Xəbərlər - Publika.az
Bizi izləyin

Bitmiş layihələr

Mən Mövludu 16-cı mərtəbədən izlədim

İntihaaar!!! İntihaar!! İntihar!

Günlərlə, aylarla, illərlə səhər yerimizdən acqarına qalxıb boşmədəmizi, axşamdan dincəlmiş beynimizi, hətta ruhumuzu bu sözləqidalandırdıq. Hər gün yediyimiz qidalar kimi intihar da süfrəmizinvazkeçilməz, eyni zamanda adiləşən yeməyinə çevirildi. Elə getdikcəbu sözlərin bizi həyacanlandırması da ilk yazdığım intiharifadələri kimi oldu. Bir növ intihar dəb halını aldı və hər kəs budəbin bütün parçalarına incəliyinə kimi sahibləndi. İntihar o qədəradiləşdi, adiləşdirildi ki, bir çoxumuz bu dəbdən geri qalmamaq,onunla ayaqlaşmaq məqsədilə onun sahibləndiyimiz detallarındanistifadə etmək üçün əsaslar axtarmağa, onu sınaqdan çıxarmağabaşladıq (əslində heç bir əsası olmayan əsaslar).

Ta ki, bir neçə intihar hadisəsi baş verənə kimi. Son olaraqDəyanət Rzayevin və ələlxüsus da Mövludun intiharında beynimiz“danq” elədi. Sanki özümüzü gözləmədiyimiz anda rinqdə sifətimizəgüclü bir yumruq zərbəsi almış kimi hiss etdik. “Nə baş verir, niyəbaş verir?” deyə başladıq suallara. Sualları düzgün qoysaq da əksərvaxt və əksəriyyətimiz cavablara yanlış yoldan getməyə çalışdı.Müzakirə etdiyimiz adamın cəsədi soyuyanadək suallar ətrafında başsındırdıq. Sonra hər şeyi unutduq... Yenə də intiharlaqdanışdı...

Əksəriyyətimiz intihar hallarında həqiqəti bilmədən, həqiqətingözünə dik baxmadan sağı, solu günahlandırdı. O dəqiqə baiskarıtapıb cəzasını kəsməyi də unutmadı. Amma heç kim intiharlarda özgünahını, öz məsuliyyətini görmədi, görə bilmədi, görmək istəmədi.Məgər Mövlud intihar edəndə biz də ona qıymadıqmı? O, intiharyolçuluğuna çıxanda biz də onunla bərabər olmadıqmı? Amma biz,Mövludun yaxınları, dostları o, 17-ci mərtəbəyə qalxanadəkmərtəbələrin sayı çoxaldıqca, bizim sayımız azaldı, onu bir-birtərk etdik. Geridə qoyduğu hər mərtəbədə onun bir dostu, bir yaxınıqaldı. Və Mövlud 17-ci mərtəbəyə qalxanda yanında heç kimi görmədi,yalnızlaşdı. Tək qalan Mövlud özünə yeni dost üçün -1-i seçdi...Bizsə onun intiharını16-cı mərtəbədən seyr etdik.

Bir çox intiharlar məhz belə baş verir: sən intiharayaxınlaşdıqca, dostların, yaxınların səninlə birgə yürüməkdənbezər, əldən düşər və bir-bir səni tək qoyaraq geridə qalanmərtəbələrə səpələnərlər. Sənə isə tənha olduğun yerdə sadəcəintihar yar olar...

Baxın, bu gün ətrafımızda nə qədər mövludlar, intihara can atmaqistəyən insanlar var. Onların problemi, dərdi-səri, zor dözüləcəksınağı yoxmu? Biz onlara sahib çıxa bilirikmi? Buna əminliklə xeyircavabı verərdim. Çünki biz hansısa yaxınımızın, iş yoldaşımızın,dostumuzun sifətindən zəhrimar yağanda, fikirli, qayğılı görünəndə,əsəbi davrananda, anormal hərəkətləri ilə diqqətimizi çəkəndə, birgün bizi xoş dindirəndə, bir gün isə salam verməyəndə o dəqiqə onutək buraxırıq. Hətta bu azmış kimi ona bir damğa vurur, ən yumuşaqhalda “bu, lap axmaq imiş” deyib düşməni ilə yalnız döyüşəçıxarırıq. Halbuki, biz məncilliyi bir kənara buraxsaq, insanidəyərlərlə yanaşıb həmin adamlarla xəyalən yerimizi dəyişə bilsək,ətrafımıza diqqət göstərsək, inanın ki, intihar şeytanlarına heçməğlub olmarıq. Sadəcə bir şey edək: ətrafımıza, yaxınlarımızasahib çıxmaq, onları dinləməyi bacarmaq, onlara diqətgöstərmək.

