Xəbərlər - Publika.az
Bizi izləyin

Cinayət dünyası

“Vəhşi Arman” “Qızıl Rövşən”i döydüklərini təsdiqlədi - Onu “qorxaq” adlandırdı

“Arman Dikiy” (“Vəhşi Arman”) ləqəbli qazaxıstanlı kriminal avtoritet, bir vaxtlar “Lotu Quli”nin yaxın ətrafına daxil olan Arman Cumagəldiyev məşhur özbəkistanlı biznesmen-kriminal avtoritet “Qara Qafur”un bacısı oğlu Rövşən Muhiddinovu (“Qızıl Rövşən”) İstanbuldakı otellərdən birində döydüklərini təsdiq edib. Lakin işgəncə haqda deyilənləri rədd edərək onu “qorxaq” adlandırıb. Bu haqda “Azadlıq” radiosunun qazax xidməti bildirir. “Vəhşi Arman” Muhiddinovla “razborka” barədə özünün İnstagram səhifəsində yazıb.

"Qızıl Rövşən"

Publika.az Virtualaz.org-a sitinadən xəbər verir ki, kriminal aləmin Orta Asiyadan olan bu nüfuzlu nümayəndələri arasında milyonlarla dollarlıq hesablaşma barədə ötən günlərdə “Azadlıq” radiosunun özbək xidmətinə istinadən yazmışdı. Xatırladaq ki, hazırda İstanbulda olan Muhiddinov sosial şəbəkələr üzərindən yaydığı müraciətində 2019-cu ilin noyabrında “lotu Quli”nin adamları (o cümlədən “Arman Dikiy”) tərəfindən İstanbuldakı “Hyatt Regency” otelinə “razborka” üçün çağırıldığını, orada 10-a yaxın idmançı cüssəli şəxs tərəfindən əlləri bağlı halda saatlarla döyüldüyünü, işgəncə verildiyini bildirmişdi. “Qızıl Rövşən” deyirdi ki, onu “Dubaydakı qohumunun” əmri ilə döyüblər.

Dubay: "Arman Dikiy" və "Qara Qafur"

Daha sonra Muhiddinovun yaxınları həmin nüfuzlu qohumun hazırda Dubayda olan keçmiş AIBA (Beynəlxalq Həvəskar Boks Federasiyası) prezidenti, kriminal avtoritet Qafur Qəhimov olduğunu təsdiq etmişdilər. “Qara Qafur”un öz qohumunu döydürməsinə səbəb isə hazırda həbsdə olan özbəkistanlı biznesmen Oybek Mirəliyevlə bağlıdır. Mirəliyev “Qara Qafur”un ortağı olub və “Qara Qafur”un arvadı Lola Rəhimovanın şikayəti əsasında həbs edilib. Rəhimovanın şikayətində göstərilir ki, Mirəliyev onların ailəsinə məxsus mənzili 650 min dollara satıb və pullarını mənimsəyib. Habelə “Mercedes Maybach” markalı avtomobilini və daha 7 milyon dolları da ələ keçirib.

“Qara Qafur” Mirəliyevdən həmin pullarının alınmasını (kriminal aləmin qaydaları əsasında) bacısı oğlu Muhiddinova tapşırıb. Muhiddinov isə məsələni araşdırıb və əmin olub ki, Mirəliyev günahkar deyil, pulları əslində Lola Rəhimova mənimsəyib. O, dayısına bu haqda deyəndə “Qara Qafur” qəzəblənib, bacısı oğlunu “düşmənin tərəfinə keçməkdə” günahlandırıb və onunla əlaqəni kəsib. Daha sonra Lola Rəhimovanın məsləhəti ilə “Qızıl Rövşən”i cəzalandırmaq üçün “Lotu Quli” və “Dikiy Arman”a müraciət edib. Onlar da öz adamlarını Muhiddinovla “razborkaya” göndəriblər.

