Xəbərlər - Publika.az
Bizi izləyin

Bitmiş layihələr

Anna Axmatova - Üç kralın xanımı

Bu gün Anna Axmatovanın anım günüdür.

Rus mədəniyyətində Anna Axmatova təxəllüsü ilə tanınanşairənin əsl soyadı Qorenkodur və özünün ilk şeirlərini də bu xanımöz qızlıq soyadı ilə çap etdirib.

Lakin son dərəcə zabitəli bir adam olan atası öz soyadının ədəbimühitdə hallanmasını yasaqladığı üçün Anna özünə başqa bir imzatapmağa məcbur qalır və bu məqsədlə ulu nənəsinin soyadını götürür.Beləliklə, “Anna Axmatova” imzası rus və dünya poeziya tarixinədüşür.

Onun ilk şeirlərində çarəsizlik notları diqqəti çəkməkdədir, çünkicavan yaşda öləcəyinə özünü inandırıbmış.

Doğma bacılarından ikisi vərəm xəstəliyinə tutulubmuş və ötən əsrinəvvəllərində bu xəstəliyin müalicəsi imkansız imiş. Həqiqətən də,qısa müddətdə Annanın bacıları bir-birinin ardınca vəfat edir.Lakin taleyin əli Axmatovanın qara brilyantını nəinki qırır,əksinə, görünməmiş sərtlik bəxş etməklə yanaşı, ona misilsizcilalar vurur.

“Gümüşü əsr”in təmsilçisi olan şair Nikolay Qumilyovla evlənməsiAnnanın nəhs taleyin pəncəsindən qurtulmasında növbəti işarətsayıla bilər. Bu gənc qız tanınmış şairin gözünü-könlünüəfsunlamışdı. Qumilyov bütün varlığıyla bağlandığı bu xanımınsevgisini qazanmaq üçün əsl cəngavər kimi davranırdı.

Üstəlik, həmin dövrdə o, ən sevilən şairlərdən biri olmaqla, artıqBlokun da rəqibi sayılırdı. Afrikada ov etməyi sevən, antilopların,şirlərin və çaqqalların qəniminə çevrilən Qumilyov Annanınayaqlarına qapanmağı özü üçün əsla əskiklik saymadığından nikahdanaz sonra öz xanımını Peterburqun kübar aləminə təqdim etmişdi.

Ancaq görün, sonra nələr oldu.
Anna Akhmatova-nın rəsmi, rəssam: Amadeo Modigliani

Anna Akhmatova-nın rəsmi, rəssam: Amadeo Modigliani

Az sonra Qumilyovu ikinci plana atan Axmatova şairlikdə Bloklaözü yarışmağa başladı. Balerina fiqurasına və zadəgandavranışlarına malik bu Şərq gözəlinin təkrarsız obrazı o vaxtkıPeterburq ziyalılarının əksəriyyətini valeh eləmişdi.

Burnu xəfif donqar olan bu gözəlin portretini bir-birinin ardıncaestet Altman, pravoslav kubisti Petrov-Vodkin, bir qadın kimiAnnanın şöhrətinə qibtə edən Zinaida Serebryakova və formalizmintəmsilçisi Tışler kətana köçürmüşdü.

Axmatova isə bütün bunlara məhəl qoymadan sənət tacını başındagəzdirirdi. Annaya görə, söz-sənət mülkünün kraliçası, şairlərşairi, zövqlər kahini, kişilərin qəlbini ovlayan bir pəri olmaqsadəcə bir kişinin xanımı, bir ailənin anası, bir evin evdar qadınıolmaqdan daha üstün idi. Odur ki, arvadını sitayiş obyektinəçevirən Qumilyov artıq özünü gülünc durumda hiss eləməkdəydi.

1910-cu ildə əriylə Parisə səfər edən Axmatova orada aşkar şəkildərəssam Amadeo Modilyani ilə məhrəm münasibətlər qurur. Çox qısasürən bu eşq macərasının izlərinə biz həmin rəssamın çevik əlhərəkətləriylə çəkdiyi və Annanın çılpaq halda təsvir olunduğurəsmlərdə rast gəlirik.

Görünür, qadının hər cür qandaldan uzaq, sərbəst yaşamaq hüququnudəstəklədiyi üçün Axmatova bilərəkdən öz nüfuzuna xələl gələbiləcəyindən zərrəcə ehtiyatlanmırdı. Həm də Ar-nuvo dönəmində bucür davranışlar həm müasirliyin, həm də yüksək dəbin göstəricisisayılırdı.

Təxminən əlli il sonra, Zoşşenko və Axmatovanın yaradıcılığı iləbağlı partiyanın verəcəyi qərarda Annanın bioqrafiyasındakı bumacəraya istinad olunacaq, onun cəmiyyətdə özünü “gah rahibə, gahda fahişə” kimi aparması başına qaxılacaqdı.

1912-ci ildə oğlu Lev Qumilyovun dünyaya gəlməsi Anna üçün müəyyənproblemlər yaradır. Sonralar oğlu (irsən elə anasından aldığıamansızlıqla) Anna Andreyevnanın günahlarını əfv eləmir,ictimaiyyət arasında onu “pis ana” adlandırır.

Qadının isə bununla razılaşmaqdan başqa çarəsi qalmır. Ruhu daimgərgin təbəddülatlar içində çırpınan bir şairin ömrünü gündəlikyaşantılara həsr eləməsi həmişə çətin olub. Elə buna görə dəömrünün sonlarına doğru Axmatova adi insanlara xas səmimi bağlara(nəvəsinin özünə bağlılığına, keçmiş rəfiqəsinin sədaqətinə vəsair) yüksək dəyər verməyə başlayır.

1917-ci il inqilabı hər şeyi alt-üst eləyir.

Xaos şəraitində yaşayan Peterburq ziyalılarının əksəriyyəti ölkədənqaçmağı uyğun bilir. Onların arasında Axmatovanın yeni məşuqu,rəssam və zabit Boris Antrep də olur. Lakin Axmatova Rusiyadaqalmaq qərarına gəlir, inanır ki, vətənin taleyi ilə yaşamaq –şairin həm borcu, həm də alın yazısıdır.

O, əsla xoş ümidlər, şirin xəyallar qurmurdu, çünki dünənə qədərsiyasi fəaliyyətinə görə sürgünlərdə can çürüdənlərin fürsət tapankimi başqalarına necə divan tutacağını aşkar təxmin edirdi. Ancaqo, öz seçimini anlayaraq, şüurlu şəkildə etmişdi və bu barədəfikirlərini B.Antrepə yazdığı məktubda necə təsirli qələməalmışdısa, rəssam İrlandiyadakı bir kilsə üçün yaratdığı freskada(divar rəsmində - A.Y.) xaçpərəstlərin müqəddəs əzabkeşi Annaobrazını yaradarkən A.Axmatovanın üz cizgilərindənyararlanmışdı.
Anna Axmatova, əri Nikolay Qumilyov və oğulları Lev, 1915

Anna Axmatova, əri Nikolay Qumilyov və oğulları Lev, 1915

Nəhs gözləntilər isə artıq gerçəkləşməyə başlamışdı.

