Sarkisyan Arutyunyanı Rusiyaya göndərdi - Publika.az
Bizi izləyin

Dünya

Sarkisyan Arutyunyanı Rusiyaya göndərdi

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Rusiyadakı səfiri təyin olunub.

Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Qeyd edək ki, V.Arutyunyan ötən ilin iyulun 20-də istefa verib.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

İstanbulda atışma: tanınmış azərbaycanlı aktyor AĞIR YARALANDI - FOTO - VİDEO

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb.

 Publika.az "Azxəbər"ə istinadla xəbər verir ki, xəsarət alanlardan biri tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadədir. Onun həyati təhlükəsinin olduğu və vəziyyətinin kritik olduğu öyrənilib.

Münaqişə zamanı bir nəfərin polisin silahını götürərək qarşı tərəfə atəş açması kameraya əks olunub.

Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.

Toqquşmada Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular, Kamran Dadaşzadə və İbrahim Halil Küçükyılmaz yaralanıb. 

Hadisə yerinə çox sayda polis gəlib.

Məlum olub ki, Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olub.

Hadisə yerində onlarla şübhəli insan saxlanılıb.

Qeyd edək ki, yaralanan aktyor Kamran Dadaşzadə "Savaşçı" filmində rol alıb. 

Onun fotosunu təqdim edirik:

Oxumağa davam et

Dünya

Qafqazdan gələnlər moskvalını BELƏ SOYDULAR

Moskva polisi bir şəxsi qaçıraraq ondan altı milyon rubl tələb edən cinayətkarları yaxalayıb.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəsbkarlıq edənlərdən ikisi Şimali Qafqaz Federal Dairəsindən, üçüncüsü isə başqa ölkədən gəlib.

Agentliyin məlumatına görə, soyğunçular kişiyə 2021-ci ilin payızında hücum ediblər. Onlar qurbanın evinə gəlib və borcunu ödəmək üçün altı milyon rubl tələb ediblər. Qaçıran şəxslər əvvəlcə zərərçəkmişi başqa mənzilə aparıb, orada zorakılıq tətbiq edərək pul tələb ediblər, daha sonra qəsb şəhər ətrafında hərəkət edən avtomobildə davam edib. Nəticədə, moskvalı bir dostundan onlara on min dollar köçürməsini istəyib, sonra işgəncə dayandırılıb.

Ppolis əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəliləri paytaxtın və Moskva vilayətinin müxtəlif ünvanlarında yaxalayıblar. Artıq istintaq zamanı onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl Yekaterinburqda borclunu qaçıran və silahla hədələyən üç nəfər həbs edilib. Cinayətkarlar qaçırılan şəxsi öz mənzilində saxlayıb və hədələyiblər. Polis yaşayış sahəsinə basqın edərək girovu azad edib.

Oxumağa davam et

Dünya

Ərdoğan: "Türkiyə cənub sərhədində 30 kilometrlik təhlükəsizlik zonası yaradır"

Türkiyə cənub sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılması üzrə işləri tamamlamaq üçün addımlar atacaq.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində deyib.

"Türkiyə üçün təhlükə yaradan terror təşkilatlarına hər cür dəstək verməklə onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəkməlidirlər. Cənub sərhədlərimiz boyunca 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün işimizin çatışmayan hissələri üzərində işləyirik", - deyə R.T.Ərdoğan bildirib.

Oxumağa davam et
Reklam

Gündəm