Fevralın 28-də İnstagram-da yerləşdirilmiş audioyazıda Cumagəldiyev bildirir ki, Muhiddinovu həqiqətən İstanbuldakı otellərdən birinə görüşə çağırıblar. Orada “görüşə silahla gəldiyi üçün” ona bir neçə zərbə vurublar, amma işgəncə verməyiblər. “Arman Dikiy” həmin hadisə ilə bağlı polisə şikayət etdiyi üçün Muhiddinovu “qorxaq” adlandırır.

Muhiddinov hazırda İstanbulda yaşayan nüfuzlu özbək biznesmendir. Onun kriminal dairələrlə bağlı olduğu bildirilir. Özbəkistan xüsusi xidmət orqanlarının istefada olan polkovniki anonimlik şərti ilə deyib ki, Qafur Rəhimov 2013-cü ilə qədər kriminal aləmə daxil idi və AIBA prezidenti seçilmək üçün kampaniyaya başlayanda öz yerinə Muhiddinovu irəli sürərək kriminal aləmdən formal olaraq uzaqlaşıb.

Rəylər

Cinayət dünyası

KTMT sülhməramlıları Qazaxıstandan nə vaxt çıxacaq? - AÇIQLAMA

Sülhməramlı qüvvələrin Qazaxıstanda qalma müddəti vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq və əməliyyat başa çatdıqdan sonra qoşunlar çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bildirib.

Zas bildirib ki, qoşunların qalma müddətı qısa olacağı gözlənilir:

"Bu müddətin bir neçə gün və ya bir neçə həftə olacağı Qazaxıstanda yaranan vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq".

Onun sözlərinə görə, əgər respublika rəhbərliyi “vəziyyətin sabitləşdiyini və ona bütün dövlətlərimizin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, təbii ki, əməliyyat başa çatacaq və bütün qoşunlar çıxarılacaq”. ("Trend")

Oxumağa davam et

Cinayət dünyası

"Lotu Quli"yə belə qəbirüstü abidə hazırlandı - FOTOLAR

"Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun qəbirüstü abidəsi hazırlanıb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

N.Səlifovun məzar daşı onun ildönümü ərəfəsində yekunlaşıb.

Qeyd edək ki, Nadir Səlifov Türkiyənin İstanbul şəhərində yerləşən Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb. Ötən il avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.

Oxumağa davam et

Cinayət dünyası

Evinə çağırdığı qadınlara insan ətindən yemək bişirən QATİL MÜƏLLİM - Çikatilonun HƏYAT HEKAYƏSİ

O, sovet dövrü və post-sovet Rusiyasının ən dəhşətli qatillərindədir. İşlədiyi cinayətlərin demək olar ki, hamısını səssiz və həddindən artıq soyuqqanlıqla törədib. Əvvəlcə qurbanlarının başına küt alətlə vurur ki, huşları itsin, sonra da onları öz təbirincə "ağrısız işgəncə" ilə öldürürdü...

Publika.az dünyaca məşhur sovet canisinin "həyat hekayəsi"ni təqdim edir:

Haqqında danışacağım qatı cinayətkar hələ uşaq yaşlarında çevrəsinin, mühitin ona yaşatdıqlarını, böyüyəndən sonra artıqlaması ilə qaytarmışdı. Bəxtindən, alın yazısından və tanrısından intiqam aldığını düşünürdü. Onun haqqında araşdırma aparanlar bu şəxsin törətdiyi cinayət əməllərindən başqa bütün işlərində "yarımçıq adam" olduğunu qeyd ediblər. 1936-cı ildə Rostovun Yabloçnoe kəndində anadan olmuşdu. Soyadı Çikatilo olan bu balaca uşaq hidrosefaliya əlamətləri ilə doğulmuşdu. 12 yaşına qədər gecələr sidik saxlamamaqdan əziyyət çəkirdi, ona görə də anası tərəfdən döyülürdü.

