Xəbərlər - Publika.az
Bizi izləyin

Bitmiş layihələr

Türkiyənin ən xarizmatik kişisi: “Eyni vaxtda min qadını sevə bilərəm” – FOTOLAR

Tanınmış simalar karyerasına, adına kiçik bir ləkədüşməsin deyə, adətən, danışmazdan əvvəl 100 ölçüb bir biçir. Ancaqmətbuata açıq olan, cəsarətli açıqlamaları ilə sevilən incəsənətnümayəndələri də var. Onlardan biri də ağciyər infeksiyası diaqnozuilə xəstəxanaya yerləşdirilən və sağ əlinin barmaqlarından ikisiamputasiya edilən türkiyəli aktyor Nejat İşlərdir. O, həm rolları,həm də qeyri-adi açıqlamaları ilə hər zaman böyük maraq doğurabilənlərdəndir. Ən maraqlısı odur ki, Nejat İşlər bunu məşhurluqnaminə, kütlənin xoşuna gəlmək üçün etmir. Əksinə, insanlarınhaqqında nə düşündüyü onu qətiyyən maraqlandırmır. Məsələn, çoxüstünə düşsəniz, ağzından od püskürəcək. Sevmədiyini gizlətmir,hisslərini açıq ifadə edir. Səhhəti ilə bağlı ciddi problemləryarandıqdan sonra qazandığı milyonları itirməsi belə aktyorunvecinə deyil.

Qeyd edək ki, 3 ay reanimasiyada yatmasına vəsəhhətindəki problemlərə baxmayaraq, aktyor xəstəliyinə səbəb olaniçki və siqaret kimi zərərli vərdişlərindən hələ də əl çəkəbilməyib.

Publika.az-ın "Kokteyl"layihəsi çərçivəsində Türkiyədə olduğu qədər Azərbaycanda dapərəstişkar ordusu olan Nejati İşlerin Türkiyə mətbuatına verdiyimüsahibəni təqdim edirik:

"Şöhrət hər kəsin səndən bir şeyistəməsidir!"

- Yeni film, yeni layihə olmadan müsahibə təklifi gəlsə,qəbul edərsən?

- Qəbul etmərəm, ehtiyac yoxdur. Niyə heç bir layihə olmadanözümü göstərməyə çalışım ki?

- Bilmirəm. Səbəbsiz gündəmdə olmaq bəzilərinin xoşunagəlir. Özünü qəzetdə, jurnalda görməkdən həzz alırlar.

- Heç bir iş görmürəmsə, səbəbsiz yerə niyə müsahibə verim?Şəxsi həyatım haqqında heç dostlarıma danışmıram, minlərlə insananiyə danışım? Nə ehtiyac var?

- Yəni, gündəmdə olmaq sənin eqonusığallamır?

- Yox, qardaş. Əksinə, belə hallar məni incidir. Danışmalı,yazmalı o qədər mövzu olduğu halda onların yerinə bizim şəxsihəyatımız niyə danışılsın ki? Düzü, əvvəllər həyatım haqqındayazılan yazılar məni özümdən çıxarırdı. İndi bu məsələdə bir qədərtəmkinli olmuşam. Yaş da öz sözünü deyir. 40 yaşdan sonra qəbuletməsən də, bəzi məqamlarla barışmalı olursan.

- Şöhrət qəribə anlayışdır. Müdhiş bir cazibəsi var. Onaçatmaq üçün böyük fədakarlıqlar edirsən. Nail olanda isə onuitirməmək üçün hər şeyi qurban verməyə hazır olursan. Şöhrət insanao qədər təsir edir ki, zamanla insan tamamilə dəyişir, ya da onuyenidən formalaşdırır. Bəzi hallarda da şöhrət öz qurbanınıçirkləndirir. Amma sən əvvəl necə idinsə, elə də qalmısan. Şöhrətləaranızda necə məsafə qoyursan, necə olub onun səni çirkləndirməsinəimkan verməmisən?

- Mən bundan tam əmin deyiləm. Mütləqkirlənmişəm və dəyişmişəm. İstənilən halda şöhrətin mənə "əli"dəyib. Çox gözəl "Rock and Rol" (sadəcə alkoqol və seksdən ibarəthəyat tərzi) həyat tərzim vardı. Populyar idim. Bir də onu anladımki, şöhrət hər kəsin səndən bir şey istəməsiymiş. Hər kəs səndənmaddi, yaxud mənəvi nə isə istəyir. Əvvəlcə, hamının dadına çatmağaçalışırsan, sonra bunun qeyri-mümkün olduğunu başa düşürsən. Köməkedə bilməyəndə isə "pis insan" olursan. Mən də pis insan olmağarazı oldum. Şöhrətlə ayaqlaşa bilmədim. Etiraf edim ki, şöhrətinbaşını gicəlləndirmədiyi insanlara qibtə edirəm.

- Amma bu imicin belə, sənin daxilən yaxşı insanolduğunu göstərir.

- İstəsən, cəmiyyətdə yaxşı obraz yarada bilərsən. Bu, elə dəçətin iş deyil. Bir neçə sosial yardım layihəsində iştirak edirsən,ailə fotoları paylaşırsan və .s. Kameraların qarşısında oynayıbreallıqda kim olduğunu mərahətlə gizlədirsən.

- Depressiyaya düşürsən?

- Əlbəttə, olur. Otuz yaşdan sonra başa düşürsən ki, xoşbəxtlik,deyəsən, bədbinliyə öyrəşməkdir. Biz bu dünyada tamamilə xoşbəxtola bilməyəcəyik. Çünki bizi bədbəxt edənlər mütləq qarşımızaçıxacaq. Lakin depressiv halları da sevirəm. Adətən, yazanda və yaoynayacağım rola hazırlaşanda stress keçirirəm. Onda öz qaranlıqdünyama çəkilirəm. Daxili dünyama qapılıb həm özümü, həm də ətrafdabaş verənləri kənardan seyr edirəm. Başqalarına ayaq uydurabilirəmmi? - deyə, özümü təhlil edirəm.

- "Rock and roll" həyat tərzin olduğunu söylədin. Bəs,rok musiqisini bəyənirsən?

- Rok mənə yaxşı təsir edir. Ümumiyyətlə, çox qarışıq musiqijanrlarına qulaq asıram. Daha çox da Vayt Sneykə. Bizim türkülər dəyaxşıdır, araq içərkən gözəl gedir. Amma yalnız araq içərkən deyil,həyatın başqa anlarında da insan qəlbi musiqi istəyir. Ağlayıbsızlamaqdan başqa, bağırmaq-çağırmaq, başqa hekayələr də dinləməkistəyirik. Kiminsə üzünə deyə bilmədiklərini rok mahnılarında deyəbilirsən. Roku buna görə sevirəm. Onu da deyim ki, musiqisiz həyatxətadır! Musiqi olmasa, dünyanın heç bir dərdini, yükünü çəkəbilməzsən...

