Özbəkistanda "omikron" ştamına İLK YOLUXMA - Publika.az
Bizi izləyin

Dünya

Özbəkistanda "omikron" ştamına İLK YOLUXMA

Özbəkistanda koronavirusun "omikron" ştamına ilk yoluxma halı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, "omikron" ştamı yanvarın 7-si xarici ölkədən Özbəkistana gələn vətəndaşda aşkarlanıb.

Bildirilib ki, respublika ərazisində "omikron" ştamının aşkarlanması ilə əlaqədar ehtiyat tədbirləri və məhdudiyyətlər gücləndiriləcək.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Ukrayna üzərində daha bir Rusiya raketi VURULDU

Ukraynanın hava hücumundan müdafiə qüvvələri Kirovohrad vilayətinin Novoukrainska Terqromadanın Hannivka kəndi üzərində Rusiyaya məxsus raketi vurub.

Publika.az "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə Kirovoqrad vilayətinin dövlət administrasiyasının rəhbəri Andrey Raykoviç məlumat verib.

"Bir neçə saat əvvəl bizim hava hücumundan müdafiə qüvvələrimiz Novoukrainska Terqromadanın Hannivka kəndi üzərində düşmən raketini vurdu. O, açıq yerə düşdü. Ölən və yaralanan yoxdur”, - deyə məlumatda bildirilir.

Oxumağa davam et

Dünya

Ərdoğan ELAN ETDİ: "Türkiyə hazırlıqlara başlayır"

"Türkiyə vətəndaşını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərmək üçün hazırlıqlara başlayır".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

“Türkiyə milli kosmik proqram çərçivəsində vətəndaşımızın Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi prosesinə rəsmən başlayır", - o qeyd edib.

Oxumağa davam et

Dünya

Britaniyada vəziyyət gərginləşir: yoluxma sayı 3 dəfə artdı, həkimlərə peyvənd təklif olundu

Böyük Britaniyada təsdiqlənmiş "meymun çiçəyi" xəstəliyinə yoluxma hallarının sayı 56-ya çatıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Ölkə hakimiyyətinin 20 yoluxma hadisəsi barədə məlumat verdiyi cümə günündən bəri bu rəqəm demək olar ki, üç dəfə artıb. Bazar ertəsi UKHSA, xəstəliyin daşıyıcıları ilə təmasda olan insanlara 21 gün (xəstəlik üçün inkubasiya dövrünün maksimum müddəti) özünü təcrid etməyi tövsiyə edib. Xəstələrlə yaxın təmasda olanlara, o cümlədən onları müalicə edən həkimlərə, daşıyıcının "meymun çiçəyi"nin qarşısının alınması üçün də tövsiyə etdiyi "Imvanex" çiçək peyvəndi də təklif olunur. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, çiçək xəstəliyinə qarşı peyvənd meymun infeksiyasına qarşı 85% effektivdir. Əvvəllər peyvənd olunmuş insanlarda xəstəlik daha yüngül keçir.

Böyük Britaniyanın Səhiyyə naziri Sajid Cavid keçən həftə bildirib ki, İngiltərədəki xəstələrin əksəriyyətində xəstəliyin yüngül forması var. Eyni zamanda, krallıq mediasının məlumatına görə, "meymun çiçəyi"nə yoluxmuş uşaq reanimasiyaya yerləşdirilib. Milli tibb xidmətlərinin nümayəndələri bu məlumatı təsdiqləməkdən imtina edərək qeyd ediblər ki, mövcud qaydalara görə, ayrı-ayrı hallara münasibət bildirə bilməzlər.

Oxumağa davam et
Reklam

Gündəm