Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Ərdoğan Britaniyanın baş naziri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin mətbuat katibliyi yayıb.

Qeyd olunub ki, tərəflər Türkiyə və Britaniya arasında müdafiə, sənaye və ticarət sahələrində əməkdaşlığı, eyni zamanda, beynəlxalq aləmdəki son vəziyyəti, o cümlədən Suriya və Ukraynanı müzakirə ediblər.

Rəylər

Dünya

Bayraktardan MİT aliminin Qarabağla bağlı açıqlamasına SƏRT CAVAB

"Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq".

Publika.az xəbər verir ki, bu fikirləri özünün rəsmi tviter hesabında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşının Azərbaycanın Vətən müharibəsi dövründə "Səlcuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq" sözlərinə cavab olaraq bildirib.

Səlcuk Bayraktar tvitində utanılacaq şeylərin törədilən soyqırımı və qətliamlar olduğunu ifadə edib.

Qeyd edək ki, S.Bayraktar MİT-də doktorantura təhsili alıb. O, buradakı təhsili müddətində pilotsuz helikopter sistemlərinə aqressiv manevrlər etmək imkanı verəcək avtomatik uçuş idarəetmə alqoritmləri sahəsində tədqiqatlar aparıb.

Hüseyn

Oxumağa davam et

Dünya

Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərdi

Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Global News” kanalı məlumat yayıb.

Dəstə xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir. Rəsmi olaraq, bu məlumat telekanala nə Müdafiə Nazirliyi, nə də Kanada hökuməti tərəfindən təsdiqlənməyib.

2015-ci ildən Kanada Silahlı Qüvvələri “Unifier” əməliyyatı çərçivəsində Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna Ordusunun əsgər və zabitlərinə təlim keçir.

Missiyaya təxminən 200 kanadalı hərbçi daxildir. 2019-cu ilin martında Kanada hökuməti Ukraynadakı missiyanın müddətini 2022-ci ilin yazına qədər uzatmaq qərarına gəlib.

Oxumağa davam et

Dünya

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 330 milyon nəfəri keçib.

Publika.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 1 milyon 989 min 767 nəfər yeni koronavirusa yoluxub, 5004 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 331 milyon 282 min 558, ölənlər isə 5 milyon 563 min 252 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (389 min 553 nəfər) ABŞ-da və bu xəstəlikdən ölüm faktı (670 nəfər) isə Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (67,6 milyon), Hindistan (37,6 milyon), Braziliya (23 milyon), Böyük Britaniya (15,3 milyon), Fransa (14,2 milyon), Rusiya (10,8 milyon) və Türkiyədə (10,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxumağa davam et
Reklam

Gündəm