Biz nə zaman əhatəmizdə olanlara diqqət göstərib, onları axıraqədər dinləyib, dərdlərinə məlhəm çəkdik, onlarla sonuncumərtəbəyədək yürüdük ki, onlar intihar etdi???

Kaş ki, biz bir daha kaş ki, deməmək üçün kaş kilərdən nəticəçıxarardıq...

Aqil LƏTİFOV

Rəylər

Bitmiş layihələr

Nəinki Qaragöl, hətta Zəngəzur, Zəngibasar da... - Ayaz Mütəllibov DETALLARI AÇDI

“1992-ci ilin martında Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə ermənilər çalışırdı ki, Qarabağ bizim ərazi kimi qəbul edilməsin”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, Qaragöl ətrafında yaranan vəziyyət, İrəvanın Azərbaycanı təxribatlara çəkmək istəyi, Zəngəzur dəhlizi və digər mövzularda Teleqraf.com-un suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edirik:

- Ayaz müəllim, Azərbaycan Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesini həyata keçirir. Görünən budur ki, Ermənistan tərəfi maneə yaradır, hər vəclə bu prosesi yubatmağa çalışır. Siz durumu necə qiymətləndirirsiniz?

- Hadisələrin gedişatı göstərir ki, indiki durum ermənilərə sərf etmir. Çünki 30 ilə yaxın bir müddət ərzində onlar qeyri-qanuni şəkildə zəbt etdikləri Azərbaycan ərazilərində ürəkləri istədiyi şəkildə yaşayıb, torpaqlarımızı istismar ediblər. İndi də öz ənənələrinə sadiq qalaraq hay-küy salıb dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdürlər. Ancaq mən deyərdim ki, nahaq yerə özlərinə ümid verməsinlər. Artıq bu torpaqların əsl sahibləri qayıdıb və əbədi olaraq bu ərazirilərimiz bizdə qalacaq!

- Ermənistanın Azərbaycan ordusunun guya onun ərazisinə daxil olması bəhanəsi ilə Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək istəməsi müşahidə edildi. Lakin bu qurumların heç biri İrəvana dəstək vermədi. Əvəzində Fransa hökumətinin Ermənistanı açıq dəstəklədiyinin şahidi olduq. Yaranan situasiyada Rusiya və Fransanın davranışları necə şərh edilə bilər?

- Ermənistan hara istəyir, kimə istəyir şikayət etsin, yardım istəsin xeyri yoxdur. Zatən şikayət etmək onların qanındadır. Beynəlxalq qanunlar, hüquq bizim tərəfimizdədir. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə də Ermənistan çox çalışdı ki, buna maneə yaratsın. Xüsusilə, Qarabağın bizim ərazimiz kimi qəbul olunmasına qarşı idilər, ancaq xeyri olmadı. Bütün dünya Qarabağı və digər əraziləri Azərbaycan dövlətinin ərazi vahidi kimi tanıdı və qəbul etdi. İndi də bu belədir. Ona görə də KTMT-yə və yaxud da hər hansı bir quruma şikayət etməyin mənası yoxdur, əksinə, bu, erməni xalqı üçün əlavə vaxt itkisidir. Ora-bura zəng etməkdənsə Azərbaycanın, onun prezidentinin güclü olduğunu qəbul edərək kömək istəsəydilər, onlar üçün daha sərfəli olardı. Hələ də xəyallar aləmində fikirləşirlər ki, kimsə Azərbaycanı tutduğu yoldan döndərəcək. Bir şeyi dərk etmirlər ki, Azərbaycan xalqı, əsgəri 30 il keçsə də nəinki torpaqların itkisi ilə barışmadı, əksinə artıqlaması ilə geri qaytardı. Onsuz da gec-tez buna gələcəklər.

- Ermənilərin Qaragöl ətrafında yaranan vəziyyətdən sui-istifadə halları ortaya çıxdı. O dövrdə siz ölkəyə rəhbərlik edən əsas şəxslərdən biri olmusunuz. 1987-ci ildə Qaragölün Azərbaycan hökuməti tərəfindən dövlət qoruğu elan olunması haqda qərar barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Siz Qaragöl haqqında, erməni tərəfinin ona iddia etməsinə dair hansı məlumatlara maliksiniz?