- Xəyallarından danışırsan bəlkə.

- Dünyanı gəzmək istəyirəm.

- Arzun ancaq bundan ibarətdir?

- Başqa nə ola bilər ki? Hər şeyə tamahım düşmür. Həris biriolmadığımdan gördüyüm hər nemətə hücum etmirəm. Mal-mülk dərdim dəyoxdur. Mülkiyyət mənimçün oğurluq kimidir. Son model maşın, ya dabahalı bir malikanə alan hər kəsin xoşbəxt olduğunu zənnedirsinizsə, yanılırsınız. Sırf buna görə aranızda xoşbəxt olduğunudeyənlər varsa, onların nəinki xoşbəxtliyinə, gözlərinin yaxşıgördüyünə də şübhə edirəm.

"Meyxanalardır evim"

- Mal-mülkə sahib olmaq səni niyə narahat edirki?

- Sevmirəm. Mənim ancaq bir prinsipim var: çılpaq gəlmişik,çılpaq da gedəcəyik. İbtidai insan üçün mağara nəyi ifadə edirsə,mənim üçün ev odur. Hətta o da deyil. Uşaqlığım, sevgilim,dostlarım, kitablar, musiqi, kino, teatr, "Fənərbaxça" –dır mənimevim, meyxanalardır mənim evim. Dünyanın hər yerindəki vicdanlıinsanlar da evimdir.

"Gözəl qadını seyr etməkdən gözəl nə ola bilərki?"

- Dünyanı gəzib dolaşdın, bəs sonraneyləyəcəksən?

- Dünya çox böyükdür, onu gəzməklə bitməz... Gözəl qadınlarlatanış olmaq, gözəl içkilər içmək, gözəl insanlar tanımaq,əsrarəngiz təbiəti seyr etmək o qədər gözəldir ki, ifadə etməkdəçətinlik çəkirəm. Onsuz da ölüb gedəcəyik, həyatı doyunca yaşamaqlazımdır. Gözəl bir qadına, gözəl bir mənzərəyə baxmaqdan dahagözəl nə ola bilər ki?

- Dünyanı gəzərək xoşbəxtliyi tapabiləcəksən?

- Buna xoşbəxtlik deməyək, amma özümü daha yaxşı hiss edəcəyəm.Dünyanın ən mənzərəli yerlərini öz gözlərimlə görmək istəyirəm.

- Arzuların vəhşi kapitalizm həqiqətləri ilə nə qədərtərs-mütənasibdir. İnsanların ambisiyaları qurtarmır. Hər zamandaha çox pul, daha çox güc və qüdrət əldə etməyəçalışırlar.

- Axmaqlıqdır.

- Həyatda etdiyin ən pis şeyi düşün.

- Hər gün düşünürəm, ancaq danışa bilmərəm. Onu deyim ki, birdənçoxdur. Hələ balaca olanda etdiyim və tez-tez xatırladığım bir pisişimi danışım. Babamın pensiya pulu ilə tikdirdiyi bir evimizvardı. Alt mərtəbəsində İstanbula yeni gəlmiş ailə yaşayırdı.Deyəsən, kənddən gəlmişdilər. Xalamın Almaniyadan mənim üçüngətirdiyi tapança ilə uşaqları qorxudub ağladırdım. Onlartapançanın əsl silah olduğunu düşünür, hər dəfə məni görəndəhönkür-hönkür ağlayıb yalvarırdılar. Həftədə bir dəfə bu hadisəyadıma düşür.

- Bunun həqiqətən də pis hərəkət olduğunudüşünürsən?

- Pisdir. Uşaq olsan da, düzgün hərəkət deyil.

- Başqa nə səhvlərin olub?

- Danışmaq məni zəhərləyir. Belə deyim, bir neçəsini yazmışam.Yazanda özümü daha yaxşı ifadə edirəm. Amma yenə də yadımadüşür.

- İndi də etdiyin ən yaxşı şeyi düşün?

- Bu sual məni daha çox düşündürdü. Ağlıma heç nə gəlmir.Deyəsən, etdiyim ən yaxşı iş həyatda qalmaqdır...

- Mən başqasına yaxşılıq etməyi nəzərdətuturdum.

- Bu sualı başqasına vermək lazımdır, ona məncavab verə bilmərəm.

- Bodrumda yaşadığını bilirik. Bodrumda yaşamaq qərarıburadakı qaynar həyatdan təcrid olma istəyindən irəligəlir?

- 17 ildir ki, Bodrumda yaşayıram. Amma ürəyimistəyəndə İstanbula gəlirəm. Oradakı həyat tərzim çox adidir. Oradadaha çox qışda qalıram. At yarışlarına böyük maraq göstərirəm.Səhər yuxudan duran kimi bununla məşğul oluram.

- Qazandığın olur?

- Bəzən. Kafedə oturub dostlarla yaxşı nərdoynayıram. Axşam olanda da normal insanlar kimi evimə gedirəm.

- İstanbuldan niyə qaçırsan ki? Burada səni nəincidir?

- Nəzakətsizlik, həddini bilməyən insanlar...

- Bu günə qədər "ən böyük həyat dərsi" dediyin birtəcrübə varmı?

- Hımmm... Mənə yaşadığımız hər an dərs kimigəlir. Hesab edirəm ki, yaşadığım hər an bir sınaqdır. Onsuz dahəyatımı məktəb kimi yaşayıram.

- Bir halda ki, hər anı dərs kimi görürsən, onda tez-tezböyük vədlər verirsən. Məsələn, "siqareti atacam, özümə daha yaxşıbaxacam, başımı bəlaya salmayacam, ya da aşiq olmayacam"kimi.

- Bəli, belə qərarlar həmişə vermişəm. Amma sonra özümə xəyanətetdim...

- Bəs, evliliyə necə baxırsan?

- Mən heç bir şeyə inanmıram, evlilik də bura daxildir. Ammatənha qalmaq qorxuludur, həyatımda biri olmasını istəyirəm.Birlikdə yaşamaqdan bəhs edirsənsə olar, əlbəttə, hətta çox gözəlolar.

- Bəs, uşaq sahibi olmağı düşünmürsən?

- Amma mən tək uşaq dünyaya gətirə bilmərəm,bunu bilirsən. Böyük cümlələr qurmaq o qədər də doğru deyil. Uşaqsahibi olmaq istədiyini başqası sənə hiss etdirməlidir. Evdəmehribançılıq varsa, bir-birimizin gözlərinə baxıb sevgimizi etirafedə biliriksə, şənlənir, deyib-gülürüksə, onunla evlənərəm. Bunlarıuzun müddət biriylə etsəm, uşaq haqqında düşünərəm. Bunun üçünimtahandan keçmək lazımdır, birdən-birə evlilik qərarı vermək doğrudeyil. Hərçənd onu da bilmirəm, birinə axmaqcasına vurular vəevlənərəm. O da məni və uşağı atıb gedər.