Qısaca arayış: Andrey Çikatilo 1992-ci ildə 52 insanı öldürdüyünə görə mühakimə edilir. Halbuki, o özü 55 və daha artıq insanı qətlə yetirdiyini boynuna almışdı. 1978-90-cı illər arasında 50-dən çox insanın ölümündə təqsirləndirilən cani sovet dövrünün ən amansız silsilə cinayətlər törətmiş manyakı kimi tarixə düşüb. Haqqında ölüm hökmü çıxarılanda əvvəlcə gülən, sonra ağlayan bu ədəbiyyat müəllimi 1994-cü ildə güllələnir. Başına cəmi bircə güllə sıxılır...

Ağıllı uşağın ağrılı uşaqlığı...

Müharibə başlayanda balaca Andreyin cəmi beş yaşı vardı. O, balaca qardaşından fərqli olaraq, qavraması, talantı və yaddaşı ilə seçilirdi. Ona görə də həm atası, həm də anası tərəfindən döyüldüyü qədər də əzizlənirdi. Atasını da elə sonuncu dəfə 1941-ci ildə görmüşdü. Sonra ailəsi təxminən 200 kilometr şimala köçmüşdü. Artıq 1942-ci ildə alman əsgərləri Andreyin atasının qoruduğu sərhədləri yararaq, onun ailəsinin olduğu yaşayış məntəqəsini zəbt etmişdilər. Günlərin bir günü bir alman zabiti 6 yaşlı Andreyin gözləri qarşısında onun anasını zorlamışdı. Bu zorakı münasibətdən Andrey Romanoviçin bir bacısı dünyaya gəlmişdi.

Zorlamadan sonra aclıq kabusu...

1946-cı ildə Çikatilo birinci sinfə getdi. Artıq Rostovda aclıq dövrü başlamışdı. Məktəbdəki müəllimlərin “gecələr bayıra çıxmayın, vəhşi insanlar var, sizi də yeyərlər” sözləri Andreyin də ağlına batmışdı. Dərsdən gələn kimi evin işıqlı bir küncündə oturur, bayıra çıxmırdı. Günlərin bir günü qardaşı Stepan yoxa çıxır.

Qardaşı yoxa çıxdığı ərəfədə atası cəbhədən qayıdır. Müharibə isə hələ davam edirdi. Atası almanlara əsir düşmüş, sonra düşərgədən qaçmışdı. Gizlicə gəlib ailəsini tapmışdı. O, ailəsini tapana kimi “vətən xaini” damğası ondan əvvəl arvadının və uşaqlarının yaşadığı evin taxta qapısına “möhürlənmişdi”.

Anası Andreyə deyir ki, qardaşı Stepanı “xoxanlar” tutub və yeyiblər. Sonradan məlum olur ki, anası və cəbhədən təzəcə qayıtmış atası ilk övladlarını müəyyən qədər pul, bir kisə un müqabilində Boris adlı bir keşişə satıblar. Çikatilo çox sonralar satılmış qardaşını nə qədər axtarsa da tapa bilmir.

Psixoloji zərbələr altında özünü təsdiq cəhdi...

1954-cü ildə Andrey orta məktəbi bitirir. Hüquq fakültəsinə qəbul olunmağa çalışır. Amma kursu keçə bilmir. O, elə hesab edirdi ki, ona görə instituta qəbul etmədilər ki, onun atası "satqın" və "xalq düşməni" idi.

1955-ci ildə Çikatilo Axtır texniki əlaqələr məktəbini başa vurur. Bundan sonra o, Moskva elektromexaniki institutunun dəmiryol nəqliyyatının qiyabi şöbəsinə daxil olur və oranı müvəffəqiyyətlə başa vurur. Bütün bunlar Ukrayna əslli Andrey Çikatilonun uşaqlıqdan bəri onu izləyən psixoloji zərbələr seriyası fonunda şəxsiyyət kimi özünütəsdiq cəhdi idi. Amma bütün bunlar 1957-ci ilə qədər davam edir.

Yenə almanlar, yenə zorlama...