1918-ci ildə şairənin əri Nikolay Qumilyov əksinqilabçı ağqvardiyailə işbirliyində təqsirləndirilərək həbsə atılır. Həyatdan dördəlliyapışmağı öz ləyaqətinə sığışdırmayan Qumilyov Peterburq FövqəladəKomitəsində özünü çox sərbəst aparır və elə buna görə də üçhəftədən sonra, həm də yoldaş Leninin şəxsi göstərişinə əsasəngüllələnir. İnqilab rəhbərinin bu məsələyə birbaşa dəxlinin olmasıfaktı isə son dövrdə öz təsdiqini tapıb.

Beləcə, Annanın həyatındakı ilk kral qeybə qarışır.

Rusiyanın başının üstünü alan fəlakətin təsiriylə şairə ikimisilsiz şeir kitabını (“Podorojnik” və “Anna Domini”) yazıb,tamamlayır. Əvvəlki üç kitabı (“Axşam”, “Təsbeh” və “Ağ sürü”) iləbirlikdə bu beş şeir kitabı ilə Anna rus poeziyasının səmasındaözünəməxsus bir kəhkəşan yaradır.

O dönəmdə Axmatovanın qəlbinə yeni eşqin cınqısı düşmüşdü.Qumilyovun güllələndiyi il o, görünməmiş istedad sahibi, 27 yaşlıpeterburqlu şərqşünas və şair Vladimir Şileykoya ərə gedir.

Bugünkü geniş oxucu kütləsinə bu şəxsiyyətin adı-soyadı, təəssüfki, tanış deyil. Halbuki hələ yeniyetməlik çağında V.Şileykonunassurologiya sahəsindəki tapıntıları İngiltərə və Fransanın nüfuzluşərqşünaslarını heyrətə gətirirmiş.

Hələ 7 yaşında qədim yəhudi dilini öyrənməyə başlayan Şileyko özqısa ömrünün sonuna doğru düz 62 dildə danışa bilirmiş!!! YaşcaAxmatovadan cavan olsa da, o, tezliklə xanımının mənəvi bələdçisinəçevrilir, hətta poetik ustalıqda da ondan üstün olduğunu sübutayetirir.
Axmatovanın əl yazısı

Axmatovanın əl yazısı

Bizcə, Şileykonun şeirləri tamamilə bənzərsizdir. Əlimizdə olantarixi sənədlərdən birində Axmatova ərindən israrla xahiş edir ki,karandaşla uğurlu şeirlərini işarətləsin, çünki çap əsnasındaadətən Şileykonun zövqünü əsas götürürmüş. Halbuki Axmatova bənzərxahişlə vaxtilə nə Qumilyova, nə də Bloka müraciət etmişdi.

Şileyko qədim Şumerin araşdırılmasıyla yanaşı, praktik magiya ilədə məşğul olurmuş. Mühacirətə gedən Georgi İvanov öz memuarlarındayazır ki, 1915-ci ilin qışında o, qaranlıq düşəndən sonra Şileykoyaqoşulub, Peterburqda yaşayan xarrat və falçı Vennikovun yanınagedibmiş. Şileykonun onu özüylə aparmasının tək səbəbi – aparılacaqeksperimenti qeydə almaq imiş, çünki gənc alim özü hipnoz altınadüşməkdən yamanca qorxurmuş. Təcrübə əsnasında Şileyko muzeykolleksiyasına aid və şüşə qabda saxlanılan Misir fironununmumiyasına məxsus əlin necə canlanacağının şahidi olmağıumurmuş.

Lampa işığını söndürən xarrat çılğıncasına dualar oxumağa başlayıb.İvanov xatirələrində dəhşət və çiyrinmə hissiylə yazır ki, magikseans baş tutub: şüalara bürünən əl qəfil canlanıb və həttabarmaqlarını da tərpədib...

Şileykonun mənzili Qış sarayının yaxınlığındakı Mərmər sarayda idi.O dövrdə Şərqşünaslıq İnstitutu da həmin binada fəaliyyətgöstərirdi. Anna Axmatova da ömrünün dörd ilini əriylə həminmənzildə keçiribmiş.

Bolşeviklərin iqtidarda olduğu dövrdə Şileyko çox parlaq elmikaryera qazanır, akademik seçilir və heç 40 yaşına dolmamışMoskvada vərəmdən vəfat edir. Onun qəfil ölümünü Fransanın və BöyükBritaniyanın elm aləmi ağır itki kimi dəyərləndirir.

Axmatovanın üçüncü əri isə daha bir parlaq istedad sahibi,sənətşünas Nikolay Punin olub. Yeni hakimiyyət dövründə o dakaryera pillələrini uğurla fəth edir, incəsənət sahəsinə rəhbərlikedir. Təhsil üzrə Xalq Komissarı təyin olunur, Rus Muzeyinin vəErmitajın fəaliyyətindən məsul şəxs (komissar) seçilir, pedaqojifəaliyyətlə məşğul olur.

Bir müddət sonra Anna Axmatovanın oğlu Lev Qumilyov vəuniversitetin daha iki tələbəsiylə birlikdə Punin həbs olunur. Buhadisə 24 oktyabr 1935-ci ildə baş verir. Onlara qarşı irəlisürülən ittihama - əksinqilaba dəstək suçuna - görə o vaxtlar ölümhökmü qaçılmaz sayılırdı.
Axmatova rus şairi Nayman ilə,1965

Axmatova rus şairi Nayman ilə,1965

Axmatova başılovlu halda Moskvaya, Mixail Bulqakovun yanınayollanır: həmin illərdə ədəbi mühitdə Stalinə necə yol tapmaq üzrəBulqakov əsl mütəxəssis sayılırmış. Axmatovanın Kremlə ünvanladığıməktubun mətnini oxuyan Bulqakov fikrə gedir və ona məsləhət görürki, mətni makinada yox, əl xəttiylə yazsın.

O, deyir: “Axı, sən – şairsən. Sənin üçün bu, yolveriləndir”.Axmatova məktubun üzünü köçürsə də, bundan nə isə çıxacağına heçbir ümid bəsləmir. Ancaq bu iş öz bəhrəsini verir, şairənin Stalinəəllə yazdığı məktub təsirsiz qalmır. Hər hansı rəsmi açıqlamaverilmədən şairənin yaxınları bir həftə sonra sərbəstburaxılır.