- Niyə getsin ki?

- Əslində, çox darıxdırıcıyam, əyləncəli deyiləm.

- Sənin əyləncə anlayışın necədir ki?

- Birincisi, mən tək qalmağı çox xoşlayıram.Bir çox məşğuliyyətim var, onlarla məşğul oluram. Musiqi, film,kitab və.s. Buna razı olan biri olarsa, eyni evdə qala bilərik.

- Evlilik və uşaq sahibi olmaq böyük məsuliyyət tələbedir? Yoxsa, hamısını biz gözümüzdə çox böyüdürük?

- Bir az böyütmək lazımdır. Evliliyə və uşaqsahibi olmaq üçün bu məsuliyyətə hazır olduğunu hiss etməlisən.Məsələn, avtomobil istifadə etmək üçün sürücülük vəsiqəsi verilir,uşaq sahibi olmaq üçün belə bir qayda yoxdur.

"Bütün kişilər kütbeyindir"

- Bir qızın olsa, ona kişilərlə bağlı verəcəyin ən mühümnəsihət, nə olar?

- "Bütün kişilər kütbeyindir, öz həyatını yaşa"deyərəm.

- "Qadın və kişi bir-biri ilə dost olmaz" deyirlər.Bununla razısanmı?

- Olar. Mənim oldu. Niyə olmasın?

- Onda niyə belə deyirlər?

- Bilmirəm. Kişilər, adətən, hər bəyəndiyi qadınla yatağagirməyi fikirləşir. Yoldaş olmağı fikirləşməyə vaxt qalmır.Əslində, bir şey deyim; Birlikdə olduğum qadınlarla əvvəlcə dostolmuşam. Bu, mənim üçün vacibdir.

- Ayrıldıqdan sonra dost qala bilirsinizmi?

- Bir mahnı var: Birinə səni sevirəm deyəndə, səndən iki şeygözləyir: Ya ölənə qədər birlikdə yaşamaq, ya da çox pis birayrılıq... Təbii ki, ayrıldıqdan sonra dost qalmağa cəhd edirsən,amma çox dərin sevgi yaşamısınızsa, bu, mümkün olmur.

- Dost qalmaq sənin seçimindir?

- Hər mənada münasibətdən danışırıqsa, mən eyni vaxtda min qadınsevərəm!

- Çox geniş və sevgi dolu bir ürəyin var.

- Eyni anda min qadınla sevgili ola bildiyimi nəzərdə tutmuram.Ətrafım qadınlarla həmişə dolu olub, onların hamısına hörmətedirəm. Amma qadınları sevirəm, nə edim? Qadınlar gözəldir!

- Adətən, kişilər qadınlardan çox şikayətedir.

- Bu, "fala inanma, faldan da qalma" – deyiminəbənzəyir. Qadınlarla bağlı hökm verən biri deyiləm. Şekspirin gözəlbir sözü var: Qadınları ya başa düşün, ya sevin. İkisini birdənsınamayın. Mən həmişə sevməyi seçdim. Anlamağı istəsəydim,cəhdlərim uğursuz alınardı və hər hansı bir layihəmi həyatakeçirərkən ölən zavallı bir adam olardım. Əgər bir qadını xoşbəxtetmək istəyirsinizsə, o zaman onunla dost kimi dərdləşin, ata kimiqoruyun, kişi kimi sevin!

- Qadınlar da sənin dərdindən ölür...

- Keçmiş olsun.

- Bu vəziyyət xoşuna gəlmir?

- Sırf məşhurluğuma görə, qadınların mənibəyənməyi xoşuma gəlmir. Çox şanslı adamam ki, qadınların arasındaböyüdüm. Gənclik illərimdən ətrafım gözəl qadınlarla dolu olub.İbtidai sinifdən sonra Cağaloğlu Anadolu Liseyinə daxil oldum.Liseydə 800 qızla bərabər oxumuşam və hamısı da gözəl idi.Qadınlardan yana bəxtim həmişə gətirib. Məşhurluq dalğasının səbəbolduğu heyranlığı sevmirəm. Yoxsa, o biri növü çox şirin idi.Gənclik illərimdə də olduqca diqqət çəkən birisi idim.

- Niyə qadınların ancaq məşhurluğuna görə, sənəvurulduğunu düşünürsən?

- Çünki elədir. Tanındıqdan sonra qadınların marağı xeyli artıb.Bir şey çox olduqda narahat etməyə başlayır. Bu, məni qorxudur da.Qadınların nə edəcəklərinin və etdirəcəklərinin sərhədi yoxdur.Qadınlar bu məsələdə kişilərdən daha cəsarətlidir.

- Deyək ki, biri ilə tanış olanda ona necəgüvənirsən?

- Çoxlarının əsl niyyətini anladığım zaman təəssüflənirəm. Ammabu, məni şübhələnən bir adama çevirib. Hər kəsə şübhə iləyanaşıram.

- Bir müsahibəndə anana həmişə başqalarını düşündüyüüçün ona acığın tutduğunu demisən.

- Mən zahirən atama, xasiyyətcə bir az anamabənzəyirəm. Anam həmişə ora-bura qaçar, hər kəsə kömək etməyəçalışar, hər işi çatdırmağa çalışardı. Uşaq ikən mənimləmaraqlanmağa vaxtı az qalırdı. İndi onu anlayıram.

- Sən də anan kimisən?

- Mən heç vaxt yaxşı adam olmamışam, anam yaxşı insandır.Aramızdakı əsas fərq budur. Mənim pisniyyətli tərəfim var idi. Pistərəfimi hər zaman özümdən uzaqlaşdırmaq istəmişəm. Təəssüf ki,indi yaxşının qədrini bilən yoxdur. Yaxşı kişini nə qadınlar, nə dəbu sektor sevir. Yaxşı insan olanda işə yaramaz olursan.

- İşdə, ya da şəxsi həyatında etdiyin nəyəsə görə peşmanolmusan?

- Çox olub. "Heç peşman olmadım" deməkgülüncdür. Mən peşman olmuşam, həm də çox. Əslində, hamının peşmanolduğu anlar çox olur.

- Düşündüyümüzdən də duyğusal və həssasbirisən...

- Duyğusal olmasam, necə aktyor ola bilərəm? Buna görə mənə pulödəyərlərmi? İnsana aid hər şey məndə də var...

- Yaşın artdıqca həyata baxışın dəyişib?

