Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

ABŞ və NATO birləşərək Rusiya ilə... - Blinken

“Bu həftə NATO-Rusiya Şurasından sonra NATO-nun Baş katibi Yens Stoltenberqlə danışmaqdan məmnun oldum. ABŞ və NATO birləşərək Rusiya ilə gələcək qarşılıqlı dialoqa hazırdır”.

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Qeyd edək ki, son bir həftə ərzində Rusiya tərəfi ilə ABŞ və NATO Şurasının, eyni zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında məsləhətləşmələr aparılıb. Müzakirələrdə əsas diqqət Ukrayna ilə məsələlər fonunda Rusiya tərəfinin ötən ilin sonunda ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik təklifləri olub. Ötən ilin sonunda Rusiya ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən, Ukrayna blokuna qoşulmaqdan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın hazırda NATO-nun əsas rəqibi olduğunu, öz maraqlarını qətiyyətlə müdafiə etməyə çalışdığını bildirib. Rusiyalı diplomat həmçinin bildirib ki, ABŞ və müttəfiqləri Rusiyanın təhlükəsizlik təkliflərindəki əsas məqamlarda Rusiyaya “yox” deyirlər.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Paşinyan yenidən koronavirusa yoluxdu

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir xəstəliyi simptomsuz keçirir. O, özünü təcrid edib və fəaliyyətini distant formada davam etdirəcək.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci dəfədir koronavirusa yoluxub. Onda birinci yoluxma halı 2020-ci ilin iyun ayında qeydə alınıb.

Oxumağa davam et

Dünya

Ermənistan-Rusiya yolu bağlandı

Ermənistanı Rusiyaya birləşdirən yeganə magistral - Yuxarı Lars yolu güclü qar və yolların buz bağlaması səbəbindən bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, yolların bağlanmasına görə, Ermənistandan yola çıxan iri tonnajlı 50 yük maşını Rusiya sərhədində qalıb. 

Lars yolunun  nə zaman açılacağı məlum deyil. 

Tural Turan

Oxumağa davam et

Dünya

Rusiya Ukraynanı işğal edərsə... - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Ukraynanı işğal edərsə, Britaniya ordusunun yeni NATO qoşunlarının yerləşdirilməsinə töhfə vermək istəyəcəyini deyib. 

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.

Conson Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Ukraynada güclü müqavimət olacaq və bir çox “rus analarının oğulları” evlərinə qayıtmayacaq.

Boris Conson Rusiyanı mümkün sanksiyalarla hədələyib.

Qeyd edək ki, rəsmi Moskva Krım və Ukrayna sərhədində yeni hərbi təlimlərə başladığını açıqlayıb.

Rusiya ölkənin cənubunda yanvarın 29-na qədər davam edəcək hərbi təlimə 6 minə yaxın əsgərin qatıldığını bildirib. Təlimdə quru qoşunları ilə yanaşı, dəniz və hava qüvvələri də iştirak edir. 

Oxumağa davam et
Reklam

Gündəm