- Qaragöl və onun ətrafındakı ərazilər tarixən Azərbaycan torpaqları olub, olacaq da. Ora bizim yaylaqlarımız olub. Laçında yaşayan camaat təsdiq edər ki, hər il yay aylarında Qaragölə yaylağa çıxardılar. Ümumiyyətlə, nəinki Qaragöl, bütövlükdə Zəngəzur, Zəngibasar, Vedibasar, İrəvan xanlığı tarixən bizim əzəli torpaqlarımızdır. Bunu bütün dünya tarixçiləri gözəl bilir.

- Ayaz müəllim, necə düşünürsünüz, 44 günlük müharibə ilə biz Qarabağ məsələsini həll etdikmi, yoxsa həll olunmayan ocaqlar hələ də var?

- Təbii ki, 44 günlük müharibə kimin kim olduğunu sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa arzu edirik. Azərbaycan əsgəri 30 ildən sonra tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ordumuz BMT-nin qətnamələrini həyata keçirib. Bu nə deməkdir? 30 il bundan əvvəl BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun qəbul etdiyi qətnamələr havada qalmışdı. Bu da həmin quruma baş ucalığı gətirmirdi. Azərbaycan xalqı təkbaşına beynəlxalq ictimaiyyətin köməyi olmadan, öz resursları hesabına bu qətnamələri reallaşdırdı. Bundan artıq nə istəyirlər!? Biz tarixi haqq-ədaləti bərpa etmişik. Heç kimin bizə bu işdə irad tutmağa haqqı yoxdur, ola da bilməz.

Ermənilərə gəldikdə, onlar bu acı reallığı həzm etmək iqtidarında deyillər. Təxribat xarakterli əməllərini davam etdirəcəklər. Buna görə də biz xalq olaraq gözüaçıq olmalıyıq. Təxribatlara getməyərək 44 günlük müharibə zamanı göstərdiyimiz birliyi qoruyub saxlamalı və daha da inkişaf etdirməliyik. Ermənilər isə ərköyünlük etməməlidir, artıq zaman keçib və reallıqla hesablaşmaq lazımdır. İstər hüquqi, istər siyasi, istər iqtisadi, istərsə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparacaq potensiala malik deyillər. Hətta yaxın on illiklərdə rəqabət aparacaq halları da yoxdur.

- Zəngəzur dəhlizinin açılması regiona hansı dividendlər gətirəcək?

- Sözsüz ki, Zəngəzur yolunun açılmasının xeyri var. Ən əsası Naxçıvanla digər ərazilər arasında yaradılmış bu süni maneə aradan qalxacaq. Xalqımız Naxçıvana gedib-gəlməklə bağlı üzləşdiyi əziyyətdən xilas olacaq.
Dəhlizin açılmasının iqtisadi dividendləri də olacaq. İqtisadi cəhətdən regionun bütün ölkələri üçün sərfəli bir tranzit yoludur. Hamı bundan faydalana biləcək. Hesab edirəm ki, yaxın zamanlarda dəhlizin açılmasına nail olacağıq.

- Azərbaycan və Ermənistan arasında bundan sonra normal münasibətlərin yaranmasına nə dərəcədə inanırsınız?

- Ermənilər bizimlə normal münasibət qurmaq məcburiyyətindədir. Həmçinin qardaş Türkiyəyə qarşı absurd ərazi iddialarından əl çəkməlidirlər. Bu, yalnız onların öz xeyrinədir. Ermənistan öz iqtisadiyyatını dirçəltmək, xalqını dolandırmaq istəyirsə buna getməlidir. Onlarda da müəyyən konstruktiv siyasətçilər var ki, buna getməyin zəruri olduğunu dərk edirlər. Azərbaycanın ermənilərə qarşı heç bir iddiası yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi indiki Ermənistan Azərbaycanın tarixi ərazilərində yaradılıb. Ermənistan öz gələcəyinə görə ekstremizmdən əl çəkməlidirlər. Əks halda bu, onların zərərinə gətirib çıxaracaq.

Oxumağa davam et

Bitmiş layihələr

İslam və sehr, cadu, ziyarətgahlar

“Kahinlik edən, kahinə gedən, sehr, cadu edən, etdirənvə bunlara inanan bizdən deyildir. “Quran-i Kərim”əinanmamışdır”.

