Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Bill Qeytslə bağlı araşdırma başladı

Amerikalı milyarder iş adamı Bill Qeyts cinsi qısnama iddialarına görə problem yaşayır. "Microsoft" şirkətin qurucusu Qeytsin keçmişdə şirkət işçilərinə cinsi təcavüz etdiyinə dair iddiaları araşdırmaq üçün hüquq firması ilə müqavilə bağlayıb.  

Publika.az "TRT HABER"-ə istinadən xəbər verir ki, "Microsoft" şirkətin qurucusu Bill Qeytsə qarşı ittihamları araşdırmaq üçün hüquq firması ilə anlaşıb.Bu, şirkətin bəzi səhmdarlarının şirkətdəki cinsi qısnama iddiaları ilə bağlı məlumat istəməsindən sonra baş verib. 

Bill Qeyts də daxil olmaqla, şirkətin yüksək vəzifəli rəhbərlərinə qarşı cinsi təcavüz iddiaları qaldırılıb. Bildirilir ki, bu iddialar 2000-ci ilə aiddir. İstintaqın nəticələri bir neçə aydan sonra bəlli olacaq. 

Vurğulanıb ki, Bill Qeyts 2020-ci ildə keçmiş şirkət işçisi ilə münasibətlərinə dair araşdırmalardan sonra 2021-ci ildə həyat yoldaşından boşanıb. Amerikanın "New York Times" qəzeti Bill Qeytsin bəzi işçilərinə cinsi təcavüz etdiyini və onun pedofil Cefri Epşteynin yaxın dostu olduğunu iddia edib. 

Bütün iddiaların şirkətin səhmdarlarının baş verənlərlə bağlı məlumat almaq hüququ çərçivəsində araşdırılacağı və nəticəsinin bir neçə aydan sonra bəlli olacağı bildirilib. 

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Paşinyan yenidən koronavirusa yoluxdu

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir xəstəliyi simptomsuz keçirir. O, özünü təcrid edib və fəaliyyətini distant formada davam etdirəcək.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci dəfədir koronavirusa yoluxub. Onda birinci yoluxma halı 2020-ci ilin iyun ayında qeydə alınıb.

Oxumağa davam et

Dünya

Ermənistan-Rusiya yolu bağlandı

Ermənistanı Rusiyaya birləşdirən yeganə magistral - Yuxarı Lars yolu güclü qar və yolların buz bağlaması səbəbindən bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, yolların bağlanmasına görə, Ermənistandan yola çıxan iri tonnajlı 50 yük maşını Rusiya sərhədində qalıb. 

Lars yolunun  nə zaman açılacağı məlum deyil. 

Tural Turan

Oxumağa davam et

Dünya

Rusiya Ukraynanı işğal edərsə... - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Ukraynanı işğal edərsə, Britaniya ordusunun yeni NATO qoşunlarının yerləşdirilməsinə töhfə vermək istəyəcəyini deyib. 

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.

Conson Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Ukraynada güclü müqavimət olacaq və bir çox “rus analarının oğulları” evlərinə qayıtmayacaq.

Boris Conson Rusiyanı mümkün sanksiyalarla hədələyib.

Qeyd edək ki, rəsmi Moskva Krım və Ukrayna sərhədində yeni hərbi təlimlərə başladığını açıqlayıb.

Rusiya ölkənin cənubunda yanvarın 29-na qədər davam edəcək hərbi təlimə 6 minə yaxın əsgərin qatıldığını bildirib. Təlimdə quru qoşunları ilə yanaşı, dəniz və hava qüvvələri də iştirak edir. 

Oxumağa davam et
Reklam

Gündəm