- Əvvəllər hər şeyə əsəbi reaksiya verirdim. Müəyyən yaşdansonra qəzəbimə hakim olmağı öyrəndim. İndi enerjimi harada istifadəetməli olduğumu daha yaxşı bilirəm.

Aytən

Rəylər

Bitmiş layihələr

Nəinki Qaragöl, hətta Zəngəzur, Zəngibasar da... - Ayaz Mütəllibov DETALLARI AÇDI

“1992-ci ilin martında Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə ermənilər çalışırdı ki, Qarabağ bizim ərazi kimi qəbul edilməsin”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, Qaragöl ətrafında yaranan vəziyyət, İrəvanın Azərbaycanı təxribatlara çəkmək istəyi, Zəngəzur dəhlizi və digər mövzularda Teleqraf.com-un suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edirik:

- Ayaz müəllim, Azərbaycan Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesini həyata keçirir. Görünən budur ki, Ermənistan tərəfi maneə yaradır, hər vəclə bu prosesi yubatmağa çalışır. Siz durumu necə qiymətləndirirsiniz?

- Hadisələrin gedişatı göstərir ki, indiki durum ermənilərə sərf etmir. Çünki 30 ilə yaxın bir müddət ərzində onlar qeyri-qanuni şəkildə zəbt etdikləri Azərbaycan ərazilərində ürəkləri istədiyi şəkildə yaşayıb, torpaqlarımızı istismar ediblər. İndi də öz ənənələrinə sadiq qalaraq hay-küy salıb dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdürlər. Ancaq mən deyərdim ki, nahaq yerə özlərinə ümid verməsinlər. Artıq bu torpaqların əsl sahibləri qayıdıb və əbədi olaraq bu ərazirilərimiz bizdə qalacaq!

- Ermənistanın Azərbaycan ordusunun guya onun ərazisinə daxil olması bəhanəsi ilə Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək istəməsi müşahidə edildi. Lakin bu qurumların heç biri İrəvana dəstək vermədi. Əvəzində Fransa hökumətinin Ermənistanı açıq dəstəklədiyinin şahidi olduq. Yaranan situasiyada Rusiya və Fransanın davranışları necə şərh edilə bilər?

- Ermənistan hara istəyir, kimə istəyir şikayət etsin, yardım istəsin xeyri yoxdur. Zatən şikayət etmək onların qanındadır. Beynəlxalq qanunlar, hüquq bizim tərəfimizdədir. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə də Ermənistan çox çalışdı ki, buna maneə yaratsın. Xüsusilə, Qarabağın bizim ərazimiz kimi qəbul olunmasına qarşı idilər, ancaq xeyri olmadı. Bütün dünya Qarabağı və digər əraziləri Azərbaycan dövlətinin ərazi vahidi kimi tanıdı və qəbul etdi. İndi də bu belədir. Ona görə də KTMT-yə və yaxud da hər hansı bir quruma şikayət etməyin mənası yoxdur, əksinə, bu, erməni xalqı üçün əlavə vaxt itkisidir. Ora-bura zəng etməkdənsə Azərbaycanın, onun prezidentinin güclü olduğunu qəbul edərək kömək istəsəydilər, onlar üçün daha sərfəli olardı. Hələ də xəyallar aləmində fikirləşirlər ki, kimsə Azərbaycanı tutduğu yoldan döndərəcək. Bir şeyi dərk etmirlər ki, Azərbaycan xalqı, əsgəri 30 il keçsə də nəinki torpaqların itkisi ilə barışmadı, əksinə artıqlaması ilə geri qaytardı. Onsuz da gec-tez buna gələcəklər.

- Ermənilərin Qaragöl ətrafında yaranan vəziyyətdən sui-istifadə halları ortaya çıxdı. O dövrdə siz ölkəyə rəhbərlik edən əsas şəxslərdən biri olmusunuz. 1987-ci ildə Qaragölün Azərbaycan hökuməti tərəfindən dövlət qoruğu elan olunması haqda qərar barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Siz Qaragöl haqqında, erməni tərəfinin ona iddia etməsinə dair hansı məlumatlara maliksiniz?

- Qaragöl və onun ətrafındakı ərazilər tarixən Azərbaycan torpaqları olub, olacaq da. Ora bizim yaylaqlarımız olub. Laçında yaşayan camaat təsdiq edər ki, hər il yay aylarında Qaragölə yaylağa çıxardılar. Ümumiyyətlə, nəinki Qaragöl, bütövlükdə Zəngəzur, Zəngibasar, Vedibasar, İrəvan xanlığı tarixən bizim əzəli torpaqlarımızdır. Bunu bütün dünya tarixçiləri gözəl bilir.

- Ayaz müəllim, necə düşünürsünüz, 44 günlük müharibə ilə biz Qarabağ məsələsini həll etdikmi, yoxsa həll olunmayan ocaqlar hələ də var?

- Təbii ki, 44 günlük müharibə kimin kim olduğunu sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa arzu edirik. Azərbaycan əsgəri 30 ildən sonra tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ordumuz BMT-nin qətnamələrini həyata keçirib. Bu nə deməkdir? 30 il bundan əvvəl BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun qəbul etdiyi qətnamələr havada qalmışdı. Bu da həmin quruma baş ucalığı gətirmirdi. Azərbaycan xalqı təkbaşına beynəlxalq ictimaiyyətin köməyi olmadan, öz resursları hesabına bu qətnamələri reallaşdırdı. Bundan artıq nə istəyirlər!? Biz tarixi haqq-ədaləti bərpa etmişik. Heç kimin bizə bu işdə irad tutmağa haqqı yoxdur, ola da bilməz.

Ermənilərə gəldikdə, onlar bu acı reallığı həzm etmək iqtidarında deyillər. Təxribat xarakterli əməllərini davam etdirəcəklər. Buna görə də biz xalq olaraq gözüaçıq olmalıyıq. Təxribatlara getməyərək 44 günlük müharibə zamanı göstərdiyimiz birliyi qoruyub saxlamalı və daha da inkişaf etdirməliyik. Ermənilər isə ərköyünlük etməməlidir, artıq zaman keçib və reallıqla hesablaşmaq lazımdır. İstər hüquqi, istər siyasi, istər iqtisadi, istərsə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparacaq potensiala malik deyillər. Hətta yaxın on illiklərdə rəqabət aparacaq halları da yoxdur.

- Zəngəzur dəhlizinin açılması regiona hansı dividendlər gətirəcək?

- Sözsüz ki, Zəngəzur yolunun açılmasının xeyri var. Ən əsası Naxçıvanla digər ərazilər arasında yaradılmış bu süni maneə aradan qalxacaq. Xalqımız Naxçıvana gedib-gəlməklə bağlı üzləşdiyi əziyyətdən xilas olacaq.
Dəhlizin açılmasının iqtisadi dividendləri də olacaq. İqtisadi cəhətdən regionun bütün ölkələri üçün sərfəli bir tranzit yoludur. Hamı bundan faydalana biləcək. Hesab edirəm ki, yaxın zamanlarda dəhlizin açılmasına nail olacağıq.

