Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

ABŞ və Gürcüstan Qafqazdakı vəziyyəti müzakirə etdi

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, söhbət zamanı tərəflər regional təhlükəsizlik, ABŞ ilə Rusiya arasında ikitərəfli dialoq, eləcə də Rusiya-NATO və ATƏT Şurası çərçivəsində keçirilmiş görüş və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Rəylər

Dünya

Aktau aeroportu nəzarətə götürüldü

Aktau hava limanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, ölkə rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bu qərarı alıb.

Xüsusi təyinatlı mobil əməliyyatlar şöbəsinin əməkdaşları pasport nəzarətinə, nəzarət-buraxılış məntəqələrinə, eləcə də “Kazaeronaviqasiya” qülləsində nəzarəti gücləndiriblər.

Qeyd edək ki, yanvarın 4-dən 7-dək Aktau hava limanında fövqəladə vəziyyətlə əlaqədar uçuşlar dayandırılmışdı.

Oxumağa davam et

Dünya

Türkiyə hərbi bazası raket atəşinə tutuldu

İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası son 2 gündə ikinci raket hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Şəfəq” xəbər agentliyi İraqdakı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

“Mosulun şimal-şərqindəki Türkiyə bazası ərazisinə 3 raket düşüb. Türkiyə artilleriyası cavab atəşi ilə cavab verib” - xəbərdə bildirilib.

Mənbənin məlumatına görə, bombardman nəticəsində bazada olan türk hərbçiləri xəsarət almayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Türkiyənin Zlikan bazasının ətrafı da raket atəşinə tutulub.

Oxumağa davam et

Dünya

Peskov AÇIQLADI: “Vəziyyət gərgindir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə sərhəddə vəziyyətin gərgin olduğunu bildirib.

Publika.az-ın xəbərinə görə, D.Peskov qeyd edib ki, Ağ Ev Rusiyaya qarşı ittihamlarını heç bir sübutla dəstəkləməyib, Moskva Vaşinqtondan təhlükəsizlik zəmanətləri ilə bağlı konkret cavab gözləyir.

Kremlin sözçüsü xatırladıb ki, Ukrayna ilə sərhəddə gərginlik kifayət qədər yüksək olaraq qalır, ona görə də Rusiya təhlükəsizliklə bağlı “konkret təkliflərinə” konkret də cavab almaq istəyir.

“Sərhəddə  - Avropanın bir hissəsində həddindən artıq gərginlik var” - Peskov əlavə edib.

Prezidentin sözçüsü vurğulayıb ki, mövcud vəziyyət qitə üçün son dərəcə təhlükəlidir. Peskovun sözlərinə görə, bu gün insan “saxta ittihamlar, saxta xəbərlər, yalanlar dünyasında” yaşamaq məcburiyyətindədir. O xatırladıb ki, Rusiya hələ də ABŞ-ın Ukraynanın işğalı ilə bağlı ittihamlarının sübutunu gözləyir.

Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyi zaman çərçivəsini artıq müəyyən edib. Oxşar bəyanatla Pentaqonun spikeri Con Kirbi də çıxış edib. Rusiya Federasiyasının Səfirliyi bu bəyanatları əsassız və informasiya təzyiqi adlandırıb.

Oxumağa davam et
Reklam

Gündəm