İslamda təbiət qüvvələri, fizika, kimya və biologiyaqanunları xaricində gizli vasitələrdən istifadə edərək qəribəliklərortaya qoyan işə, müsəlman olmayanlardan ortaya çıxan adət dışışeylərə, caduya “sehr” deyilir. “Əl-Hadikat-ün-Nədiyyə”dəki birhədis-i şərifdə Peyğəmbər əfəndimizin dilindən deyilir: “Kahinlikedən və kahinə gedən və sehr, cadu edən və etdirən və bunlarainanan bizdən deyildir. “Quran-i Kərim”ə inanmamışdır”. “İhya”dakıdigər bir hədis-i şərifdə “Müsəlman cadu etməz, imanı getdikdənsonra cadusu təsir edər”” deyilir. Lakin buna baxmayaraq bəzimüsəlman mollalar hətta kitab açaraq fala baxır, “bəxt açır”, “bəxtbağlayır”…

Əbdülhakim Arvasi sehrin, cadunun həqiqətən insanları xəstəetdiyini, sevgi və ya məhəbbətsizliyə düçar etdiyini, yəni cəsədəvə ruha təsir etdiyini, qadın və uşaqlara daha çox təsir etdiyiniyazır.

Muhamməd Masum Faruki demişdir: “Həqiqi mömin batil inanclarainanmaz, sehr, uğursuzluq, fal, ovsun, “Quran-i Kərim”dən başqaşeylə yazılı muska, mavi muncuğa, kəhanət və buna bənzər şeylərə,bunların mütləq bir iş görəcəyinə, məzarlara şam qoyanlara, tel vəiplik bağlamağa etibar etməz və kəramət sahibi olduğunu söyləyənsaxtakarlara inanmaz”. Əgər bunları nəzərə alıb türk-İslam aləminəgöz gəzdirəsi olsaq, onda bu gün və bundan qat-qat əvvəl bunlarıedənlərin müsəlman olmadığı ortaya çıxır…

Abdullah ibni Abbasın məlumatına görə, Məhəmməd peyğəmbərdənəvvəl şeytanlar göylərə çıxır, mələklərdən eşitdiklərini kahinlərəxəbər verirdilər. Peyğəmbərdən sonra onlara göylərə çıxmaqyasaqlandı.

İslam aləmində istidrac kafir və fasıklarda, yəni açıq-açığınagünah işlədən müsəlmanlarda görünən adət dışı, xarüküladə,qeyri-adi hallardır. Buna məkr-i ilahi də deyilir. Ancaq, əgər eyniadət dışı, xarükuladə, qeyri-adi hal, qabiliyyət mömin müsəlmanda,vəlidə görünürsə, buna firasət, kəramət, həmin şəxslərə “Allahütəalanın sevgili qulları” deyilir. Əslində lüğətdə kəramət ərəbcəqəribə, qeyri-adi, insanın imkanları dışında olan, insanları heyranqoyan, heyrətə gətirən şey anlamındadır. “Hansı peyğəmbərinümmətindən olursa olsun, vəlilərdən adət dışı, yəni fizika, kimyavə fiziologiya qanunları dışında meydana gələn şeylər, hadisələr,üstünlüklər kəramət adlandırılır…”. Yəni dinindən asılı olmayaraqhər kəsin, istər müsəlmanların, istərsə də qeyri-müsəlmanların(İslamda kafirlərin – G.Y.) göstərdiyi və adi insanı heyran qoyan,heyrətə gətirən hər şey kəramət və ya istidrac sayıla bilər. Bundanbaşqa möcüzə də var. Bu da İslamda yalnız peyğəmbərlərə aid edilir.Məsələn, Musa peyğəmbərin əsası ilan olub sehrbazların sehiralətlərini udur, İsa peyğəmbər ölüləri dirildir, korların gözləriniaçır, Məhəmməd peyğəmbər isə “Quran-i Kərim”i insanlara bəxş edir.Harputlu İshak Əfəndiyə görə, Məhəmməd peyğəmbərin mindən artıqmöcüzəsi vardı. Merac möcüzəsi, Şakk-ı qəmər möcüzəsi (Ayın ikiyəbölünməsi), barmaqlarından su fışqırması, Kabe-i muazzam içindəkibütlərin barmağının bir işarəsilə üz üstə düşmələri, ölüləridiriltməsi, yaralılara və xəstələrə şəfa verməsi də bumöcüzələrdəndir.

Peyğəmbər olacaq şəxslərin adət dışı, yəni xarüküladə, qeyri-adihallarına isə irhas deyilir. İsa peyğəmbərin beşikdə danışması,quru ağacdan təzə xurma istəyən kimi əlinə xurma gəlməsi, Məhəmmədpeyğəmbərin uşaq vaxtı köksünün yarılması, ağacların, daşların onasalam verməsi və s. İrhasdır.

news-detail

Dini mətnlərdə yazılır ki, övliyanın kəramət göstərməsi lazımdeyildir. Bunlar kəramət göstərmək istəməzlər. Allahü təaladanutanarlar.

