Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Nyu-Yorkda DƏHŞƏT: çox sayda ölən var

ABŞ-ın Nyu-York şəhərinin Bronks rayonunda 19 mərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az TASS-a istinadla xəbər verir ki, yanğın nəticəsində 9-u uşaq olmaqla azı 19 nəfər həlak olub.

Yanğın yerinə şəhərin yeni meri Erik Adams gəlib. Onun sözlərinə görə, yanğın zamanı çox sayda insan xəsarət alıb və ya tüstüdən zəhərlənib.

Yanğın binanın aşağı mərtəbələrindən birində başlayıb. Mənzilin qapısı açıq olduğuna görə, yanğın və tüstü tez bir zamanda binaya yayılıb.

Hadisə yerin cəlb edilən təxminən 200 yanğınsöndürənin səyləri nəticəsində yanğın söndürülüb.

Rəylər

Dünya

Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərdi

Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Global News” kanalı məlumat yayıb.

Dəstə xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir. Rəsmi olaraq, bu məlumat telekanala nə Müdafiə Nazirliyi, nə də Kanada hökuməti tərəfindən təsdiqlənməyib.

2015-ci ildən Kanada Silahlı Qüvvələri “Unifier” əməliyyatı çərçivəsində Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna Ordusunun əsgər və zabitlərinə təlim keçir.

Missiyaya təxminən 200 kanadalı hərbçi daxildir. 2019-cu ilin martında Kanada hökuməti Ukraynadakı missiyanın müddətini 2022-ci ilin yazına qədər uzatmaq qərarına gəlib.

Oxumağa davam et

Dünya

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 330 milyon nəfəri keçib.

Publika.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 1 milyon 989 min 767 nəfər yeni koronavirusa yoluxub, 5004 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 331 milyon 282 min 558, ölənlər isə 5 milyon 563 min 252 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (389 min 553 nəfər) ABŞ-da və bu xəstəlikdən ölüm faktı (670 nəfər) isə Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (67,6 milyon), Hindistan (37,6 milyon), Braziliya (23 milyon), Böyük Britaniya (15,3 milyon), Fransa (14,2 milyon), Rusiya (10,8 milyon) və Türkiyədə (10,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxumağa davam et

Dünya

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin mərkəzi hissəsində zəlzələ baş verib.

Publika.azxəbər verir ki, bu barədə bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 592 min nəfər əhalisi olan Kayseri şəhərindən 52 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam

Gündəm