Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Tokayev aksiyalarda tutulan şəxslərlə bağlı göstəriş verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayını açıqlayıb.

Publika.az xəbər verir ki, Qazaxıstan Prezidenti bu barədə tvitter səhifəsində məlumat verib.

O bildirib ki, aksiyalarda və ondan sonra elan olunan fövqəladə vəziyyət zamanı müxtəlif qanun pozuntularına görə 2 minə yaxın insan saxlanılıb.

“Ağır cinayət törətmiş şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaqlar. Digər şəxslərin təqsirinin dərəcəsini müəyyənləşdirmək barədə Baş Prokurorluğa göstəriş verilib. Ağırlaşdırıcı hallar olmadıqda, cəzanı yüngülləşdirmək üçün tədbirlər görüləcək”, - Qazaxıstan Prezidenti Tokayev bildirib.

Rəylər

Dünya

Türkiyədə 5,0 bal gücündə zəlzələ oldu

Türkiyənin mərkəzi hissəsində zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 592 min nəfər əhalisi olan Kayseri şəhərindən 52 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Oxumağa davam et

Dünya

Rusiya neftin ixrac rüsumunu yenidən artırır

Cari il fevralın 1-dən Rusiyada neftin ixrac rüsumu 1 dollar artaraq bir ton üçün 47,7 dollar təşkil edəcək.

Publika.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildirilib ki, ötən il dekabrın 15-dən bu il yanvarın 14-dək Rusiyanın ixrac etdiyi “Urals” markalı neftinin bir barel üçün orta qiyməti 77,1 dollar və ya bir ton üçün 563,3 dollar olub.

Qeyd edək ki, hazırda neftin ixrac rüsumu bir ton üçün 46,7 dollar təşkil edir.

Oxumağa davam et

Dünya

Qazaxıstan Türkiyəyə təşəkkür etdi

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay Qazaxıstanın baş naziri Alixan Smailov ilə telefonla danışıb.

Publika.az TRT-yə istinadla xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.

Ölkədə baş verənlərin təəssüf doğurduğunu deyən Oktay hər zaman qardaş xalqa dəstək verməyə hazır olduqlarını bildirib. Türkiyə prezidentinin köməkçisi dost Qazaxıstanın dövlət ənənəsi və qazax xalqının sağlam düşüncəsi ilə bu problemin öhdəsindən gələcəyinə və prosesdən daha güclü çıxacağına şübhə etmədiklərini vurğulayıb.

Smailov isə çətin dövrdə göstərilən dəstəyə görə Türkiyəyə minnətdarlıq edib. O, qardaş ölkə ilə münasibətləri yüksək qiymətləndirərək Türkiyənin Qazaxıstanın strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam

Gündəm