Övliyanın kəramətlərini haqq və doğru sayan İslam məntiqi iləeyni şeyləri göstərən qeyri-müsəlmanlarda bunu sehr və cadu kimiqəbul edən din adamları bir tərəfdən “övliyanın kəramətinə inanmaqlazımdır” desələr də, onlar bu kəramətlərin ikiyə bölündüyünü,birincinin “kəşf” olduğunu vurğulayırlar. “Kəşf” qapalı şeyinüstündən örtüyü qaldırmaq, xəyal aynasında bir çox şeyləri görməkdeməkdir. Buna biz bəsirət gözünün açıq olması da deyə bilərik.Çünki belə insanlar başqalarının görə bilmədiklərini görə bilirlər.Buna bənzər terminlərdən biri də firasətdir. Yuxarıda qeydetdiyimiz kimi, firasət peyğəmbər ümmətindən vəli olmayanlardagörünür. Onlar insanın ürəyini oxuyur, gözlə görülə bilinməyənşeyləri görürlər. Təsadüfi deyil ki, İmam-i Tirmizi və İmam-iTaberaninin kitablarındakı bir hədis-i şərifdə deyilir: “Mömininfirasətindən qorxun. Çünki o, Allahü təalanın nuru ilə baxır”adlanaraq Allaha və onun işlərinə aid olduğunu, ikincisinin isəmaddi aləmdəki xarüküladə hal olduğunu vurğulayırlar. “Bu kəramətseçdiyi qullarına verildiyi kimi, kafirlərə də verilir” deyənmüəlliflər istidracla bağlı fikirlərə zidd gedir və kafirlərəverilən “vergi”ni də kəramətin iki qolundan biri adlandırırlar. Birtərəfdən övliyanın kəramətlərinə inanmağın lazım olduğunu, onlarainanmayanların əhl-i sünnətdən ayrıldığını yazır, digər tərəfdənikinci qola inananları cahil adlandırırlar.

Allahü təala özünə yaxın olan seçilmiş qullarına “vergi” verir.Allahın bütün insanlar üçün bir olduğunu nəzərə alsaq, o zamanqeyri-müsəlmanların da seçilmişlərinin bu qabiliyyətə sahibliyimümkündür. Bir də ki, dəqiq sayları məlum olmayan peyğəmbərlərin124 mindən çox olduqları söylənilir. Onlardan 313-ü və ya 315-irəsuldur, yəni yeni din gətirən, qalanları isə nəbidir, yəniəvvəlki dini təbliğ edənlərdir. Rəsulların da altısı dahayüksəkdir, yəni Ülül-azmdir (Adəm, Nuh, İbrahim, Musa, İsa vəMuhamməd Mustafa). Peyğəmbərlərdən 33-ü məşhur olsa da, onlardanyalnız 28-nin adı “Quran-i Kərim”də verilir.

Adəmdən başlayaraq hər əsrdə dünyanın hər tərəfindəki insanlararasında ən üstün saydığı birinə hami ruhlarla, mələklərlə xəbərgöndərərək onların rahat yaşamaları üçün nə etməyin, nədənçəkinməyin lazım olduğunu bildirmək məqsədilə Allah öztəmsilçilərini seçir (“Peyğəmbərləri müjdə vermək və qorxutmaq üçüngöndərdim” (Nisa surəsi, 164))…

Yuxarıda əşyanın həqiqətini, iç üzünü görən, anlayan qəlb gözünə“bəsirət” deyildiyini qeyd etmişdik. Qəlb gözü ilə görmə, anlama vəRirasət də bəsirət adlanır. İmam-i Kuşeyri deyirdi: “Allahü təalamöminlərə bəzi bəsirətlər və nurlar lütf etmişdir. Onlar bu sayədəfirasət göstərirlər”. Yəni din adamları və dinimiz bəzi insanlaravergi, yəni qeyri-adi qabiliyyətin verilməsini inkar etmir.“Hilyet-ül-Evliya”da zikr edilən bir hədis-i şərifdə deyilir:“ümmətimin arasında hər zaman qırx adam olur. Bunların qəlbləriİbrahimin qəlbi kimidir. Allahü təala onlar vasitəsilə qullarındanbəlaları uzaqlaşdırır. Bunlara “əbdal” deyilir. Onlar bu dərəcəyənamaz və orucla yetişmədilər”. Abdullah ibni Məsudun “YaRəsulullah! Nə ilə bu dərəcəyə yetişdilər?” sualına Peyğəmbər“Comərdlik və müsəlmanlara nəsihət etməklə yetişdilər” deyə cavabverir. Deməli, namaz qılmayıb, oruc tutmayanlar da müsəlmanlaranəsihət edə bilirlərmiş…

