Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Alimlərdən XƏBƏRDARLIQ: 70 ildən sonra...

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

Publika.az Rusiyanın “Roskosmos” dövlət korporasiyasının saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci ilin aprelin 5-də Yerə yaxınlaşacaq və çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxın olan asteroidə "UL17" adı verilib.

Asteroidin Yerlə toqquşma ehtimalı 0,02 faiz təşkil edir.

Hüseyn

Rəylər

Dünya

Türkiyədə AĞIR QƏZA: çox sayda yaralı var

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Çorum-Amasya yolunda yolların buz bağlaması nəticəsində sürücüsü idarəetməni itirib və sərnişin avtobusu maneələrə çırpılıb. Qəza nəticəsində 1-i uşaq olmaqla 30 sərnişin yaralanıb.

Qəza saat 03:00 radələrində Çorum-Amasya yolunun Merzifon mahalında meydana gəlib.

Hüseyn

Oxumağa davam et

Dünya

Avropa komissarı Azərbaycana səfər edəcək

Avropa İttifaqı tərəfdaşları ilə bloka qaz tədarükünün artırılması imkanları ilə bağlı danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə üzvü Kadri Simson Aİ enerji nazirlərinin qeyri-rəsmi toplantısının keçirildiyi Fransanın Amiens şəhərində mətbuat konfransı zamanı deyib.

Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycan və ABŞ-da keçiriləcək konfranslarda iştirak edəcəyini bildirib.

Onun sözlərinə görə, nazirlər Ukrayna böhranının səbəb olduğu bazar qeyri-müəyyənliyini və son aylarda Rusiyadan tədarükün əhəmiyyətli dərəcədə azalmasını müzakirə etmək üçün Amiens şəhərində görüşüblər.

"Mesajım ondan ibarətdir ki, Avropanın etibarlı, yaxşı şaxələndirilmiş və dayanıqlı qaz infrastrukturu, habelə fövqəladə hallar zamanı aydın həmrəylik prosedurları var", - deyə o bildirib.

K.Simson əlavə edib: "Lakin biz son dərəcə diqqətli olmalı, risklərə hazırlığımızı artırmalı və üzv dövlətlər arasında həmrəyliyi gücləndirməliyik".

Oxumağa davam et

Dünya

Qara dənizdə rusların olduğu tanker yandı

Qara dənizdə Komor adaları bayrağı altında üzən tankerdə yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin "RİA Novosti"yə məlumat verilib.

"Qara dənizin sularında, Dəmir Buynundan beş kilometr aralıda, yanvarın 23-də saat 00:10-da Böyük Britaniyaya məxsus Komor adaları bayrağı altında "Almuntazah" tankeri yanıb. Üzərində 700 tondan çox mazut və idarə heyəti var", - məlumatda deyilir.

Bildirilib ki, hadisə zamanı heç bir itki olmayıb. Rurruslardan ibarət 7 ekipaj üzvü Moldova bayrağı altında Britaniya yedək gəmisinə təxliyə edilib.

Novorossiysk limanından hadisə yerinə “Xilasedici Demidov” və “Merkuri” iki çoxfunksiyalı xilasetmə gəmisi göndərilib. İlkin vizual yoxlama zamanı yüngül tüstülənmə müşahidə olunub.

Gəmi hazırda lövbərdədir, göyərtə işıqlandırması, naviqasiya işıqları və generator işləyir. Ekipajın sözlərinə görə, mühərrik bölməsi bağlıdır, avtomatik yanğınsöndürmə sistemləri var.

Hüseyn


Oxumağa davam et
Reklam

Gündəm