İlham Əliyevlə Zelenskinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNDİ - Publika.az
Bizi izləyin

Dünya

İlham Əliyevlə Zelenskinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNDİ

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edərək deyib:

-Təşəkkür edirəm!

Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə gözəl, çox məzmunlu söhbətimiz oldu. Mən onu, onun komandasını, xüsusən indiki vaxtda, COVID-ə baxmayaraq Ukraynada görməyimə çox şadam. COVID həqiqətən ölkələrimiz üçün böyük təhdiddir. Lakin biz başa düşürük ki, COVID-lə mübarizə aparmalıyıq, görüşməliyik ki, gələcəkdə ölkələrimiz arasında gözəl münasibətləri inkişaf etdirək.

Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək.

Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik.

Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Təşəkkür edirəm cənab Prezident, məni Ukraynaya dəvət etdiyiniz üçün Sizə minnətdaram. Şadam ki, yenidən gözəl ölkənizə səfər edirəm. Qeyd etdiyiniz kimi, bu gün keçirdiyimiz təkbətək görüş çox məhsuldar olub. Ukrayna və Azərbaycan uzun illər ərzində bir-biri ilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda da bir-birimizin maraqlarını müdafiə edirik. İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Bu gün siyasi dialoqla bərabər, çox geniş iqtisadi gündəliyimiz var. Bu gün biz Sizinlə bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz kimi, çox gözəl perspektivlər var.

Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun. Mən komissiyanın fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir.

Ukrayna ilə Azərbaycan arasında uzun illər qarşılıqlı surətdə faydalı əlaqələr davam edir. Əminəm ki, bu səfərdən sonra biz əməkdaşlığımızın daha da dərinləşməsini, bütün sahələrdə dərinləşməsini görəcəyik. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

Görüşdə iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, enerji, qida təhlükəsizliyi sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.


*****

15:31

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilir.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Pandemiya dövründə milyarderlərin sayı 573 nəfər artdı

COVID-19 pandemiyasının başlanğıcından bəri dünyada 573 yeni milyarder meydana gəlib, onların sərvəti isə bu müddət ərzində ümumilikdə 3,78 trilyon dollar artaraq 12,7 trilyon dollar, yaxud ümumdünya ÜDM-nin 13,9 faizini təşkil edir.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu rəqəmlər Oxfam xeyriyyə təşkilatının məruzəsində yer alıb.

Məruzəyə əsasən, hər 30 saatda dünyada yeni milyarder meydana gəlir və hazırda onların ümumi sayı 2668 nəfərə çatır. Eyni zamanda, hər 33 saat ərzində bir milyon insan ən kasıblar kateqoriyasına keçir, yəni gündə 1,9 dollardan az vəsaitlə dolanır. Dünyadakı ən zəngin 10 insanın sərvəti planetin ən kasıb əhalisinin 40 faizinin varidatına bərabərdir.

Məruzə müəllifləri hesablayıblar ki, ərzaq və energetika sektorunda fəaliyyət göstərən milyarderlərin aktivləri hər iki sutkada bir milyard dollar artır, son iki ildə isə bu göstərici 453 milyard dollara yüksəlib. Ən böyük beş energetika kompaniyası (BP, Shell, TotalEnergies, Exxon və Chevron) saniyədə 2,6 min dollar xalis gəlir əldə edir.

Oxumağa davam et

Dünya

Lukaşenkodan HƏYƏCAN TƏBİLİ: belə addımlar Ukraynanı parçalaya bilər

Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin atdığı addımların Ukraynanın parçalanmasına səbəb olacağından narahatlığını bildirib.

Publika.az xəbər verir ki, "Sky News" məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putinlə görüşdə Lukaşenko iddia edib ki, Kiyev Ukraynanın qərbinin işğalının qarşısını almaq üçün kömək istəməli ola bilər.

Belarus prezidenti, həmçinin davam edən müharibə zamanı Polşanı Ukraynanın qərbini işğal etmək cəhdində ittiham edib, lakin iddialarını əsaslandırmayıb.

Qeyd olunub ki, Lukaşenko ölkənin cinayət məcəlləsində terror aktlarına cəhdə görə ölüm cəzası nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Belarus parlamenti fəalların Rusiyanın Ukraynaya qoşun yeritməsini çətinləşdirmək üçün dəmir yolu şəbəkəsində təxribat etməyə cəhd etdikdən sonra ölüm cəzasının tətbiqinin genişləndirilməsini dəstəkləyib.

Oxumağa davam et

Dünya

Rusiya Krımda "S-400" zenit-raket batalyonlarını yerləşdirir - BAŞ QƏRARGAH

Rusiya qoşunları Krımın şimalında əlavə "S-400" zenit-raket batalyonları yerləşdirir.

Publika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Mövcud məlumatlara görə, hava hücumundan müdafiə sistemini qurmaq üçün müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının şimal-qərb hissəsində düşmən əlavə iki "S-400" zenit-raket batalyonunu yerləşdirir”, - məlumatda deyilir.

Eyni zamanda, Qara dəniz və Azov əməliyyat zonalarında düşmənin hərbi dəniz qrupları döyüş əməliyyatları rayonlarının təcrid edilməsi və Ukrayna ərazisindəki infrastruktur obyektlərinə raket zərbələri endirilməsi tapşırıqlarını yerinə yetirməkdə davam edir.

Qeyd olunub ki, Severodonetsk istiqamətində rus hərbmiləri itki verərək geri çəkildilər. Baxmut istiqamətində də uğur qazana bilməyiblər.

Oxumağa davam et
Reklam

Gündəm