Maddi aləmlə, dünya işlərilə əlaqəli adamlara “Kutb-ül-aktab”deyilir. Belə insanlar aləmin nizamı ilə əlaqəli, bolluq-qıtlıq,sağlıq, xəstəlik, barış-savaş, yağış və buna bənzər şeylərlə məşğulolan, qeybdən, yəni heç kimin tanımadığı Allah adamı olub əmrindəüçlər, yeddilər, qırxlar… deyə söylənilən və bu işlərlə əlaqədarseçilmiş insanlar hər zaman olublar və hətta peyğəmbərin zamanındada vardılar.

news-detail

İmam-i Rəbbaniyə görə, dərdlərin, bəlaların yox olması,xəstələrin sağalması və s. məhz “kutb-i ebdal” da, “kutb-ül-aktab”da deyilən kutb-i mədarın feyzlərilə olur. Deməli, Məhəmmədpeyğəmbər zamanında da bu gün elmdə şaman adlandırdığımız xəstələrisağalda, yağış yağdıra, gün çıxarda, dərdin, bəlanın qarşısını alabilən insanlar, yəni İslami terminlə desək, kutb-ül-aktab, kutb-imədar və ya kutb-i ebdal vardı. “Kutb-i ebdalın (kutb-i mədarın)hər zaman, hər əsrdə olması lazımdır. Aləmin ondan boş qalmasımümkün deyildir. Çünki aləmin nizamı ona bağlı qılınmışdır. Əgər bukutublardan biri gedərsə (ölərsə), yerinə başqası təyin edilir…Məhəmməd peyğəmbərin zamanında ebdal kutbu isə həzrət-i Ömər iləÜveys əl-karani idilər”.

Bir də kutb-i irşad var. Çox az olan kutb-i irşada Məhəmmədpeyğəmbəri misal gətirmək olar.

İslamda müqayisəli terminlərdən biri də “qavs”dır. Muhyiddinibni Ərəbi qavsın mədar kutbu olduğunu söyləsə də, İmam-i Rəbbanionun mədar kutbundan daha yüksək olub ona yardım edən olduğunudeyirdi. Məsələn, Qavs-i azam ləqəbi verilən Abdülkadir Geylaniinsanlara, o cümlədən də cinnilərə yardım edərdi. Buna görə də onagavs-üs-sakaleyn də deyirdilər. İslamdakı “havass” termini dəinsanları pisliklərdən, şər işlərdən qoruyan, yaxşı əməllər sahibiolan bu gün elmdə ağ şaman dediyimiz şəxslərdir.

Nücəbalar da insanları dardan qurtaran, onlara çətin işlərindəyardımçı olan şəxslərdir.

İman Muhamməd Qazalı əsrar (sirlər, gizli şeylər) bilgilərində,Əbdülkadir-i Geylani kəramətlər göstərməkdə və feyz verməkdə məşhuridilər. Qədimdə seçilənlər tayfadaşları ilə Yaradan arasında əlaqəyaradırdılar. O vaxtlar oxumağı, yazmağı bilməyən peyğəmbərlərə vəətrafdakılara kitab göndərməyin heç bir mənası yox idi.

Əbu Bəkrdən gələn silsilə İmam-i Cafər-i Sadıkla, onunku TayfurBayezid-i Bistami ilə (Tayfuriyyə), ondan sonra Əbül-Həsən Xarkani,Əbu Əli Farmədi və Yusif-i Həmədani ilə, Həmədaninin üçüncüxəlifəsi Əhməd Yasəvi ilə (yasəviyyə), sonra Şeyx Loğman-iXorasaninin xəlifəsi Hacı Bektaş-i Vəli (bektaşiyyə) davametmişdir. Hazırda hürufilərin bektaşiliyə sahib çıxdıqlarısöylənilir.

Əbu Mansur Hallacın “Ənəl Həqq”, Bayazid-i Bistaminin “Sübhani”və s. bir çoxları tərəfindən uyğun sayılmasalar da, təsəvvüfböyükləri tərəfindən uyğun olaraq izah edilirlər. Salik isətəsəvvüf yolçusu deməkdir.

