Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Rəsmi Moskva Türkiyə-Ermənistan danışıqları ilə bağlı bəyanat yaydı

“Türkiyə və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi şəkildə dialoq aparmağa razılaşıblar”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İki ölkə xalqlarının rifahı, regionun sabitliyi və iqtisadi çiçəklənməsi naminə təmas nöqtələrin arayışının davam etdirilməsi razılaşdırılıb”, - nazirlik bildirib.

Qeyd olunub ki, görüş Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutub.

Rəylər

Dünya

Sarkisyan BƏƏ-də hansı səviyyədə görüşlər keçirir?

Ermənistan prezidenti Armen Sarkisyanın 14 yanvarda Birləşmiş Ərəb Əmirliklərinə “işgüzar səfəri” ilə bağlı maraqlı məlumatlar yayılır.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, iki gündür BƏƏ-də olan Armen Sarkisyan yalnız bu gün Birləşmiş Ərəb Əmirliklərinin XİN rəhbəri ilə görüşməyə nail ola bilib. Bildirilir ki, nazir Abdulla bin Zaid ən-Nəhyanla Sarkisyan “regional təhlükəsizlik və stabilliyi” müzakirə ediblər. Sarkisyan Ermənistanın qarşısında duran problemlərdən və keçmiş Qarabağ münaqişəsindən də danışıb.

Abdulla bin Zaid ən-Nəhyanın isə yalnız Ermənistanla enerji, informasiya texnologiyaları, qida təhlükəsizliyi və turizm sahəsində əməkdaşlıqla bağlı mövzulara maraq göstərdiyi qeyd edilib.

Yeri gəlmişkən, yanvarın 14-də BƏƏ-yə gələn Sarkisyanın özü də olmasa, xanımı dünən nəsə edə bilib. Nune Sarkisyan sərgiləri gəzib.

Qeyd edək ki, Sarkisyan ötən ilin sonlarına doğru ərəb ölkələrinə ziyarətə başlamışdı. Dekabr ayında Səudiyyə Ərəbistanı və Qətəri ziyarət etmişdi.

Oktyabrda isə BƏƏ-yə getmişdi. Onun 3 aydan sonra yenidən BƏƏ-yə niyə getməsinin əsl səbəbi çox maraqlıdır.

Oxumağa davam et

Dünya

Rusiya-ABŞ danışıqları nəticəsiz qaldı

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, NATO və Amerika ilə danışıqlardan sonra konkret nəticə yoxdur. 

Publika.az xəbər verir ki, diplomat bu barədə sosial media hesabında bildirib.

Antonov qeyd edib ki, danışıqların əsas mövzusu Moskvanın təklif etdiyi saziş layihələri əsasında təhlükəsizlik təminatlarının hazırlanması yolu ilə Avropada sülhün və sabitliyin qorunması olub. O, Ukraynadakı vəziyyətin Cenevrədə Rusiya-Amerika danışıqlarının gündəmində olmadığına, Brüsseldə NATO ilə məsləhətləşmələrdə yalnız ikinci dərəcəli mövzu kimi qeyd edildiyinə aydınlıq gətirib.

Antonov həmçinin bildirib ki, NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biridir. O əlavə edib ki, alyansın irəliləyişi ilə əlaqədar Moskva, Sankt-Peterburq və ölkənin Avropa hissəsinin digər şəhərlərinə aviasiya və raket silahlarının uçuş məsafəsi də azalır. “Vaşinqton, Nyu-York və ya Los-Anceles “silahın altında” olsaydı, ABŞ hökuməti necə reaksiya verərdi?” - deyə Antonov vurğulayıb.

Oxumağa davam et

Dünya

Etirazçıların önünə çıxmayan mer işdən qovuldu

Qazaxıstanın Atırau şəhər administrasiyasının rəhbəri Kayrat Urazbayev vəzifəsindən azad edilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Atırauda yanvarın 4-də baş verən mitinq zamanı Urazbayev etirazçıların qarşısına çıxmayıb. 

Bildirilib ki, Kayrat Urazbayev dekabrın 31-dən bayram tətilinə, daha sonra isə xəstəliklə bağlı bülletenə çıxıbmış.

Oxumağa davam et
Reklam

Gündəm