Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Alimlərdən XƏBƏRDARLIQ: 70 ildən sonra...

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

Publika.az Rusiyanın “Roskosmos” dövlət korporasiyasının saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci ilin aprelin 5-də Yerə yaxınlaşacaq və çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxın olan asteroidə "UL17" adı verilib.

Asteroidin Yerlə toqquşma ehtimalı 0,02 faiz təşkil edir.

Hüseyn

Rəylər

Dünya

Rusiya-ABŞ danışıqları nəticəsiz qaldı

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, NATO və Amerika ilə danışıqlardan sonra konkret nəticə yoxdur. 

Publika.az xəbər verir ki, diplomat bu barədə sosial media hesabında bildirib.

Antonov qeyd edib ki, danışıqların əsas mövzusu Moskvanın təklif etdiyi saziş layihələri əsasında təhlükəsizlik təminatlarının hazırlanması yolu ilə Avropada sülhün və sabitliyin qorunması olub. O, Ukraynadakı vəziyyətin Cenevrədə Rusiya-Amerika danışıqlarının gündəmində olmadığına, Brüsseldə NATO ilə məsləhətləşmələrdə yalnız ikinci dərəcəli mövzu kimi qeyd edildiyinə aydınlıq gətirib.

Antonov həmçinin bildirib ki, NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biridir. O əlavə edib ki, alyansın irəliləyişi ilə əlaqədar Moskva, Sankt-Peterburq və ölkənin Avropa hissəsinin digər şəhərlərinə aviasiya və raket silahlarının uçuş məsafəsi də azalır. “Vaşinqton, Nyu-York və ya Los-Anceles “silahın altında” olsaydı, ABŞ hökuməti necə reaksiya verərdi?” - deyə Antonov vurğulayıb.

Oxumağa davam et

Dünya

Etirazçıların önünə çıxmayan mer işdən qovuldu

Qazaxıstanın Atırau şəhər administrasiyasının rəhbəri Kayrat Urazbayev vəzifəsindən azad edilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Atırauda yanvarın 4-də baş verən mitinq zamanı Urazbayev etirazçıların qarşısına çıxmayıb. 

Bildirilib ki, Kayrat Urazbayev dekabrın 31-dən bayram tətilinə, daha sonra isə xəstəliklə bağlı bülletenə çıxıbmış.

Oxumağa davam et

Dünya

Aktau aeroportu nəzarətə götürüldü

Aktau hava limanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, ölkə rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bu qərarı alıb.

Xüsusi təyinatlı mobil əməliyyatlar şöbəsinin əməkdaşları pasport nəzarətinə, nəzarət-buraxılış məntəqələrinə, eləcə də “Kazaeronaviqasiya” qülləsində nəzarəti gücləndiriblər.

Qeyd edək ki, yanvarın 4-dən 7-dək Aktau hava limanında fövqəladə vəziyyətlə əlaqədar uçuşlar dayandırılmışdı.

Oxumağa davam et
Reklam

Gündəm