- Azərbaycan və Ermənistan arasında bundan sonra normal münasibətlərin yaranmasına nə dərəcədə inanırsınız?

- Ermənilər bizimlə normal münasibət qurmaq məcburiyyətindədir. Həmçinin qardaş Türkiyəyə qarşı absurd ərazi iddialarından əl çəkməlidirlər. Bu, yalnız onların öz xeyrinədir. Ermənistan öz iqtisadiyyatını dirçəltmək, xalqını dolandırmaq istəyirsə buna getməlidir. Onlarda da müəyyən konstruktiv siyasətçilər var ki, buna getməyin zəruri olduğunu dərk edirlər. Azərbaycanın ermənilərə qarşı heç bir iddiası yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi indiki Ermənistan Azərbaycanın tarixi ərazilərində yaradılıb. Ermənistan öz gələcəyinə görə ekstremizmdən əl çəkməlidirlər. Əks halda bu, onların zərərinə gətirib çıxaracaq.

Oxumağa davam et

Bitmiş layihələr

İslam və sehr, cadu, ziyarətgahlar

“Kahinlik edən, kahinə gedən, sehr, cadu edən, etdirənvə bunlara inanan bizdən deyildir. “Quran-i Kərim”əinanmamışdır”.

İslamda təbiət qüvvələri, fizika, kimya və biologiyaqanunları xaricində gizli vasitələrdən istifadə edərək qəribəliklərortaya qoyan işə, müsəlman olmayanlardan ortaya çıxan adət dışışeylərə, caduya “sehr” deyilir. “Əl-Hadikat-ün-Nədiyyə”dəki birhədis-i şərifdə Peyğəmbər əfəndimizin dilindən deyilir: “Kahinlikedən və kahinə gedən və sehr, cadu edən və etdirən və bunlarainanan bizdən deyildir. “Quran-i Kərim”ə inanmamışdır”. “İhya”dakıdigər bir hədis-i şərifdə “Müsəlman cadu etməz, imanı getdikdənsonra cadusu təsir edər”” deyilir. Lakin buna baxmayaraq bəzimüsəlman mollalar hətta kitab açaraq fala baxır, “bəxt açır”, “bəxtbağlayır”…

Əbdülhakim Arvasi sehrin, cadunun həqiqətən insanları xəstəetdiyini, sevgi və ya məhəbbətsizliyə düçar etdiyini, yəni cəsədəvə ruha təsir etdiyini, qadın və uşaqlara daha çox təsir etdiyiniyazır.

Muhamməd Masum Faruki demişdir: “Həqiqi mömin batil inanclarainanmaz, sehr, uğursuzluq, fal, ovsun, “Quran-i Kərim”dən başqaşeylə yazılı muska, mavi muncuğa, kəhanət və buna bənzər şeylərə,bunların mütləq bir iş görəcəyinə, məzarlara şam qoyanlara, tel vəiplik bağlamağa etibar etməz və kəramət sahibi olduğunu söyləyənsaxtakarlara inanmaz”. Əgər bunları nəzərə alıb türk-İslam aləminəgöz gəzdirəsi olsaq, onda bu gün və bundan qat-qat əvvəl bunlarıedənlərin müsəlman olmadığı ortaya çıxır…

Abdullah ibni Abbasın məlumatına görə, Məhəmməd peyğəmbərdənəvvəl şeytanlar göylərə çıxır, mələklərdən eşitdiklərini kahinlərəxəbər verirdilər. Peyğəmbərdən sonra onlara göylərə çıxmaqyasaqlandı.

İslam aləmində istidrac kafir və fasıklarda, yəni açıq-açığınagünah işlədən müsəlmanlarda görünən adət dışı, xarüküladə,qeyri-adi hallardır. Buna məkr-i ilahi də deyilir. Ancaq, əgər eyniadət dışı, xarükuladə, qeyri-adi hal, qabiliyyət mömin müsəlmanda,vəlidə görünürsə, buna firasət, kəramət, həmin şəxslərə “Allahütəalanın sevgili qulları” deyilir. Əslində lüğətdə kəramət ərəbcəqəribə, qeyri-adi, insanın imkanları dışında olan, insanları heyranqoyan, heyrətə gətirən şey anlamındadır. “Hansı peyğəmbərinümmətindən olursa olsun, vəlilərdən adət dışı, yəni fizika, kimyavə fiziologiya qanunları dışında meydana gələn şeylər, hadisələr,üstünlüklər kəramət adlandırılır…”. Yəni dinindən asılı olmayaraqhər kəsin, istər müsəlmanların, istərsə də qeyri-müsəlmanların(İslamda kafirlərin – G.Y.) göstərdiyi və adi insanı heyran qoyan,heyrətə gətirən hər şey kəramət və ya istidrac sayıla bilər. Bundanbaşqa möcüzə də var. Bu da İslamda yalnız peyğəmbərlərə aid edilir.Məsələn, Musa peyğəmbərin əsası ilan olub sehrbazların sehiralətlərini udur, İsa peyğəmbər ölüləri dirildir, korların gözləriniaçır, Məhəmməd peyğəmbər isə “Quran-i Kərim”i insanlara bəxş edir.Harputlu İshak Əfəndiyə görə, Məhəmməd peyğəmbərin mindən artıqmöcüzəsi vardı. Merac möcüzəsi, Şakk-ı qəmər möcüzəsi (Ayın ikiyəbölünməsi), barmaqlarından su fışqırması, Kabe-i muazzam içindəkibütlərin barmağının bir işarəsilə üz üstə düşmələri, ölüləridiriltməsi, yaralılara və xəstələrə şəfa verməsi də bumöcüzələrdəndir.

Peyğəmbər olacaq şəxslərin adət dışı, yəni xarüküladə, qeyri-adihallarına isə irhas deyilir. İsa peyğəmbərin beşikdə danışması,quru ağacdan təzə xurma istəyən kimi əlinə xurma gəlməsi, Məhəmmədpeyğəmbərin uşaq vaxtı köksünün yarılması, ağacların, daşların onasalam verməsi və s. İrhasdır.

news-detail

Dini mətnlərdə yazılır ki, övliyanın kəramət göstərməsi lazımdeyildir. Bunlar kəramət göstərmək istəməzlər. Allahü təaladanutanarlar.

