Mərkəzi Bankda yeni təyinat - Publika.az
Bizi izləyin

Banklar

Mərkəzi Bankda yeni təyinat

Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə yeni direktor təyin edilib.

Bu, Namiq Nağdəliyevdir.

O, bu vəzifədə ötən il Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri təyin olunmuş Adışirin Qasımovu əvəz edib.(Report)

Rəylər
Oxumağa davam et
Reklam

Banklar

Ödəniş kartlarının sayı 11 milyona yaxınlaşdı

Bank sistemi üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 10 milyon 858 min ədəd təşkil edib.

Publika.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17,7 faiz, kredit kartları üzrə 27,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 130 min, kredit kartları 293 min, digər kartlar isə 1,2 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Oxumağa davam et

Banklar

Əhalinin banklardakı əmanətləri tarixi maksimum səviyyəyə çatdı

Əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri noyabr ayında 1,9 faiz (167,1 milyon manat) artaraq 8 milyard 880,9 milyon manat təşkil edib (tarixi maksimum səviyyə).

Publika.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, əmanət portfelinin 59,3 faizi (5 milyard 267,7 milyon manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.

Oxumağa davam et

Banklar

"Kapital Bank" “Zəfərdən Dirçəlişə” layihəsində iştirak etdi

17 dekabr 2021-ci il tarixində PAŞA Holding və holdinqə daxil olan şirkətlər, işğaldan azad olunan Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı aksiyada iştirak etdilər. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilir.

Aksiya çərçivəsində Zəngilan rayonunda yeni meşə massivinin yaradılması məqsədilə 11 000 ağac əkiləcək. Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, həmçinin PAŞA Holding-in, holdinqə daxil olan şirkətlərin, nazirliyin və fondun əməkdaşları iştirak edirdi.

Aksiyadan sonra iştirakçılar Zəngilan rayonunda 1-ci Qarabağ Müharibəsi zamanı salınan, sonra məfhum düşmən tərəfindən dağıdılan, lakin 44 günlük Vətən Müharibəsindən sonra yenidən bərpa olunan Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərin qəbirlərinə gül dəstələri qoydular.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Oxumağa davam et
Reklam

Gündəm