Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Sülhməramlıların olduğu ilk təyyarə Rusiyaya eniş etdi

Qazaxıstandakı iğtişaşların aradan qaldırılmasına yardım edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarından ibarət olan ilk altı təyyarə İvanovodakı Severnı aerodromuna eniş edib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təntənəli mitinqin sonunda hərbçilər daimi dislokasiya məntəqəsinə yola düşmək üçün texnikanı boşaltmağa başlayacaqlar.

Daha əvvəl qeyd edilib ki, Qazaxıstanda sülhməramlı missiyada iştirak edən Hərbi Hava Desant Qüvvələrinin (HHQ) bölmələrinin şəxsi heyəti və texnikası 15 İl-76 və üç An-124 təyyarəsi İvanovo və Moskva vilayətlərindəki aerodromlara çatdırılacaq.

Rəylər

Dünya

Xameneinin bacısı qızı həbs edildi

İranda Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani həbs edilib.

Publika.azAxar.az-a istinadla xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri onun tutulma səbəbini Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndirib.

Aktivist Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb. O, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb. İranın təhlükəsizlik orqanları fəalın evində axtarış əməliyyatı keçirib və Muradxaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, Evin zindanının “209-cu kolon” adlanan - ETTELAAT-ın təcridxanasına köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Fəridə Muradxani İranın ali dini lideri Əli Xameneinin bacısı qızıdır.

Oxumağa davam et

Dünya

Bu, Ukraynaya böyük hücumun başlanğıcıdır!

Ukraynanın hökumət saytlarına qarşı kiberhücum ölkəyə qarşı genişmiqyaslı hücuma hazırlığın elementlərindən biri ola bilər.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İsveçin keçmiş xarici işlər naziri Karl Bildt paylaşıb.

Kiberhücum barədə danışan siyasətçi bildirib ki, bu, ciddi hadisədir:

“Göründüyü kimi, Ukraynaya qarşı edilən kiberhücum bütün sistemləri az və ya çox dərəcədə məhv edəcək zərərli proqram təminatının quraşdırılması məqsədi daşıyıb.

Avropa ötən əsrin 60-cı illərindən daha təhlükəli vəziyyətlə üzləşib. Ukraynaya son kiberhücum bu ölkəyə genişmiqyaslı hücum planı mənzərəsini tamamlayır”.

Oxumağa davam et

Dünya

Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

“Brave Night” quru yük gəmisinin sınması səbəbindən Bosfor boğazında gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Publika.azxəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, gəmi Sultan Səlim Yavuz körpüsünün şimal hissəsi yaxınlığında sıradan çıxıb.

Gəmi Türkiyənin Tekirdağ şəhərindən Rumıniyaya gedirdi.

“KURTARMA-8” yedək gəmisi və “KEGM-6” qayığı hadisə yerinə göndərilib.

Oxumağa davam et
Reklam

Gündəm