Beləliklə, A.Axmatovanın həyatında dürdüncü və gizli ər kimi şəxsənİosif Vissarionoviç Stalin peyda olur. Bunun da qəribə səbəbi var:zalım Stalinin qızı Svetlana - Axmatova poeziyasının vurğunu imişvə rəhbər qızının hisslərinə böyük önəm verirmiş. Həyat yoldaşıərinə etiraz əlaməti olaraq canına qıyandan sonra mənəvi əzablarStalinin yaxasını buraxmırdı. Bunu ört-basdır eləməkdən ötrü o,qızını hədsiz dərəcədə ərköyün böyüdürmüş və həm də bunun pisbitəcəyindən ehtiyatlanırmış.
Iosif Stalin

Iosif Stalin

Gözdən salınmış bir şairəyə qızının bəslədiyi rəğbət bu dul vəzalım kişinin qəlbində qısqanclıq hissi də oyadırdı. Bu həsəd hissiSvetlananın mərhum anasının yerini tutan, həm də buna sırf sənətkarnüfuzu ilə nail olan qadına qarşı yönəlmişdi. Bu səbəbdən Axmatovaheç gözlənilmədən Stalin ailəsinin bir üzvünə çevrilir.

Həbsdəki ərinə və oğluna nümayişkaranə şəkildə azadlıq bəxş edənStalin Axmatovaya göstərmək istəyirdi ki, o, öz taleyinin kimdənasılı olduğunu və əgər indiyədək ona dəyib-dolaşmayıblarsa, bununüçün şəxsən kimə şükür edəcəyini dəqiq anlasın.

Bundan bir müddət sonra Kremldə hökumət mükafatlarının təqdimatmərasimində Stalin qəfildən ətrafındakılara nəzər salıb, saxta birtəbəssümlə soruşur: “Bəs Axmatova haradadır? O, niyə heç nəyazmır?”

Bu eyhamdan sonra şairənin “Altı kitabdan seçmələr” adlı kitabı və“Seçilmiş əsərləri” nəşr olunur. Halbuki ondan əvvəlki 7 il boyuölkədə onun əsərlərinin çapına, demək olar ki, yasaqqoyulmuşdu.

Axmatova özü də bu iki kitab barədə zarafatla: “Bunlar atanınqızına hədiyyəsidir” deyirmiş.

Stalin isə zarafat eləmirdi. 1941-ci ildə o, Axmatovanınmühasirədəki Leninqraddan Daşkəndə evakuasiyası barədə xüsusigöstəriş verir. Onun “Şücaət saatı gəldi, yetişdi...” adlı şeiriəvvəlcə “Pravda” qəzetində, daha sonra isə dəfələrlə ölkəmətbuatında çap edilir. Şairə “Leninqradın müdafiəsinə görə” medalıilə təltif olunur.

Müharibədən sonra, 1946-cı ilin yazında Axmatova böyük Qələbəninnövbəti ildönümünə həsr edilmiş təntənəli iclasa dəvət alır. Birvaxtlar gözdən salınan şairə əvvəlki kimi, yəni poeziya kralıçasıkimi, əda ilə İttifaqlar Evinin Sütunlu zalının səhnəsinə çıxandatədbirin bütün iştirakçıları ayağa qalxıb, onu düz 15 dəqiqəfasiləsiz alqışlayırlar.

O vaxta qədər ölkədə yalnız bir nəfəri bu cür təntənəyə layiqgörürdülər. İndi isə onların sayı ikiyə yüksəlmişdi.

Stalin bu fakta birtəhər dözür, təhəmmül eləyir.

Lakin az sonra Axmatova öz mənzilində ingilis filosofu və yazarıİsayya Berlin ilə birlikdə Uinston Çörçillin nəvəsini qonaq kimiqəbul edəndə Stalinin qısqanclığı təpəsinə vurur. Axmatovanınmənzili o vaxt onsuz da dinlənilirdi və xarici qonaqlarla baş-başakeçən gecənin lent yazılarını şəxsən dinləyən Stalin özəlaltılarına iradlarını bildirərkən demişdi: “Deməli, bizim rahibəbelə yaşayırmış?!”

Qapıldığı isterikanın təsiri altında o, Leninqradda çıxan “Zvezda”və “Leninqrad” jurnallarının işiylə bağlı Mərkəzi Komitənin amansızqərarını gündəmə gətirir. Axmatova özü də sonralar həmişətəkrarlayırdı ki, bu qərarla onun İ.Berlini və Çörçillin nəvəsiniöz mənzilində ağırlaması arasında birbaşa, həm də nəhs bir bağlantıvar.

Az sonra Axmatova SSRİ Yazıçılar İttifaqı üzvlüyündən xaric olunur.Əfv olunacağını uman şairə öz əyilməz qürurunu bir kənara qoyub,Stalini mədh edən bəzi şeirlər yazır. Lakin rəhbər bütün bunlarıgörməzlikdən gəlir və göstəriş verir ki, Annanın keçmiş (onlar hələmüharibədən əvvəl boşanmışdılar) əri Punini və oğlu Lev Qumilyovutəkrar həbsə atsınlar. Bu zaman gənc Levin müharibədə igidliklədöyüşməsi və ta Berlinə qədər şərəfli döyüş yolu keçməsi faktı danəzərə alınmır.

Bir müddət sonra hirsi soyuyan Kreml hökmdarı Axmatovanın Yazıçılarİttifaqına təkrar bərpası barədə təlimat verir.

Şairənin oğlu 1956-cı ildə həbsdən buraxılır, keçmiş əri Punin isəhəbs düşərgəsində canını tapşırır.

Ömrünün son illərində Axmatova şair kimi dünya şöhrəti qazanır.1964-cü ildə İtaliyada ona nüfuzlu “Etna-Taormina” ödülü verilir,1965-ci ildə isə o, Oksford (İngiltərə) Universitetinin fəxriprofessoru seçilir.

Şair İ.Brodskinin dəqiq ifadəsinə görə, Axmatova ömrünün sonillərini “ölkənin köhnə və yeni paytaxtları arasında gedib-gələn,evsiz-eşiksiz kraliça kimi keçirmişdi”.

Anna Axmatova 5 mart 1966-cı ildə, 77 yaşında Moskvada vəfat etsədə, Leninqradın ətrafındakı Komarovo şəhərində torpağatapşırılıb.