Lakin bir elm də var - İlm-i ledün və ya ledünni elmi. Bu elmçalışmaqla əldə edilməz. Çalışılmadan əldə edilən Allahü təalanınvergisinə “vehbi”, xalq arasında isə “fəhm” deyilir. O, ihsanedilən kimsələrə verilir. Hamıya verilməz. Hər kəsə də aid deyil.Peyğəmbərlərə verilən elm isə hər kəsə aiddir. Bu baxımdan,peyğəmbərən elmi ledünni elmindən üstündür.

Kəramətlər göstərməkdə, feyz verməkdə məşhur olan, Qavs-i azamləqəbi ilə tanınan, gözəl dini təlim görən Əbdülkadir Geylani dərsverdiyi vaxt birdən hər şeyi buraxır, 25 il İraqın səhra vəxarabalıqlarında “şeytanlarla” mücadilə edir. Onlara boyun əymir.Ona vergi verilir. O, bir gün yuxuda Peyğəmbər əfəndimizi gördüyünübelə xatırlayır: Peyğəmbərin “Ey oğlum, niyə danışmırsan?” sualına“Mən yabançıyam. Bağdad fasihlərinin yanında necə danışım?” deyəcavab verdim. “Ağzını aç!” deyə peyğəmbər əfəndimiz buyururdu.Sonra “yeddi dəfə mübarək ağzının suyundan ağzıma saçdı və“İnsanlarla danış, onları gözəl hikmət və vəzlərlə Rəbbinin yolunaçağır” dedi. Geylani günorta namazını qılarkən birdən nitqitutulur. Əli bin Əbu Talibi bunu görür. O, Geylaninin nitqinintutulduğunu bilib onun ağzına altı dəfə tüpürür (“ağzının suyundanağzına saçır”). Bundan sonra Əbdülkadir Geylani gözəl və təsirlibir dillə danışmağa başlayır. İslamda olduğu kimi, şamanlardaağzına tüpürməklə müalicə etmək, vergini qəbul etməyi asanlaşdırmaqvə s. geniş yayılmışdır.

Azərbaycan ərazisində doğulub yetişmiş kəramətli övliyaböyüklərindən biri də Əbdülməcid Şirvanidir... Bir gün kitablardanbiri dil açıb onunla danışır. Qorxusundan kitabı kənara atanƏbdülməcid dağlara gedir, mağarada yaşayır. Bu əsnada ona bəzikəramətlər ihsan edilir. Vəhşi heyvanlar ona toxunmur, uçduğunuhiss edir. Əbdülməcid Şirvani Şirvanlı Mevlana Şexkubadın müridiolmuş, onun ölümündən sonra yerini tutmuş, az sonra Tokatagedir.

1564-cü ildə Tokatda taun xəstəliyi yayılır. İnsanların istəyiləƏbdülməcid Şirvani bir dua edir və xəstəlik çəkilib gedir. Lakinhəmin il də onun özü vəfat edir. Qəbri Kəlkit çayının kənarındadır.Onu da qeyd edək ki, Tokatın Çay məhəlləsi yaxınlığında ƏbdülməcidŞirvaninin də məzarının yerləşdiyi Şeyx-i Şirvan qəbristanlığı var.Vəfatından əvvəl azərbaycanlı vəli vəsiyyət edir ki, sevənləriqəbri üzərində türbə tikməsinlər, onu digər müsəlmanlardanayırmasınlar. Lakin sonralar bir çoxları türbə tikməyə cəhdgöstərirlər. Qübbə tamamlanan gecə tikinti təməldən uçur. Bir neçədəfə bu hadisə təkrar olduqdan sonra türbə tikmək istəyənlər bufikirlərindən daşınır, vəlinin qəbrinin ətrafına daşlar yığırlar.Tokat və çevrə xalqı Əbdülməcid Şirvaninin qəbrini ziyarətgahaçevirib...

news-detail

Deyilənə görə, Əbdülkadir Geylani əlinin bir hərəkətilə yazılıkitabı pozub yerinə başqa şeylər yazdırardı, qəzəblənib yaslandığıyastığı yerə atarkən acıqlandığı şəxs ölərdi. O, insanın beyninitəmizləyib yerini istədiyi şeylə doldura, həm də öləcəyi günübilirdi. Geylaninin çox heybətli olduğunu yazırlar: “Cinlər dəondan çəkinər, itaət edib sözünü dinlərdilər”. Allahü təala sevdiyiqulun əmrinə bir çox insan və cin verir. Onun duası qəbul olunar,dua ilə xəstələri sağaldardı. Dəclə çayının artan suyunu durdura,eyni vaxtda bir çox yerdə görünə, gələcəkdən xəbər verə bilirdi.İslamda Allahın sevdiyi quluna verdiyi cinə şamanizmdə hami,qoruyucu, köməkçi ruh deyilir.

