Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Akardan SƏRT AÇIQLAMA: Hər hücumun cavabı ikiqat veriləcək

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Akçakaledəki terror aktından sonra başladılan əməliyyatla bağlı son rəqəmləri açıqlayıb. O qeyd edib ki, əməıiyyat zamanı 44 terrorçu zərərsizləşdirilib. 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akar terror hücumları ilə bağlı sərt danışıb: "Hər hücumun cavabı ikiqat veriləcək. Terrorçular atdıqları hər addıma görə hesab verməli olacaq. Buna heç kimin şübhəsi olmasın. Şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmadı".

Rəylər

Dünya

ABŞ müharibə anonsu verdi: Ukraynadakı amerikalılar TƏCİLİ OLARAQ...

Müharibə astanasında olan Rusiya ilə Ukrayna arasında gərginliyin artdığı bir vaxtda ABŞ-ın Kiyevdəki səfirliyində çalışan personalın ailələrinin ölkənin boşaldılması əmri verdiyi iddia edilir.

Publika.az xəbər verir ki, Amerikanın "Fox" telekanalının amerikalı səlahiyyətlilərə əsaslanaraq yaydığı məlumata görə, Dövlət Departamenti Kiyev səfirliyində çalışan diplomatıarın ailələrinin bazar ertəsi günündən başlayaraq Ukraynadan təxliyəsi barədə göstəriş verib.

Məlumatda qeyd olunub ki, səlahiyyətlilər Ukraynadakı ABŞ vətəndaşlarına da ölkəni tərk etməyi tövsiyə edəcəklərini bildiriblər. 

ABŞ Dövlət Departamenti hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. 


Oxumağa davam et

Dünya

Müsəlman olduğum üçün işdən çıxarıldım - Qəni

Müsəlman olmağımdan narahat olduqları üçün işdən çıxarıldım.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü Nüsrət Qəni deyib.

O, müsəlman olduğuna görə həmkarlarını narahat etdiyi üçün nazirlikdə vəzifəsindən azad edildiyini bildirib.

Qeyd edək ki, N.Qəni 2020-ci ilin fevralında Aviasiya və Dəniz Nəqliyyatı üzrə Dövlət Nazirliyindəki vəzifəsindən azad edilib.

Oxumağa davam et

Dünya

Türkiyədə AĞIR QƏZA: çox sayda yaralı var

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Çorum-Amasya yolunda yolların buz bağlaması nəticəsində sürücüsü idarəetməni itirib və sərnişin avtobusu maneələrə çırpılıb. Qəza nəticəsində 1-i uşaq olmaqla 30 sərnişin yaralanıb.

Qəza saat 03:00 radələrində Çorum-Amasya yolunun Merzifon mahalında meydana gəlib.

Hüseyn

Oxumağa davam et
Reklam

Gündəm