Bugünkü Peterburq şəhərində şairənin xatirəsinə dörd heykəlucaldılıb.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar

Rəylər

Bitmiş layihələr

Nəinki Qaragöl, hətta Zəngəzur, Zəngibasar da... - Ayaz Mütəllibov DETALLARI AÇDI

“1992-ci ilin martında Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə ermənilər çalışırdı ki, Qarabağ bizim ərazi kimi qəbul edilməsin”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, Qaragöl ətrafında yaranan vəziyyət, İrəvanın Azərbaycanı təxribatlara çəkmək istəyi, Zəngəzur dəhlizi və digər mövzularda Teleqraf.com-un suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edirik:

- Ayaz müəllim, Azərbaycan Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesini həyata keçirir. Görünən budur ki, Ermənistan tərəfi maneə yaradır, hər vəclə bu prosesi yubatmağa çalışır. Siz durumu necə qiymətləndirirsiniz?

- Hadisələrin gedişatı göstərir ki, indiki durum ermənilərə sərf etmir. Çünki 30 ilə yaxın bir müddət ərzində onlar qeyri-qanuni şəkildə zəbt etdikləri Azərbaycan ərazilərində ürəkləri istədiyi şəkildə yaşayıb, torpaqlarımızı istismar ediblər. İndi də öz ənənələrinə sadiq qalaraq hay-küy salıb dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdürlər. Ancaq mən deyərdim ki, nahaq yerə özlərinə ümid verməsinlər. Artıq bu torpaqların əsl sahibləri qayıdıb və əbədi olaraq bu ərazirilərimiz bizdə qalacaq!

- Ermənistanın Azərbaycan ordusunun guya onun ərazisinə daxil olması bəhanəsi ilə Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək istəməsi müşahidə edildi. Lakin bu qurumların heç biri İrəvana dəstək vermədi. Əvəzində Fransa hökumətinin Ermənistanı açıq dəstəklədiyinin şahidi olduq. Yaranan situasiyada Rusiya və Fransanın davranışları necə şərh edilə bilər?

- Ermənistan hara istəyir, kimə istəyir şikayət etsin, yardım istəsin xeyri yoxdur. Zatən şikayət etmək onların qanındadır. Beynəlxalq qanunlar, hüquq bizim tərəfimizdədir. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə də Ermənistan çox çalışdı ki, buna maneə yaratsın. Xüsusilə, Qarabağın bizim ərazimiz kimi qəbul olunmasına qarşı idilər, ancaq xeyri olmadı. Bütün dünya Qarabağı və digər əraziləri Azərbaycan dövlətinin ərazi vahidi kimi tanıdı və qəbul etdi. İndi də bu belədir. Ona görə də KTMT-yə və yaxud da hər hansı bir quruma şikayət etməyin mənası yoxdur, əksinə, bu, erməni xalqı üçün əlavə vaxt itkisidir. Ora-bura zəng etməkdənsə Azərbaycanın, onun prezidentinin güclü olduğunu qəbul edərək kömək istəsəydilər, onlar üçün daha sərfəli olardı. Hələ də xəyallar aləmində fikirləşirlər ki, kimsə Azərbaycanı tutduğu yoldan döndərəcək. Bir şeyi dərk etmirlər ki, Azərbaycan xalqı, əsgəri 30 il keçsə də nəinki torpaqların itkisi ilə barışmadı, əksinə artıqlaması ilə geri qaytardı. Onsuz da gec-tez buna gələcəklər.

- Ermənilərin Qaragöl ətrafında yaranan vəziyyətdən sui-istifadə halları ortaya çıxdı. O dövrdə siz ölkəyə rəhbərlik edən əsas şəxslərdən biri olmusunuz. 1987-ci ildə Qaragölün Azərbaycan hökuməti tərəfindən dövlət qoruğu elan olunması haqda qərar barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Siz Qaragöl haqqında, erməni tərəfinin ona iddia etməsinə dair hansı məlumatlara maliksiniz?

- Qaragöl və onun ətrafındakı ərazilər tarixən Azərbaycan torpaqları olub, olacaq da. Ora bizim yaylaqlarımız olub. Laçında yaşayan camaat təsdiq edər ki, hər il yay aylarında Qaragölə yaylağa çıxardılar. Ümumiyyətlə, nəinki Qaragöl, bütövlükdə Zəngəzur, Zəngibasar, Vedibasar, İrəvan xanlığı tarixən bizim əzəli torpaqlarımızdır. Bunu bütün dünya tarixçiləri gözəl bilir.

- Ayaz müəllim, necə düşünürsünüz, 44 günlük müharibə ilə biz Qarabağ məsələsini həll etdikmi, yoxsa həll olunmayan ocaqlar hələ də var?

- Təbii ki, 44 günlük müharibə kimin kim olduğunu sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa arzu edirik. Azərbaycan əsgəri 30 ildən sonra tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ordumuz BMT-nin qətnamələrini həyata keçirib. Bu nə deməkdir? 30 il bundan əvvəl BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun qəbul etdiyi qətnamələr havada qalmışdı. Bu da həmin quruma baş ucalığı gətirmirdi. Azərbaycan xalqı təkbaşına beynəlxalq ictimaiyyətin köməyi olmadan, öz resursları hesabına bu qətnamələri reallaşdırdı. Bundan artıq nə istəyirlər!? Biz tarixi haqq-ədaləti bərpa etmişik. Heç kimin bizə bu işdə irad tutmağa haqqı yoxdur, ola da bilməz.

Ermənilərə gəldikdə, onlar bu acı reallığı həzm etmək iqtidarında deyillər. Təxribat xarakterli əməllərini davam etdirəcəklər. Buna görə də biz xalq olaraq gözüaçıq olmalıyıq. Təxribatlara getməyərək 44 günlük müharibə zamanı göstərdiyimiz birliyi qoruyub saxlamalı və daha da inkişaf etdirməliyik. Ermənilər isə ərköyünlük etməməlidir, artıq zaman keçib və reallıqla hesablaşmaq lazımdır. İstər hüquqi, istər siyasi, istər iqtisadi, istərsə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparacaq potensiala malik deyillər. Hətta yaxın on illiklərdə rəqabət aparacaq halları da yoxdur.

- Zəngəzur dəhlizinin açılması regiona hansı dividendlər gətirəcək?

- Sözsüz ki, Zəngəzur yolunun açılmasının xeyri var. Ən əsası Naxçıvanla digər ərazilər arasında yaradılmış bu süni maneə aradan qalxacaq. Xalqımız Naxçıvana gedib-gəlməklə bağlı üzləşdiyi əziyyətdən xilas olacaq.
Dəhlizin açılmasının iqtisadi dividendləri də olacaq. İqtisadi cəhətdən regionun bütün ölkələri üçün sərfəli bir tranzit yoludur. Hamı bundan faydalana biləcək. Hesab edirəm ki, yaxın zamanlarda dəhlizin açılmasına nail olacağıq.