Övliyanın kəramətlərini haqq və doğru sayan İslam məntiqi iləeyni şeyləri göstərən qeyri-müsəlmanlarda bunu sehr və cadu kimiqəbul edən din adamları bir tərəfdən “övliyanın kəramətinə inanmaqlazımdır” desələr də, onlar bu kəramətlərin ikiyə bölündüyünü,birincinin “kəşf” olduğunu vurğulayırlar. “Kəşf” qapalı şeyinüstündən örtüyü qaldırmaq, xəyal aynasında bir çox şeyləri görməkdeməkdir. Buna biz bəsirət gözünün açıq olması da deyə bilərik.Çünki belə insanlar başqalarının görə bilmədiklərini görə bilirlər.Buna bənzər terminlərdən biri də firasətdir. Yuxarıda qeydetdiyimiz kimi, firasət peyğəmbər ümmətindən vəli olmayanlardagörünür. Onlar insanın ürəyini oxuyur, gözlə görülə bilinməyənşeyləri görürlər. Təsadüfi deyil ki, İmam-i Tirmizi və İmam-iTaberaninin kitablarındakı bir hədis-i şərifdə deyilir: “Mömininfirasətindən qorxun. Çünki o, Allahü təalanın nuru ilə baxır”adlanaraq Allaha və onun işlərinə aid olduğunu, ikincisinin isəmaddi aləmdəki xarüküladə hal olduğunu vurğulayırlar. “Bu kəramətseçdiyi qullarına verildiyi kimi, kafirlərə də verilir” deyənmüəlliflər istidracla bağlı fikirlərə zidd gedir və kafirlərəverilən “vergi”ni də kəramətin iki qolundan biri adlandırırlar. Birtərəfdən övliyanın kəramətlərinə inanmağın lazım olduğunu, onlarainanmayanların əhl-i sünnətdən ayrıldığını yazır, digər tərəfdənikinci qola inananları cahil adlandırırlar.

Allahü təala özünə yaxın olan seçilmiş qullarına “vergi” verir.Allahın bütün insanlar üçün bir olduğunu nəzərə alsaq, o zamanqeyri-müsəlmanların da seçilmişlərinin bu qabiliyyətə sahibliyimümkündür. Bir də ki, dəqiq sayları məlum olmayan peyğəmbərlərin124 mindən çox olduqları söylənilir. Onlardan 313-ü və ya 315-irəsuldur, yəni yeni din gətirən, qalanları isə nəbidir, yəniəvvəlki dini təbliğ edənlərdir. Rəsulların da altısı dahayüksəkdir, yəni Ülül-azmdir (Adəm, Nuh, İbrahim, Musa, İsa vəMuhamməd Mustafa). Peyğəmbərlərdən 33-ü məşhur olsa da, onlardanyalnız 28-nin adı “Quran-i Kərim”də verilir.

Adəmdən başlayaraq hər əsrdə dünyanın hər tərəfindəki insanlararasında ən üstün saydığı birinə hami ruhlarla, mələklərlə xəbərgöndərərək onların rahat yaşamaları üçün nə etməyin, nədənçəkinməyin lazım olduğunu bildirmək məqsədilə Allah öztəmsilçilərini seçir (“Peyğəmbərləri müjdə vermək və qorxutmaq üçüngöndərdim” (Nisa surəsi, 164))…

Yuxarıda əşyanın həqiqətini, iç üzünü görən, anlayan qəlb gözünə“bəsirət” deyildiyini qeyd etmişdik. Qəlb gözü ilə görmə, anlama vəRirasət də bəsirət adlanır. İmam-i Kuşeyri deyirdi: “Allahü təalamöminlərə bəzi bəsirətlər və nurlar lütf etmişdir. Onlar bu sayədəfirasət göstərirlər”. Yəni din adamları və dinimiz bəzi insanlaravergi, yəni qeyri-adi qabiliyyətin verilməsini inkar etmir.“Hilyet-ül-Evliya”da zikr edilən bir hədis-i şərifdə deyilir:“ümmətimin arasında hər zaman qırx adam olur. Bunların qəlbləriİbrahimin qəlbi kimidir. Allahü təala onlar vasitəsilə qullarındanbəlaları uzaqlaşdırır. Bunlara “əbdal” deyilir. Onlar bu dərəcəyənamaz və orucla yetişmədilər”. Abdullah ibni Məsudun “YaRəsulullah! Nə ilə bu dərəcəyə yetişdilər?” sualına Peyğəmbər“Comərdlik və müsəlmanlara nəsihət etməklə yetişdilər” deyə cavabverir. Deməli, namaz qılmayıb, oruc tutmayanlar da müsəlmanlaranəsihət edə bilirlərmiş…

Maddi aləmlə, dünya işlərilə əlaqəli adamlara “Kutb-ül-aktab”deyilir. Belə insanlar aləmin nizamı ilə əlaqəli, bolluq-qıtlıq,sağlıq, xəstəlik, barış-savaş, yağış və buna bənzər şeylərlə məşğulolan, qeybdən, yəni heç kimin tanımadığı Allah adamı olub əmrindəüçlər, yeddilər, qırxlar… deyə söylənilən və bu işlərlə əlaqədarseçilmiş insanlar hər zaman olublar və hətta peyğəmbərin zamanındada vardılar.

news-detail

İmam-i Rəbbaniyə görə, dərdlərin, bəlaların yox olması,xəstələrin sağalması və s. məhz “kutb-i ebdal” da, “kutb-ül-aktab”da deyilən kutb-i mədarın feyzlərilə olur. Deməli, Məhəmmədpeyğəmbər zamanında da bu gün elmdə şaman adlandırdığımız xəstələrisağalda, yağış yağdıra, gün çıxarda, dərdin, bəlanın qarşısını alabilən insanlar, yəni İslami terminlə desək, kutb-ül-aktab, kutb-imədar və ya kutb-i ebdal vardı. “Kutb-i ebdalın (kutb-i mədarın)hər zaman, hər əsrdə olması lazımdır. Aləmin ondan boş qalmasımümkün deyildir. Çünki aləmin nizamı ona bağlı qılınmışdır. Əgər bukutublardan biri gedərsə (ölərsə), yerinə başqası təyin edilir…Məhəmməd peyğəmbərin zamanında ebdal kutbu isə həzrət-i Ömər iləÜveys əl-karani idilər”.

Bir də kutb-i irşad var. Çox az olan kutb-i irşada Məhəmmədpeyğəmbəri misal gətirmək olar.

İslamda müqayisəli terminlərdən biri də “qavs”dır. Muhyiddinibni Ərəbi qavsın mədar kutbu olduğunu söyləsə də, İmam-i Rəbbanionun mədar kutbundan daha yüksək olub ona yardım edən olduğunudeyirdi. Məsələn, Qavs-i azam ləqəbi verilən Abdülkadir Geylaniinsanlara, o cümlədən də cinnilərə yardım edərdi. Buna görə də onagavs-üs-sakaleyn də deyirdilər. İslamdakı “havass” termini dəinsanları pisliklərdən, şər işlərdən qoruyan, yaxşı əməllər sahibiolan bu gün elmdə ağ şaman dediyimiz şəxslərdir.