Bununla belə bəzi dini kitablarda və ensiklopediyalarda yazılır:“Dörd məzhəbdən birini təqlid etmək caizdir. Bunun üçün qəbirziyarət edənlərə, övliyanın məzarları ilə təbərik edənlərə, xəstəsiüçün bunlara nəzir deyənlərə mane olunmamalıdır. Niyyət (adak)edərkən övliyaya adak demək məcaiz olub türbəyə xidmət edənlərəadak deməkdir… Keçmiş övliyaya dil uzatmaq, onlara cahil demək,sözlərindən dinimizə uymayan mənalar çıxartmaq, öldükdən sonra dakəramət göstərdiklərinə inanmamaq və ölüncə vəliliklərininbitdiyini düşünmək və onların qəbirləri ilə bərəkətlənənlərə maneolmaq, müsəlmanlara su-i zan, zülm etmək, mallarını qəsb etməkkimi, həsəd, iftira, yalan söyləmək və qeybət etmək kimi haramdır.Çünki bu vəlilərin, insanların İslam dini adına etdikləri bu işlərİslamın möhkəmlənməsinə, yayılmasına, rahatlıqla qəbul olunmasınaşərait yaradırlar”. Doğrudan da pirlərə, ocaqlara gedən, ağaclaraal-əlvan iplər bağlayan, müxtəlif müqəddəs saydıqları yerlərdəqurban kəsənlər, nəzir qoyanlar, hətta başqa dinə mənsub yerlərəpənah aparanlar da bunu İslam adına edir, üzlərini Allaha və həminyerə tuturlar. Bu da şamanizmlə İslamın iç-içə yaşaması deməkdir.Bildiyimiz kimi, əgər bir din özündən əvvəlkini tamamilə məhv edə,xalqın adətindən, məişətindən ürəyindən çıxara bilmirsə, ondan özməqsədləri üçün istifadə edir, onu özününküləşdirir...

Güllü Yoloğlu,

tarix elmləri doktoru

Oxumağa davam et

Bitmiş layihələr

Ucal Mövludu bağışlayacaqmı?

Mövludun intiharı hamımızı dərindən sarsıtdı. Sosial şəbəkədəntutmuş, ölkə mediasına qədər hamı intihardan yazdı, ağladı və həttaonu qınayanlar da oldu. Düzdür, heç kim belə ucuz ölümü onayaraşdırmadı. Bilirik ki, Mövlud həyatsevər, zarafatçıl vədeyib-gülən insan idi. Onun intihar etməsi insanları şoka saldı.Demək ki, sadalananlar bir insanın intihar etməsinin qarşını almır.Biz bunu Mövlud da gördük. Adətən intihar edənlər sakit vəcəmiyyətlə qaynayıb-qarışmayan insanlar olurlar.

Hər kəs bilirdi ki, Mövlud qeyri-adi istedad sahibidir. Mövludsözlə danışmağı bacarırdı. Sözü sözlə vururdu. Mövlud gənc yaşındao qədər populyarlışmışdı ki, yazı yazmayanda onun boşluğu hərdəqiqə hiss olunurdu. Necə ki, etdiyi intiharı ilə ölkə gündəminibir-birinə vurdu.

Mövlud potensialını ölkənin ədəbi prosesinə sərf etməkistəyirdi. Sadəcə olaraq, problemlər və yaşadığı sosial-iqtisadiçətinliklər buna imkan vermirdi. Uzun illər yığılan problemlər onusıxırdı. Evsizlik, ümidsizlik, onu hər gün intiharayaxınlaşdırırdı. Sadəcə olaraq, Mövlud üzünün təbəssümü vəzarafatları ilə hər kəsi aldadırdı. Amma, intihar etmək çarə yoludeyil. Mən onun intihar etməsinə haqq qazandırmıram. Çünki Ucalbalanın haqqı məni bağışlamaz. Bircə onu bilirəm ki, Mövlud Ucalaqarşı düzgün etmədi. Hamımız atayıq və övladlarımızın həyatındahansı yerimizin olduğunu bilirik. Məni düşündürən odur etdiyiintihara görə illər sonra Ucal Mövludu bağışlayacaqmı?

Elnur Eltürk

Oxumağa davam et
Reklam

Gündəm