Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Rusiya bir neçə günə Ukraynaya hücum edəcək - Britaniya kəşfiyyatından ŞOK İDDİA

“Ukraynada müharibə qaçılmazdır. Bir neçə gün sonra Rusiya işğalını gözləyirik”. 

Publika.az xəbər verir ki, bu iddia ilə İngiltərə İcmalar Palatasının müdafiə komitəsinin sədri Tobias Ellvud çıxış edib. 

Komitə sədri qeyd edib ki, Britaniya kəşfiyyat mənbələri rusların Ukraynaya daxil olmasına haqq qazandırmaq üçün Vladimir Putinin öz qüvvələrinə qarşı gizli hücum əmri verə biləcəyini iddia edib.

“Qorxuram ki, Rusiya qüvvələrinin işğalı qaçılmazdır və çox yaxındır. Biz də buna imkan veririk. Putinin işğal barədə iki dəfə düşünməsi üçün Ukraynaya kifayət qədər hərbi texnika və şəxsi heyət yerləşdirmək imkanımız var idi, lakin bunu edə bilmədik. Gələn həftə nə edəcəyini yalnız Vladimir Putin bilir, növbəti həftə çox vacib görünür” -  T.Ellvud qeyd edib. 

O iddia edib ki, Putin özünü küncə sıxışdırıb və NATO onun təhdidlərinə boyun əyməkdən imtina etdikdən sonra onun yalnız bir seçimi qalır. 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin ötən gün yayımladığı görüntülərdə Moskvanın uzun məsafəli dislokasiya təlimi üçün qatarlara yüklənmiş zirehli və digər hərbi texnikaları əks olunub. Amerikalı hərbi analitik Rob Li bunu “Bu, yəqin ki, Ukraynaya doğru hərəkət edən bölmələri ört-basdır edir” – deyə şərh edib. 

Bundan əlavə, son günlər sərhəddə olan qoşunlarla birlikdə bölgəyə daha çox Rusiya təyyarəsinin gəldiyi, hərbi hospitalın qurulduğu bildirilib. Bu vəziyyətin quruda hücumun göstəricisi olduğu iddia edilir. Bununla yanaşı, ABŞ Rusiyanın Ukraynanı qarışdırmaq üçün təxribat edəcəyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu bildirib.


Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Paşinyan yenidən koronavirusa yoluxdu

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir xəstəliyi simptomsuz keçirir. O, özünü təcrid edib və fəaliyyətini distant formada davam etdirəcək.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci dəfədir koronavirusa yoluxub. Onda birinci yoluxma halı 2020-ci ilin iyun ayında qeydə alınıb.

Oxumağa davam et

Dünya

Ermənistan-Rusiya yolu bağlandı

Ermənistanı Rusiyaya birləşdirən yeganə magistral - Yuxarı Lars yolu güclü qar və yolların buz bağlaması səbəbindən bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, yolların bağlanmasına görə, Ermənistandan yola çıxan iri tonnajlı 50 yük maşını Rusiya sərhədində qalıb. 

Lars yolunun  nə zaman açılacağı məlum deyil. 

Tural Turan

Oxumağa davam et

Dünya

Rusiya Ukraynanı işğal edərsə... - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Ukraynanı işğal edərsə, Britaniya ordusunun yeni NATO qoşunlarının yerləşdirilməsinə töhfə vermək istəyəcəyini deyib. 

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.

Conson Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Ukraynada güclü müqavimət olacaq və bir çox “rus analarının oğulları” evlərinə qayıtmayacaq.

Boris Conson Rusiyanı mümkün sanksiyalarla hədələyib.

Qeyd edək ki, rəsmi Moskva Krım və Ukrayna sərhədində yeni hərbi təlimlərə başladığını açıqlayıb.

Rusiya ölkənin cənubunda yanvarın 29-na qədər davam edəcək hərbi təlimə 6 minə yaxın əsgərin qatıldığını bildirib. Təlimdə quru qoşunları ilə yanaşı, dəniz və hava qüvvələri də iştirak edir. 

Oxumağa davam et
Reklam

Gündəm