Nücəbalar da insanları dardan qurtaran, onlara çətin işlərindəyardımçı olan şəxslərdir.

İman Muhamməd Qazalı əsrar (sirlər, gizli şeylər) bilgilərində,Əbdülkadir-i Geylani kəramətlər göstərməkdə və feyz verməkdə məşhuridilər. Qədimdə seçilənlər tayfadaşları ilə Yaradan arasında əlaqəyaradırdılar. O vaxtlar oxumağı, yazmağı bilməyən peyğəmbərlərə vəətrafdakılara kitab göndərməyin heç bir mənası yox idi.

Əbu Bəkrdən gələn silsilə İmam-i Cafər-i Sadıkla, onunku TayfurBayezid-i Bistami ilə (Tayfuriyyə), ondan sonra Əbül-Həsən Xarkani,Əbu Əli Farmədi və Yusif-i Həmədani ilə, Həmədaninin üçüncüxəlifəsi Əhməd Yasəvi ilə (yasəviyyə), sonra Şeyx Loğman-iXorasaninin xəlifəsi Hacı Bektaş-i Vəli (bektaşiyyə) davametmişdir. Hazırda hürufilərin bektaşiliyə sahib çıxdıqlarısöylənilir.

Əbu Mansur Hallacın “Ənəl Həqq”, Bayazid-i Bistaminin “Sübhani”və s. bir çoxları tərəfindən uyğun sayılmasalar da, təsəvvüfböyükləri tərəfindən uyğun olaraq izah edilirlər. Salik isətəsəvvüf yolçusu deməkdir.

Lakin bir elm də var - İlm-i ledün və ya ledünni elmi. Bu elmçalışmaqla əldə edilməz. Çalışılmadan əldə edilən Allahü təalanınvergisinə “vehbi”, xalq arasında isə “fəhm” deyilir. O, ihsanedilən kimsələrə verilir. Hamıya verilməz. Hər kəsə də aid deyil.Peyğəmbərlərə verilən elm isə hər kəsə aiddir. Bu baxımdan,peyğəmbərən elmi ledünni elmindən üstündür.

Kəramətlər göstərməkdə, feyz verməkdə məşhur olan, Qavs-i azamləqəbi ilə tanınan, gözəl dini təlim görən Əbdülkadir Geylani dərsverdiyi vaxt birdən hər şeyi buraxır, 25 il İraqın səhra vəxarabalıqlarında “şeytanlarla” mücadilə edir. Onlara boyun əymir.Ona vergi verilir. O, bir gün yuxuda Peyğəmbər əfəndimizi gördüyünübelə xatırlayır: Peyğəmbərin “Ey oğlum, niyə danışmırsan?” sualına“Mən yabançıyam. Bağdad fasihlərinin yanında necə danışım?” deyəcavab verdim. “Ağzını aç!” deyə peyğəmbər əfəndimiz buyururdu.Sonra “yeddi dəfə mübarək ağzının suyundan ağzıma saçdı və“İnsanlarla danış, onları gözəl hikmət və vəzlərlə Rəbbinin yolunaçağır” dedi. Geylani günorta namazını qılarkən birdən nitqitutulur. Əli bin Əbu Talibi bunu görür. O, Geylaninin nitqinintutulduğunu bilib onun ağzına altı dəfə tüpürür (“ağzının suyundanağzına saçır”). Bundan sonra Əbdülkadir Geylani gözəl və təsirlibir dillə danışmağa başlayır. İslamda olduğu kimi, şamanlardaağzına tüpürməklə müalicə etmək, vergini qəbul etməyi asanlaşdırmaqvə s. geniş yayılmışdır.

Azərbaycan ərazisində doğulub yetişmiş kəramətli övliyaböyüklərindən biri də Əbdülməcid Şirvanidir... Bir gün kitablardanbiri dil açıb onunla danışır. Qorxusundan kitabı kənara atanƏbdülməcid dağlara gedir, mağarada yaşayır. Bu əsnada ona bəzikəramətlər ihsan edilir. Vəhşi heyvanlar ona toxunmur, uçduğunuhiss edir. Əbdülməcid Şirvani Şirvanlı Mevlana Şexkubadın müridiolmuş, onun ölümündən sonra yerini tutmuş, az sonra Tokatagedir.

1564-cü ildə Tokatda taun xəstəliyi yayılır. İnsanların istəyiləƏbdülməcid Şirvani bir dua edir və xəstəlik çəkilib gedir. Lakinhəmin il də onun özü vəfat edir. Qəbri Kəlkit çayının kənarındadır.Onu da qeyd edək ki, Tokatın Çay məhəlləsi yaxınlığında ƏbdülməcidŞirvaninin də məzarının yerləşdiyi Şeyx-i Şirvan qəbristanlığı var.Vəfatından əvvəl azərbaycanlı vəli vəsiyyət edir ki, sevənləriqəbri üzərində türbə tikməsinlər, onu digər müsəlmanlardanayırmasınlar. Lakin sonralar bir çoxları türbə tikməyə cəhdgöstərirlər. Qübbə tamamlanan gecə tikinti təməldən uçur. Bir neçədəfə bu hadisə təkrar olduqdan sonra türbə tikmək istəyənlər bufikirlərindən daşınır, vəlinin qəbrinin ətrafına daşlar yığırlar.Tokat və çevrə xalqı Əbdülməcid Şirvaninin qəbrini ziyarətgahaçevirib...

news-detail

Deyilənə görə, Əbdülkadir Geylani əlinin bir hərəkətilə yazılıkitabı pozub yerinə başqa şeylər yazdırardı, qəzəblənib yaslandığıyastığı yerə atarkən acıqlandığı şəxs ölərdi. O, insanın beyninitəmizləyib yerini istədiyi şeylə doldura, həm də öləcəyi günübilirdi. Geylaninin çox heybətli olduğunu yazırlar: “Cinlər dəondan çəkinər, itaət edib sözünü dinlərdilər”. Allahü təala sevdiyiqulun əmrinə bir çox insan və cin verir. Onun duası qəbul olunar,dua ilə xəstələri sağaldardı. Dəclə çayının artan suyunu durdura,eyni vaxtda bir çox yerdə görünə, gələcəkdən xəbər verə bilirdi.İslamda Allahın sevdiyi quluna verdiyi cinə şamanizmdə hami,qoruyucu, köməkçi ruh deyilir.

