacağı bildirilib.

Milad naharını ləğv edən kraliça pandemiya səbəbiylə keçən il Milad səyahətini də təşkil etməmişdi.

Oxumağa davam et

Avropa

Avropada elektrik enerjisinin qiymətləri rekord həddə çatdı

Avropa bazarlarında elektrik enerjisinin qiyməti rekord səviyyəyə çatır.

Publika.az xəbər verir ki, bu Nord Pool elektrik birjasının məlumatlarına əks olunub.

Fransada 1 meqavat-saata orta sutkalıq qiymət 442,88 avroya, Almaniyada 431,98 avroya çatıb - söhbət rekord rəqəmlərdən gedir. Digər ölkələrdə də qiymət artır - Belçika və Avstriyada da bu rəqəm 430 avronu keçir.

Elektrik enerjisi gözlənilən soyuqlar fonunda bahalaşıb - sinoptiklərin fikrincə, bu həftə bir sıra Avropa paytaxtlarında temperaturun sıfırdan aşağı düşməsi müşahidə olunacaq və bu, tələbatın artmasına səbəb olacaq. Vəziyyəti Fransada külək elektrik stansiyalarının aşağı istehsalı və nüvə enerjisi istehsalında fasilələr, həmçinin Rusiya qazının tədarükünün azalması ilə daha da ağırlaşdırır.

Avropada qaz bu il təxminən 600 faiz bahalaşıb. Enerjinin bahalaşması, öz növbəsində, inflyasiyanı sürətləndirib və bu, artıq koronavirusun yeni ştammı təhlükəsi ilə üzləşmiş ölkələr üçün problemə çevrildi. Mütəxəssislər artıq qışın soyuq keçəcəyi təqdirdə Avropanın elektrik enerjisinin verilməsində fasilələr olacağı ilə bağlı xəbərdarlıq edib.

Oxumağa davam et

Avropa

"Omikron" Avropanı bürüdü

Koronavirusun ən mutasiyaya uğramış yeni variantı olan "omikron" Avropanın bütün ölkələrini əhatə edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi ölkələr uçuşları dayandırmaq qərarı verib. Səyahət və turizm qadağası olan yerlər də var.

Avstriya

3 peyvənd tələbi tətbiq olunub. Avropa İttifaqı tərəfindən tanınmayan peyvəndləri vurduranlar isə ölkəyə yalnız karantin şərtilə qəbul ediləcək. 2 peyvəndi olanlar da PCR testi verməlidirlər. Əks halda onlar ictimai xidmətlərdən yararlana bilməyəcək, restoran, bar, kinoteatr, teatr kimi yerlərə girə bilməyəcəklər. Yeni qaydalar bu gündən etibarən başlayır.

Almaniya

Miladdan əvvəl qapanma nəzərdə tutulmur. Lakin peyvənd olunmayanlar artıq qapalı məkanlara buraxılmır. Sürətli testlərin etibarlılıq müddəti 24 saata endirilib. Şərtləri yerinə yetirməyənlər restoranlara, barlara, kinoteatrlara, teatrlara və ya ictimai yerlərə daxil ola bilməzlər. Səhiyyə işçiləri üçün məcburi peyvənd tələbi tətbiq edilib.

İsveçrə

İsveçrə Avstriyadan fərqli olaraq koronavirus epidemiyası qaydalarını yumşaldıb. 2 peyvəndi olanlar üçün əlavə PCR testi yumşaldılıb. Onlar da sürətli antigen testinin nəticəsi ilə səyahət edə biləcək. Sürətli test yalnız 24 saat etibarlı olacaq. 2 peyvəndi və 1 testi olanların 4-7 gün karantində qalmasına ehtiyac qalmayacaq.

Niderland

Niderland yanvarın ortalarına qədər bağlanmağa qərar verib, odur ki, Milad və Yeni il tətillərini orada keçirmək arzunuz ürəyinizdə qalacaq. Bir ailə maksimum 2 nəfəri qəbul edə bilər. Milad və Yeni il arasında ziyarətçilərin sayı 4-dən çox olmayacaq. Təkcə Amsterdamda yoluxmaların sayı hər 3 gündən bir 2 dəfə artır.

Danimarka

Dünəndən bəri ölkədə məhdudiyyətlər başlanılıb. Teatr, kino, zoopark, əyləncə məkanları və idman obyektləri bağlanıb. Restoranlar ən geci 23:00-a qədər açıq olacaq. Sərt qaydalar yanvarın ortalarına qədər davam edəcək. Ölkədə yoluxmaların sayı sürətlə artır, rekord qırır və gündə 12 min yoluxmaya çatır. Yoluxmaların beşdə birini "omikron" variantı təşkil edir.

Böyük Britaniya

Yoluxmaların 60 faizini "omikron" variantı təşkil edir. "Yaxın günlərdə sunami kimi bir "omikron dalğası" ilə üzləşəcəyik" - Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bildirib. Ölkədə bağlanma qərarı və sərt qaydalar davam edir.

Fransa

"Omikron" variantına qarşı mübarizə sürətlənir. Üçüncü peyvəndin vurulma müddəti 4 aya endirilib. Səhiyyə və yanğınsöndürmə işçiləri üçün üçüncü peyvənd tələbi tətbiq edilib. Bir neçə gün əvvəl 5 yaşdan 11 yaşa qədər olan uşaqların vaksinasiyasına başlanılıb. Yelisey sarayının ətrafında atəşfəşanlıq və Yeni il şənlikləri qadağan edilib.

Avropa İttifaqı

Avropa İttifaqının digər ölkələrində "omikron" variantı öz təsirini artırır. Peyvənddən geridə qalan ölkələr Rumıniya və Bolqarıstandır. Rumıniyada peyvənd nisbəti 40, Bolqarıstanda isə 30 faizdən aşağıdır. Avropa İttifaqı Komissiyası "omikron"un yanvar ayında bütün Avropada dominant variant olacağını açıqlayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam

Gündəm