1957-ci il, Andrey Çikatilonu əsgər aparırlar. Özü də Qərbi Almaniyaya. Xidmət dövründə zəhləsi gedən alman əsgərlərlə bir neçə dəfə münaqişəyə girir. Günlərin bir günü alman əslli litvalı əsgərlər onu zorlayır. Bu almanların Çikatilo ailəsinə ikinci təcavüzü idi. Əvvəl anasını, sonra özünü...

Sonralar müttəhim kürsüsündə oturmuş Andrey Çikatilo zorlanma faktı ilə bağlı bunları deyəcəkdi:

“Polyak zabit və “praporşik” qızlar məni ələ salırdılar ki, xədiməm. Onlara şəhvani hisslə baxmadığım üçün belə deyirdilər. Bəlkə də haqlı idilər. Onlar hətta çılpaq şəkildə də qarşıma çıxmışdılar, bədənlərindən ürküb ağlaya-ağlaya yanlarından aralaşmışdım. Sonra litvalı almanlar məni zorladılar. Birinci dəfə çox qorxmuşdum. Özümə gələ bilmirdim. Bu qorxunun dəhşəti canımı elə bürümüşdü ki, növbəti dəfə zorlananda qorxmaq əvəzinə bundan zövq almağa özümü məcbur etmişdim. Bu, mənim qorxu önündə ilk qalibiyyətim idi...”

Çikatilonun “sakit beşilliyi”…

Hərbi xidmətdən sonra o, Rostov-Don yaxınlığında olan – Rodionovo Nesvetayskaya əyalətinə köçdü. O, orda telefon stansiyasında mühəndis işləməyə başladı.

26 yaşı olanda Çikatilonun bacısı Tatyana onu öz rəfiqəsi Faina ilə tanış edir. 2 il sonra Faina və Andrey evlənir. Toydan sonra Çikatilo Rostov universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olur. Həmin ildə Faina oğlan dünyaya gətirir, amma 8 aydan sonra uşaq ölür. Bir il sonra Çikatilonun qızı Lyudmila doğulur. Ardınca oğlu Yuri anadan olur. Sonradan o da cinayətkar olacaqdı.

1965-ci ilin aprelində Çikatilo yaşadığı rayonda bədən tərbiyəsi və idman komitəsinin sədri seçilir. 1970-ci ildə o, makrsizm-leninizm kursu üzrə pedaqoji institutun qiyabi şöbəsini bitirir. Novoşaxtinska 32 nömrəli internet-məktəbdə rus dili və ədəbiyyat müəllimi işləməyə başlayır. Bu “sakit beşillik” 1970-ci ilə qədər davam edir.

İlk qurban...

1970-ci ildə Çikatilo məktəbdə bir şagirdini zorlayır. Məsələ “sovet müəllimi adına ləkə” olduğundan ört-basdır edilir. Amma Andrey müəllim rəhbərliyin əmri ilə içdən çıxarılır. Manyak müəllim bir müddətlik gözdən itir. 1976-cı ildə Çikatilo daha hiddətli şəkildə ortaya çıxır. Bu dəfə azğınlaşmış manyak 9 yaşlı qızcığazı – Yelena Zakatnovanı öldürür. Cinayət işinin materiallarına görə, Çikatilo ifadəsində deyib ki, o, əvvəlcə Yelenanı zorlamaq istəyib. Amma ereksiya baş tutmadığından onun bu niyyəti gerçəkləşməyib.

Qurbanının əlindən yaxasını qurtarmağa çalışan qızcığaz üç dəfə qaçmağa cəhd edir. Amma hər cəhddə qarnına üç bıçaq saplanır. Çikatilo qızcığazın ölümündən əmin olmaq üçün Yelenanın boynuna da bıçaq çəkir. Gecə isə içərisinə butulka doldurulmuş kisədə 20 kiloqramlıq qızcığazı yaxınlıqdakı körpünün altında gizlədir. Hadisədən iki həftə sonra tapılan cəsəd müayinə edilir və cinayət işi açılır. Bu, Çikatilonun ilk qurbanı kimi tarixə düşür.