- Azərbaycan və Ermənistan arasında bundan sonra normal münasibətlərin yaranmasına nə dərəcədə inanırsınız?

- Ermənilər bizimlə normal münasibət qurmaq məcburiyyətindədir. Həmçinin qardaş Türkiyəyə qarşı absurd ərazi iddialarından əl çəkməlidirlər. Bu, yalnız onların öz xeyrinədir. Ermənistan öz iqtisadiyyatını dirçəltmək, xalqını dolandırmaq istəyirsə buna getməlidir. Onlarda da müəyyən konstruktiv siyasətçilər var ki, buna getməyin zəruri olduğunu dərk edirlər. Azərbaycanın ermənilərə qarşı heç bir iddiası yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi indiki Ermənistan Azərbaycanın tarixi ərazilərində yaradılıb. Ermənistan öz gələcəyinə görə ekstremizmdən əl çəkməlidirlər. Əks halda bu, onların zərərinə gətirib çıxaracaq.

Oxumağa davam et

Bitmiş layihələr

İslam və sehr, cadu, ziyarətgahlar

“Kahinlik edən, kahinə gedən, sehr, cadu edən, etdirənvə bunlara inanan bizdən deyildir. “Quran-i Kərim”əinanmamışdır”.

İslamda təbiət qüvvələri, fizika, kimya və biologiyaqanunları xaricində gizli vasitələrdən istifadə edərək qəribəliklərortaya qoyan işə, müsəlman olmayanlardan ortaya çıxan adət dışışeylərə, caduya “sehr” deyilir. “Əl-Hadikat-ün-Nədiyyə”dəki birhədis-i şərifdə Peyğəmbər əfəndimizin dilindən deyilir: “Kahinlikedən və kahinə gedən və sehr, cadu edən və etdirən və bunlarainanan bizdən deyildir. “Quran-i Kərim”ə inanmamışdır”. “İhya”dakıdigər bir hədis-i şərifdə “Müsəlman cadu etməz, imanı getdikdənsonra cadusu təsir edər”” deyilir. Lakin buna baxmayaraq bəzimüsəlman mollalar hətta kitab açaraq fala baxır, “bəxt açır”, “bəxtbağlayır”…

Əbdülhakim Arvasi sehrin, cadunun həqiqətən insanları xəstəetdiyini, sevgi və ya məhəbbətsizliyə düçar etdiyini, yəni cəsədəvə ruha təsir etdiyini, qadın və uşaqlara daha çox təsir etdiyiniyazır.

Muhamməd Masum Faruki demişdir: “Həqiqi mömin batil inanclarainanmaz, sehr, uğursuzluq, fal, ovsun, “Quran-i Kərim”dən başqaşeylə yazılı muska, mavi muncuğa, kəhanət və buna bənzər şeylərə,bunların mütləq bir iş görəcəyinə, məzarlara şam qoyanlara, tel vəiplik bağlamağa etibar etməz və kəramət sahibi olduğunu söyləyənsaxtakarlara inanmaz”. Əgər bunları nəzərə alıb türk-İslam aləminəgöz gəzdirəsi olsaq, onda bu gün və bundan qat-qat əvvəl bunlarıedənlərin müsəlman olmadığı ortaya çıxır…

Abdullah ibni Abbasın məlumatına görə, Məhəmməd peyğəmbərdənəvvəl şeytanlar göylərə çıxır, mələklərdən eşitdiklərini kahinlərəxəbər verirdilər. Peyğəmbərdən sonra onlara göylərə çıxmaqyasaqlandı.

İslam aləmində istidrac kafir və fasıklarda, yəni açıq-açığınagünah işlədən müsəlmanlarda görünən adət dışı, xarüküladə,qeyri-adi hallardır. Buna məkr-i ilahi də deyilir. Ancaq, əgər eyniadət dışı, xarükuladə, qeyri-adi hal, qabiliyyət mömin müsəlmanda,vəlidə görünürsə, buna firasət, kəramət, həmin şəxslərə “Allahütəalanın sevgili qulları” deyilir. Əslində lüğətdə kəramət ərəbcəqəribə, qeyri-adi, insanın imkanları dışında olan, insanları heyranqoyan, heyrətə gətirən şey anlamındadır. “Hansı peyğəmbərinümmətindən olursa olsun, vəlilərdən adət dışı, yəni fizika, kimyavə fiziologiya qanunları dışında meydana gələn şeylər, hadisələr,üstünlüklər kəramət adlandırılır…”. Yəni dinindən asılı olmayaraqhər kəsin, istər müsəlmanların, istərsə də qeyri-müsəlmanların(İslamda kafirlərin – G.Y.) göstərdiyi və adi insanı heyran qoyan,heyrətə gətirən hər şey kəramət və ya istidrac sayıla bilər. Bundanbaşqa möcüzə də var. Bu da İslamda yalnız peyğəmbərlərə aid edilir.Məsələn, Musa peyğəmbərin əsası ilan olub sehrbazların sehiralətlərini udur, İsa peyğəmbər ölüləri dirildir, korların gözləriniaçır, Məhəmməd peyğəmbər isə “Quran-i Kərim”i insanlara bəxş edir.Harputlu İshak Əfəndiyə görə, Məhəmməd peyğəmbərin mindən artıqmöcüzəsi vardı. Merac möcüzəsi, Şakk-ı qəmər möcüzəsi (Ayın ikiyəbölünməsi), barmaqlarından su fışqırması, Kabe-i muazzam içindəkibütlərin barmağının bir işarəsilə üz üstə düşmələri, ölüləridiriltməsi, yaralılara və xəstələrə şəfa verməsi də bumöcüzələrdəndir.

Peyğəmbər olacaq şəxslərin adət dışı, yəni xarüküladə, qeyri-adihallarına isə irhas deyilir. İsa peyğəmbərin beşikdə danışması,quru ağacdan təzə xurma istəyən kimi əlinə xurma gəlməsi, Məhəmmədpeyğəmbərin uşaq vaxtı köksünün yarılması, ağacların, daşların onasalam verməsi və s. İrhasdır.

news-detail

Dini mətnlərdə yazılır ki, övliyanın kəramət göstərməsi lazımdeyildir. Bunlar kəramət göstərmək istəməzlər. Allahü təaladanutanarlar.

