Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Türkiyənin İstanbul şəhərində qitələri birləşdirən Boğaz körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Publika.az Report-a istinadən xəbər verir ki, Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümü münasibətilə işıqlandırılan tarixi Fateh Sultan Mehmet körpüsü əhalinin və İstanbulda yaşayan azərbaycanlıların marağını cəlb edib.

Qeyd edək ki, dünən Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub.

Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.

  • İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Publika.az
Rəylər

Dünya

Etirazçıların önünə çıxmayan mer işdən qovuldu

Qazaxıstanın Atırau şəhər administrasiyasının rəhbəri Kayrat Urazbayev vəzifəsindən azad edilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Atırauda yanvarın 4-də baş verən mitinq zamanı Urazbayev etirazçıların qarşısına çıxmayıb. 

Bildirilib ki, Kayrat Urazbayev dekabrın 31-dən bayram tətilinə, daha sonra isə xəstəliklə bağlı bülletenə çıxıbmış.

Oxumağa davam et

Dünya

Aktau aeroportu nəzarətə götürüldü

Aktau hava limanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, ölkə rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bu qərarı alıb.

Xüsusi təyinatlı mobil əməliyyatlar şöbəsinin əməkdaşları pasport nəzarətinə, nəzarət-buraxılış məntəqələrinə, eləcə də “Kazaeronaviqasiya” qülləsində nəzarəti gücləndiriblər.

Qeyd edək ki, yanvarın 4-dən 7-dək Aktau hava limanında fövqəladə vəziyyətlə əlaqədar uçuşlar dayandırılmışdı.

Oxumağa davam et

Dünya

Türkiyə hərbi bazası raket atəşinə tutuldu

İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası son 2 gündə ikinci raket hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Şəfəq” xəbər agentliyi İraqdakı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

“Mosulun şimal-şərqindəki Türkiyə bazası ərazisinə 3 raket düşüb. Türkiyə artilleriyası cavab atəşi ilə cavab verib” - xəbərdə bildirilib.

Mənbənin məlumatına görə, bombardman nəticəsində bazada olan türk hərbçiləri xəsarət almayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Türkiyənin Zlikan bazasının ətrafı da raket atəşinə tutulub.

Oxumağa davam et
Reklam

Gündəm