Silsilə cinayətlər...

1981-ci ildə Çikatilo Rostovda 17 yaşlı məktəblini zorlamağa cəhd edir. Onu aldadaraq evlərindən uzaqlaşdırır və sonralar bütün cinayətlərini həyata keçirəcəyi məşhur meşəyə aparır. Zorlama cəhdi bu dəfə də alınmır. Cinsi zəiflik yenə də öz “sözünü deyir”. Larisa Tkaçenko adlı bu qız 17 gün sonra meşədə ölü tapılır. Özü də əlində taxta gəlinciklə... Çikatilonun qurbanları artdıqca cinayətlərində də “yaradıcı inqilablar” etməyə başlamışdı. O, qızları öldürdükdən sonra əllərinə taxtadan və içərisinə yun doldurulmuş parçalardan hazırlanmış gəlincikləri bağlayır və aradan çıxırdı. Daha sonra Çikatilo fahişə və evsiz qadınları evinə dəvət edir, üç gün içərisində Mariya Borisovna, Anastasiya Çerkova və Nataşa adlı fahişəni cinsi akta cəhddən sonra qətlə yetirir. Onların da cəsədləri tapılarkən əllərində gəlincik olduğu məlum olur. Rostov polisi bütün bunların bir nəfər tərəfindən edildiyini yəqinləşdirir və hərəkətə keçir. İş mayor Konevə tapşırılır. Lakin o, canini tapa bilmir və cinayət işi bağlanır. Bir ay sonra Çikatilo 9 yaşlı bir oğlan uşağını zorlayır və başını bədənindən ayıraraq “kabus meşəyə” gətirir.

Həbsi...

6 noyabr 1990-cı ildə Çikatilo Svetlana Korostenko adlı qadını aldadaraq evinə gətirir. Artıq polis caninin izinə düşmüşdü və Çikatilo da bunu başa düşərək, seksi və qətli gecəyə saxlamışdı. Polis evə əməliyyat hazırlayır və Svetlana Çikatilonun əlindən sağ çıxmış yeganə qurban kimi tarixə düşür. Polis leytenantı İssa Kostayev evə baxış zamanı soyuducunu nəzərdən keçirir və dəhşətli mənzərə ilə qarşılaşır. Burada uşaq əlləri, ayaqları və başları onun başını gicəlləndirir. Əməliyyata rəhbərlik edən şəxs gördüyü mənzərədən huşunu itirir. Çikatilo həbs edilir. İlkin istintaqda o, son 12 qurbanının ətindən sonralar evə çağırdığı fahişələrə dadlı yeməklər hazırladığını bildirir.

İki illik məhkəmədən sonra Çikatilo sovet qanunlarına görə ölüm hökmünə məhkum edilir. 1994-cü ilin fevralında Çikatilo başına bir güllə sıxılaraq öldürülür. Onun əmri icra edən əsgərə son sözü diqqət çəkir. Sonrada Sergey Voryonov adlı əsgər xatirələrində yazır:

“Çikatilo mənə dedi ki, öldürməmişdən əvvəl duasını etməyə icazə versin. Mən də bir dəqiqə vaxtın var – dedim. Bir dəqiqə keçdi, 3-ə kimi sayıb öldürməyimi xahiş etdi. Ürəyimdə 3-ə kimi saydım və atəş açdım. Sonradan məlum oldu ki, Andrey Romanoviç katolik kilsəsinə və rahiblərə nifrət edirmiş və heç dua da bilmirmiş. Mənə elə gəlir ki, bu bir dəqiqə üç saniyə isə onun həyatda yaşamaq üçün son cəhdləri idi...”

***

Beləcə, sovet dövrünün ən qatı cinayətkarı Rostovun kimsəsizlər məzarlığına gömülür. Nə oğlu, nə də qızı onun meyitini almaq üçün cəzaçəkmə müəssisəsinə müraciət edir.

Tural Turan

Oxumağa davam et

Gündəm