Övliyanın kəramətlərini haqq və doğru sayan İslam məntiqi iləeyni şeyləri göstərən qeyri-müsəlmanlarda bunu sehr və cadu kimiqəbul edən din adamları bir tərəfdən “övliyanın kəramətinə inanmaqlazımdır” desələr də, onlar bu kəramətlərin ikiyə bölündüyünü,birincinin “kəşf” olduğunu vurğulayırlar. “Kəşf” qapalı şeyinüstündən örtüyü qaldırmaq, xəyal aynasında bir çox şeyləri görməkdeməkdir. Buna biz bəsirət gözünün açıq olması da deyə bilərik.Çünki belə insanlar başqalarının görə bilmədiklərini görə bilirlər.Buna bənzər terminlərdən biri də firasətdir. Yuxarıda qeydetdiyimiz kimi, firasət peyğəmbər ümmətindən vəli olmayanlardagörünür. Onlar insanın ürəyini oxuyur, gözlə görülə bilinməyənşeyləri görürlər. Təsadüfi deyil ki, İmam-i Tirmizi və İmam-iTaberaninin kitablarındakı bir hədis-i şərifdə deyilir: “Mömininfirasətindən qorxun. Çünki o, Allahü təalanın nuru ilə baxır”adlanaraq Allaha və onun işlərinə aid olduğunu, ikincisinin isəmaddi aləmdəki xarüküladə hal olduğunu vurğulayırlar. “Bu kəramətseçdiyi qullarına verildiyi kimi, kafirlərə də verilir” deyənmüəlliflər istidracla bağlı fikirlərə zidd gedir və kafirlərəverilən “vergi”ni də kəramətin iki qolundan biri adlandırırlar. Birtərəfdən övliyanın kəramətlərinə inanmağın lazım olduğunu, onlarainanmayanların əhl-i sünnətdən ayrıldığını yazır, digər tərəfdənikinci qola inananları cahil adlandırırlar.

Allahü təala özünə yaxın olan seçilmiş qullarına “vergi” verir.Allahın bütün insanlar üçün bir olduğunu nəzərə alsaq, o zamanqeyri-müsəlmanların da seçilmişlərinin bu qabiliyyətə sahibliyimümkündür. Bir də ki, dəqiq sayları məlum olmayan peyğəmbərlərin124 mindən çox olduqları söylənilir. Onlardan 313-ü və ya 315-irəsuldur, yəni yeni din gətirən, qalanları isə nəbidir, yəniəvvəlki dini təbliğ edənlərdir. Rəsulların da altısı dahayüksəkdir, yəni Ülül-azmdir (Adəm, Nuh, İbrahim, Musa, İsa vəMuhamməd Mustafa). Peyğəmbərlərdən 33-ü məşhur olsa da, onlardanyalnız 28-nin adı “Quran-i Kərim”də verilir.

Adəmdən başlayaraq hər əsrdə dünyanın hər tərəfindəki insanlararasında ən üstün saydığı birinə hami ruhlarla, mələklərlə xəbərgöndərərək onların rahat yaşamaları üçün nə etməyin, nədənçəkinməyin lazım olduğunu bildirmək məqsədilə Allah öztəmsilçilərini seçir (“Peyğəmbərləri müjdə vermək və qorxutmaq üçüngöndərdim” (Nisa surəsi, 164))…

Yuxarıda əşyanın həqiqətini, iç üzünü görən, anlayan qəlb gözünə“bəsirət” deyildiyini qeyd etmişdik. Qəlb gözü ilə görmə, anlama vəRirasət də bəsirət adlanır. İmam-i Kuşeyri deyirdi: “Allahü təalamöminlərə bəzi bəsirətlər və nurlar lütf etmişdir. Onlar bu sayədəfirasət göstərirlər”. Yəni din adamları və dinimiz bəzi insanlaravergi, yəni qeyri-adi qabiliyyətin verilməsini inkar etmir.“Hilyet-ül-Evliya”da zikr edilən bir hədis-i şərifdə deyilir:“ümmətimin arasında hər zaman qırx adam olur. Bunların qəlbləriİbrahimin qəlbi kimidir. Allahü təala onlar vasitəsilə qullarındanbəlaları uzaqlaşdırır. Bunlara “əbdal” deyilir. Onlar bu dərəcəyənamaz və orucla yetişmədilər”. Abdullah ibni Məsudun “YaRəsulullah! Nə ilə bu dərəcəyə yetişdilər?” sualına Peyğəmbər“Comərdlik və müsəlmanlara nəsihət etməklə yetişdilər” deyə cavabverir. Deməli, namaz qılmayıb, oruc tutmayanlar da müsəlmanlaranəsihət edə bilirlərmiş…

Maddi aləmlə, dünya işlərilə əlaqəli adamlara “Kutb-ül-aktab”deyilir. Belə insanlar aləmin nizamı ilə əlaqəli, bolluq-qıtlıq,sağlıq, xəstəlik, barış-savaş, yağış və buna bənzər şeylərlə məşğulolan, qeybdən, yəni heç kimin tanımadığı Allah adamı olub əmrindəüçlər, yeddilər, qırxlar… deyə söylənilən və bu işlərlə əlaqədarseçilmiş insanlar hər zaman olublar və hətta peyğəmbərin zamanındada vardılar.

news-detail

İmam-i Rəbbaniyə görə, dərdlərin, bəlaların yox olması,xəstələrin sağalması və s. məhz “kutb-i ebdal” da, “kutb-ül-aktab”da deyilən kutb-i mədarın feyzlərilə olur. Deməli, Məhəmmədpeyğəmbər zamanında da bu gün elmdə şaman adlandırdığımız xəstələrisağalda, yağış yağdıra, gün çıxarda, dərdin, bəlanın qarşısını alabilən insanlar, yəni İslami terminlə desək, kutb-ül-aktab, kutb-imədar və ya kutb-i ebdal vardı. “Kutb-i ebdalın (kutb-i mədarın)hər zaman, hər əsrdə olması lazımdır. Aləmin ondan boş qalmasımümkün deyildir. Çünki aləmin nizamı ona bağlı qılınmışdır. Əgər bukutublardan biri gedərsə (ölərsə), yerinə başqası təyin edilir…Məhəmməd peyğəmbərin zamanında ebdal kutbu isə həzrət-i Ömər iləÜveys əl-karani idilər”.

Bir də kutb-i irşad var. Çox az olan kutb-i irşada Məhəmmədpeyğəmbəri misal gətirmək olar.

İslamda müqayisəli terminlərdən biri də “qavs”dır. Muhyiddinibni Ərəbi qavsın mədar kutbu olduğunu söyləsə də, İmam-i Rəbbanionun mədar kutbundan daha yüksək olub ona yardım edən olduğunudeyirdi. Məsələn, Qavs-i azam ləqəbi verilən Abdülkadir Geylaniinsanlara, o cümlədən də cinnilərə yardım edərdi. Buna görə də onagavs-üs-sakaleyn də deyirdilər. İslamdakı “havass” termini dəinsanları pisliklərdən, şər işlərdən qoruyan, yaxşı əməllər sahibiolan bu gün elmdə ağ şaman dediyimiz şəxslərdir.

