Xəbərlər - Publika.az
Bizi izləyin

Kriminal

Bakıda qayınata gəlinini necə öldürüb doğradığını ETİRAF ETDİ - VİDEO

Azərbaycanda baş verən və cəmiyyəti silkələyən, ən dəhşətli cinayət hadisələrindən biri də 75 yaşlı qayınatanın - İdris Məhərrəmovun xüsusi amansızlıqla gəlinini öldürməsi idi.

Publika.az xəbər verir ki, hadisə 2021-ci ilin yanvarın 26-da baş verib. Belə ki, o, gəlinini amansızlıqla ödürdükdən sonra onu hissələrə ayırıb.

İstintaq materiallarına əsasən, İdris Məhərrəmov meyitin baş hissəsinə baxıb əsəbiləşdiyi üçün onun hər iki qulağını, burnunu kəsib, üzünün dərisini soyub, sonra hər iki gözlərini bıçaqla çıxarıb. “Meyitin sifətinə baxıb əsəbiləşdim, buna görə qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım...”, - deyə o qeyd edib.

İstintaq materiallarında meyitin necə doğranması detallı şəkildə qeyd olunub. Həmin detalları, eləcə də cinayət hadisəsinin təfərrüatını aşağıdakı videodan izləyə bilərsiniz:

Rəylər
Oxumağa davam et
Reklam

Kriminal

Qaxda 20 yaşlı gənc bıçaqlandı

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Qax sakini, 2002-ci il təvəllüdlü Təbriz İsmayılzadə kəsilmiş, deşilmiş bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et

Kriminal

18 il əvvəl öldürülən nənə və nəvənin qatilləri İNDİ TAPILDI

Bakıda 18 il əvvəl törədilən qətlin üstü açılıb.

Publika.az-a bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən xəbər verilib.

Bildirilib ki, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işinin üstü açılaraq cinayətin Anar Ağalarov və qabaqcadan əlbir olduğu şəxslər tərəfindən törədilməsi müəyyən edilib.

Anar Ağalarov iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak etmiş daha bir şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, aparılmış istintaqla Anar Ağalarovun xalası oğlanları - 1976-cı il təvəllüdlü mərhum Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın 10 min ABŞ dolları məbləğində pulunu ələ keçirmək məqsədi ilə sonuncuya məxsus mənzilə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşyalar tətbiq edərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında mayın 11-də Fərid Məmmədli Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Oxumağa davam et

Kriminal

Bakıda 34 yaşlı kişi bıçaqlandı

Bakıda 34 yaşlı kişi bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Quliyev Elşən Əli oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam

Gündəm