Bununla belə bəzi dini kitablarda və ensiklopediyalarda yazılır:“Dörd məzhəbdən birini təqlid etmək caizdir. Bunun üçün qəbirziyarət edənlərə, övliyanın məzarları ilə təbərik edənlərə, xəstəsiüçün bunlara nəzir deyənlərə mane olunmamalıdır. Niyyət (adak)edərkən övliyaya adak demək məcaiz olub türbəyə xidmət edənlərəadak deməkdir… Keçmiş övliyaya dil uzatmaq, onlara cahil demək,sözlərindən dinimizə uymayan mənalar çıxartmaq, öldükdən sonra dakəramət göstərdiklərinə inanmamaq və ölüncə vəliliklərininbitdiyini düşünmək və onların qəbirləri ilə bərəkətlənənlərə maneolmaq, müsəlmanlara su-i zan, zülm etmək, mallarını qəsb etməkkimi, həsəd, iftira, yalan söyləmək və qeybət etmək kimi haramdır.Çünki bu vəlilərin, insanların İslam dini adına etdikləri bu işlərİslamın möhkəmlənməsinə, yayılmasına, rahatlıqla qəbul olunmasınaşərait yaradırlar”. Doğrudan da pirlərə, ocaqlara gedən, ağaclaraal-əlvan iplər bağlayan, müxtəlif müqəddəs saydıqları yerlərdəqurban kəsənlər, nəzir qoyanlar, hətta başqa dinə mənsub yerlərəpənah aparanlar da bunu İslam adına edir, üzlərini Allaha və həminyerə tuturlar. Bu da şamanizmlə İslamın iç-içə yaşaması deməkdir.Bildiyimiz kimi, əgər bir din özündən əvvəlkini tamamilə məhv edə,xalqın adətindən, məişətindən ürəyindən çıxara bilmirsə, ondan özməqsədləri üçün istifadə edir, onu özününküləşdirir...

Güllü Yoloğlu,

tarix elmləri doktoru

Oxumağa davam et

Bitmiş layihələr

Mən Mövludu 16-cı mərtəbədən izlədim

İntihaaar!!! İntihaar!! İntihar!

Günlərlə, aylarla, illərlə səhər yerimizdən acqarına qalxıb boşmədəmizi, axşamdan dincəlmiş beynimizi, hətta ruhumuzu bu sözləqidalandırdıq. Hər gün yediyimiz qidalar kimi intihar da süfrəmizinvazkeçilməz, eyni zamanda adiləşən yeməyinə çevirildi. Elə getdikcəbu sözlərin bizi həyacanlandırması da ilk yazdığım intiharifadələri kimi oldu. Bir növ intihar dəb halını aldı və hər kəs budəbin bütün parçalarına incəliyinə kimi sahibləndi. İntihar o qədəradiləşdi, adiləşdirildi ki, bir çoxumuz bu dəbdən geri qalmamaq,onunla ayaqlaşmaq məqsədilə onun sahibləndiyimiz detallarındanistifadə etmək üçün əsaslar axtarmağa, onu sınaqdan çıxarmağabaşladıq (əslində heç bir əsası olmayan əsaslar).

Ta ki, bir neçə intihar hadisəsi baş verənə kimi. Son olaraqDəyanət Rzayevin və ələlxüsus da Mövludun intiharında beynimiz“danq” elədi. Sanki özümüzü gözləmədiyimiz anda rinqdə sifətimizəgüclü bir yumruq zərbəsi almış kimi hiss etdik. “Nə baş verir, niyəbaş verir?” deyə başladıq suallara. Sualları düzgün qoysaq da əksərvaxt və əksəriyyətimiz cavablara yanlış yoldan getməyə çalışdı.Müzakirə etdiyimiz adamın cəsədi soyuyanadək suallar ətrafında başsındırdıq. Sonra hər şeyi unutduq... Yenə də intiharlaqdanışdı...

Əksəriyyətimiz intihar hallarında həqiqəti bilmədən, həqiqətingözünə dik baxmadan sağı, solu günahlandırdı. O dəqiqə baiskarıtapıb cəzasını kəsməyi də unutmadı. Amma heç kim intiharlarda özgünahını, öz məsuliyyətini görmədi, görə bilmədi, görmək istəmədi.Məgər Mövlud intihar edəndə biz də ona qıymadıqmı? O, intiharyolçuluğuna çıxanda biz də onunla bərabər olmadıqmı? Amma biz,Mövludun yaxınları, dostları o, 17-ci mərtəbəyə qalxanadəkmərtəbələrin sayı çoxaldıqca, bizim sayımız azaldı, onu bir-birtərk etdik. Geridə qoyduğu hər mərtəbədə onun bir dostu, bir yaxınıqaldı. Və Mövlud 17-ci mərtəbəyə qalxanda yanında heç kimi görmədi,yalnızlaşdı. Tək qalan Mövlud özünə yeni dost üçün -1-i seçdi...Bizsə onun intiharını16-cı mərtəbədən seyr etdik.

Bir çox intiharlar məhz belə baş verir: sən intiharayaxınlaşdıqca, dostların, yaxınların səninlə birgə yürüməkdənbezər, əldən düşər və bir-bir səni tək qoyaraq geridə qalanmərtəbələrə səpələnərlər. Sənə isə tənha olduğun yerdə sadəcəintihar yar olar...

Baxın, bu gün ətrafımızda nə qədər mövludlar, intihara can atmaqistəyən insanlar var. Onların problemi, dərdi-səri, zor dözüləcəksınağı yoxmu? Biz onlara sahib çıxa bilirikmi? Buna əminliklə xeyircavabı verərdim. Çünki biz hansısa yaxınımızın, iş yoldaşımızın,dostumuzun sifətindən zəhrimar yağanda, fikirli, qayğılı görünəndə,əsəbi davrananda, anormal hərəkətləri ilə diqqətimizi çəkəndə, birgün bizi xoş dindirəndə, bir gün isə salam verməyəndə o dəqiqə onutək buraxırıq. Hətta bu azmış kimi ona bir damğa vurur, ən yumuşaqhalda “bu, lap axmaq imiş” deyib düşməni ilə yalnız döyüşəçıxarırıq. Halbuki, biz məncilliyi bir kənara buraxsaq, insanidəyərlərlə yanaşıb həmin adamlarla xəyalən yerimizi dəyişə bilsək,ətrafımıza diqqət göstərsək, inanın ki, intihar şeytanlarına heçməğlub olmarıq. Sadəcə bir şey edək: ətrafımıza, yaxınlarımızasahib çıxmaq, onları dinləməyi bacarmaq, onlara diqətgöstərmək.

Biz nə zaman əhatəmizdə olanlara diqqət göstərib, onları axıraqədər dinləyib, dərdlərinə məlhəm çəkdik, onlarla sonuncumərtəbəyədək yürüdük ki, onlar intihar etdi???

Kaş ki, biz bir daha kaş ki, deməmək üçün kaş kilərdən nəticəçıxarardıq...

Aqil LƏTİFOV

Oxumağa davam et
Reklam

Gündəm