Nücəbalar da insanları dardan qurtaran, onlara çətin işlərindəyardımçı olan şəxslərdir.

İman Muhamməd Qazalı əsrar (sirlər, gizli şeylər) bilgilərində,Əbdülkadir-i Geylani kəramətlər göstərməkdə və feyz verməkdə məşhuridilər. Qədimdə seçilənlər tayfadaşları ilə Yaradan arasında əlaqəyaradırdılar. O vaxtlar oxumağı, yazmağı bilməyən peyğəmbərlərə vəətrafdakılara kitab göndərməyin heç bir mənası yox idi.

Əbu Bəkrdən gələn silsilə İmam-i Cafər-i Sadıkla, onunku TayfurBayezid-i Bistami ilə (Tayfuriyyə), ondan sonra Əbül-Həsən Xarkani,Əbu Əli Farmədi və Yusif-i Həmədani ilə, Həmədaninin üçüncüxəlifəsi Əhməd Yasəvi ilə (yasəviyyə), sonra Şeyx Loğman-iXorasaninin xəlifəsi Hacı Bektaş-i Vəli (bektaşiyyə) davametmişdir. Hazırda hürufilərin bektaşiliyə sahib çıxdıqlarısöylənilir.

Əbu Mansur Hallacın “Ənəl Həqq”, Bayazid-i Bistaminin “Sübhani”və s. bir çoxları tərəfindən uyğun sayılmasalar da, təsəvvüfböyükləri tərəfindən uyğun olaraq izah edilirlər. Salik isətəsəvvüf yolçusu deməkdir.

Lakin bir elm də var - İlm-i ledün və ya ledünni elmi. Bu elmçalışmaqla əldə edilməz. Çalışılmadan əldə edilən Allahü təalanınvergisinə “vehbi”, xalq arasında isə “fəhm” deyilir. O, ihsanedilən kimsələrə verilir. Hamıya verilməz. Hər kəsə də aid deyil.Peyğəmbərlərə verilən elm isə hər kəsə aiddir. Bu baxımdan,peyğəmbərən elmi ledünni elmindən üstündür.

Kəramətlər göstərməkdə, feyz verməkdə məşhur olan, Qavs-i azamləqəbi ilə tanınan, gözəl dini təlim görən Əbdülkadir Geylani dərsverdiyi vaxt birdən hər şeyi buraxır, 25 il İraqın səhra vəxarabalıqlarında “şeytanlarla” mücadilə edir. Onlara boyun əymir.Ona vergi verilir. O, bir gün yuxuda Peyğəmbər əfəndimizi gördüyünübelə xatırlayır: Peyğəmbərin “Ey oğlum, niyə danışmırsan?” sualına“Mən yabançıyam. Bağdad fasihlərinin yanında necə danışım?” deyəcavab verdim. “Ağzını aç!” deyə peyğəmbər əfəndimiz buyururdu.Sonra “yeddi dəfə mübarək ağzının suyundan ağzıma saçdı və“İnsanlarla danış, onları gözəl hikmət və vəzlərlə Rəbbinin yolunaçağır” dedi. Geylani günorta namazını qılarkən birdən nitqitutulur. Əli bin Əbu Talibi bunu görür. O, Geylaninin nitqinintutulduğunu bilib onun ağzına altı dəfə tüpürür (“ağzının suyundanağzına saçır”). Bundan sonra Əbdülkadir Geylani gözəl və təsirlibir dillə danışmağa başlayır. İslamda olduğu kimi, şamanlardaağzına tüpürməklə müalicə etmək, vergini qəbul etməyi asanlaşdırmaqvə s. geniş yayılmışdır.

Azərbaycan ərazisində doğulub yetişmiş kəramətli övliyaböyüklərindən biri də Əbdülməcid Şirvanidir... Bir gün kitablardanbiri dil açıb onunla danışır. Qorxusundan kitabı kənara atanƏbdülməcid dağlara gedir, mağarada yaşayır. Bu əsnada ona bəzikəramətlər ihsan edilir. Vəhşi heyvanlar ona toxunmur, uçduğunuhiss edir. Əbdülməcid Şirvani Şirvanlı Mevlana Şexkubadın müridiolmuş, onun ölümündən sonra yerini tutmuş, az sonra Tokatagedir.

1564-cü ildə Tokatda taun xəstəliyi yayılır. İnsanların istəyiləƏbdülməcid Şirvani bir dua edir və xəstəlik çəkilib gedir. Lakinhəmin il də onun özü vəfat edir. Qəbri Kəlkit çayının kənarındadır.Onu da qeyd edək ki, Tokatın Çay məhəlləsi yaxınlığında ƏbdülməcidŞirvaninin də məzarının yerləşdiyi Şeyx-i Şirvan qəbristanlığı var.Vəfatından əvvəl azərbaycanlı vəli vəsiyyət edir ki, sevənləriqəbri üzərində türbə tikməsinlər, onu digər müsəlmanlardanayırmasınlar. Lakin sonralar bir çoxları türbə tikməyə cəhdgöstərirlər. Qübbə tamamlanan gecə tikinti təməldən uçur. Bir neçədəfə bu hadisə təkrar olduqdan sonra türbə tikmək istəyənlər bufikirlərindən daşınır, vəlinin qəbrinin ətrafına daşlar yığırlar.Tokat və çevrə xalqı Əbdülməcid Şirvaninin qəbrini ziyarətgahaçevirib...

news-detail

Deyilənə görə, Əbdülkadir Geylani əlinin bir hərəkətilə yazılıkitabı pozub yerinə başqa şeylər yazdırardı, qəzəblənib yaslandığıyastığı yerə atarkən acıqlandığı şəxs ölərdi. O, insanın beyninitəmizləyib yerini istədiyi şeylə doldura, həm də öləcəyi günübilirdi. Geylaninin çox heybətli olduğunu yazırlar: “Cinlər dəondan çəkinər, itaət edib sözünü dinlərdilər”. Allahü təala sevdiyiqulun əmrinə bir çox insan və cin verir. Onun duası qəbul olunar,dua ilə xəstələri sağaldardı. Dəclə çayının artan suyunu durdura,eyni vaxtda bir çox yerdə görünə, gələcəkdən xəbər verə bilirdi.İslamda Allahın sevdiyi quluna verdiyi cinə şamanizmdə hami,qoruyucu, köməkçi ruh deyilir.

Bununla belə bəzi dini kitablarda və ensiklopediyalarda yazılır:“Dörd məzhəbdən birini təqlid etmək caizdir. Bunun üçün qəbirziyarət edənlərə, övliyanın məzarları ilə təbərik edənlərə, xəstəsiüçün bunlara nəzir deyənlərə mane olunmamalıdır. Niyyət (adak)edərkən övliyaya adak demək məcaiz olub türbəyə xidmət edənlərəadak deməkdir… Keçmiş övliyaya dil uzatmaq, onlara cahil demək,sözlərindən dinimizə uymayan mənalar çıxartmaq, öldükdən sonra dakəramət göstərdiklərinə inanmamaq və ölüncə vəliliklərininbitdiyini düşünmək və onların qəbirləri ilə bərəkətlənənlərə maneolmaq, müsəlmanlara su-i zan, zülm etmək, mallarını qəsb etməkkimi, həsəd, iftira, yalan söyləmək və qeybət etmək kimi haramdır.Çünki bu vəlilərin, insanların İslam dini adına etdikləri bu işlərİslamın möhkəmlənməsinə, yayılmasına, rahatlıqla qəbul olunmasınaşərait yaradırlar”. Doğrudan da pirlərə, ocaqlara gedən, ağaclaraal-əlvan iplər bağlayan, müxtəlif müqəddəs saydıqları yerlərdəqurban kəsənlər, nəzir qoyanlar, hətta başqa dinə mənsub yerlərəpənah aparanlar da bunu İslam adına edir, üzlərini Allaha və həminyerə tuturlar. Bu da şamanizmlə İslamın iç-içə yaşaması deməkdir.Bildiyimiz kimi, əgər bir din özündən əvvəlkini tamamilə məhv edə,xalqın adətindən, məişətindən ürəyindən çıxara bilmirsə, ondan özməqsədləri üçün istifadə edir, onu özününküləşdirir...

Güllü Yoloğlu,

tarix elmləri doktoru

Oxumağa davam et

Bitmiş layihələr

Mən Mövludu 16-cı mərtəbədən izlədim

İntihaaar!!! İntihaar!! İntihar!

Günlərlə, aylarla, illərlə səhər yerimizdən acqarına qalxıb boşmədəmizi, axşamdan dincəlmiş beynimizi, hətta ruhumuzu bu sözləqidalandırdıq. Hər gün yediyimiz qidalar kimi intihar da süfrəmizinvazkeçilməz, eyni zamanda adiləşən yeməyinə çevirildi. Elə getdikcəbu sözlərin bizi həyacanlandırması da ilk yazdığım intiharifadələri kimi oldu. Bir növ intihar dəb halını aldı və hər kəs budəbin bütün parçalarına incəliyinə kimi sahibləndi. İntihar o qədəradiləşdi, adiləşdirildi ki, bir çoxumuz bu dəbdən geri qalmamaq,onunla ayaqlaşmaq məqsədilə onun sahibləndiyimiz detallarındanistifadə etmək üçün əsaslar axtarmağa, onu sınaqdan çıxarmağabaşladıq (əslində heç bir əsası olmayan əsaslar).

Ta ki, bir neçə intihar hadisəsi baş verənə kimi. Son olaraqDəyanət Rzayevin və ələlxüsus da Mövludun intiharında beynimiz“danq” elədi. Sanki özümüzü gözləmədiyimiz anda rinqdə sifətimizəgüclü bir yumruq zərbəsi almış kimi hiss etdik. “Nə baş verir, niyəbaş verir?” deyə başladıq suallara. Sualları düzgün qoysaq da əksərvaxt və əksəriyyətimiz cavablara yanlış yoldan getməyə çalışdı.Müzakirə etdiyimiz adamın cəsədi soyuyanadək suallar ətrafında başsındırdıq. Sonra hər şeyi unutduq... Yenə də intiharlaqdanışdı...

Əksəriyyətimiz intihar hallarında həqiqəti bilmədən, həqiqətingözünə dik baxmadan sağı, solu günahlandırdı. O dəqiqə baiskarıtapıb cəzasını kəsməyi də unutmadı. Amma heç kim intiharlarda özgünahını, öz məsuliyyətini görmədi, görə bilmədi, görmək istəmədi.Məgər Mövlud intihar edəndə biz də ona qıymadıqmı? O, intiharyolçuluğuna çıxanda biz də onunla bərabər olmadıqmı? Amma biz,Mövludun yaxınları, dostları o, 17-ci mərtəbəyə qalxanadəkmərtəbələrin sayı çoxaldıqca, bizim sayımız azaldı, onu bir-birtərk etdik. Geridə qoyduğu hər mərtəbədə onun bir dostu, bir yaxınıqaldı. Və Mövlud 17-ci mərtəbəyə qalxanda yanında heç kimi görmədi,yalnızlaşdı. Tək qalan Mövlud özünə yeni dost üçün -1-i seçdi...Bizsə onun intiharını16-cı mərtəbədən seyr etdik.

Bir çox intiharlar məhz belə baş verir: sən intiharayaxınlaşdıqca, dostların, yaxınların səninlə birgə yürüməkdənbezər, əldən düşər və bir-bir səni tək qoyaraq geridə qalanmərtəbələrə səpələnərlər. Sənə isə tənha olduğun yerdə sadəcəintihar yar olar...

Baxın, bu gün ətrafımızda nə qədər mövludlar, intihara can atmaqistəyən insanlar var. Onların problemi, dərdi-səri, zor dözüləcəksınağı yoxmu? Biz onlara sahib çıxa bilirikmi? Buna əminliklə xeyircavabı verərdim. Çünki biz hansısa yaxınımızın, iş yoldaşımızın,dostumuzun sifətindən zəhrimar yağanda, fikirli, qayğılı görünəndə,əsəbi davrananda, anormal hərəkətləri ilə diqqətimizi çəkəndə, birgün bizi xoş dindirəndə, bir gün isə salam verməyəndə o dəqiqə onutək buraxırıq. Hətta bu azmış kimi ona bir damğa vurur, ən yumuşaqhalda “bu, lap axmaq imiş” deyib düşməni ilə yalnız döyüşəçıxarırıq. Halbuki, biz məncilliyi bir kənara buraxsaq, insanidəyərlərlə yanaşıb həmin adamlarla xəyalən yerimizi dəyişə bilsək,ətrafımıza diqqət göstərsək, inanın ki, intihar şeytanlarına heçməğlub olmarıq. Sadəcə bir şey edək: ətrafımıza, yaxınlarımızasahib çıxmaq, onları dinləməyi bacarmaq, onlara diqətgöstərmək.

Biz nə zaman əhatəmizdə olanlara diqqət göstərib, onları axıraqədər dinləyib, dərdlərinə məlhəm çəkdik, onlarla sonuncumərtəbəyədək yürüdük ki, onlar intihar etdi???

Kaş ki, biz bir daha kaş ki, deməmək üçün kaş kilərdən nəticəçıxarardıq...

Aqil LƏTİFOV

Oxumağa davam et
Reklam

Gündəm