Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Türkiyə beynəlxalq aləmdə adını dəyişir

Türkiyə hökuməti dövlətin adının beynəlxalq ailəmdə “Turkey” deyil “Türkiye” adlandırılması üçün kampaniyaya başlayıb.

Publika.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, ölkənin beynəlxalq səviyyədə kimliyini qorumaq, etibar və nüfuzunu daha da gücləndirmək üçün bundan sonra “Turkey” deyil, “Turkiye” kimi yazaq və tələffüz edək.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə bildirib ki, xaricdə “Hello Türkiye” adlı kampaniyaya başlayıblar.

Rəylər

Dünya

İran bu təşkilata qayıtdı

İran 6 ildən sonra İslam Əməkdaşlıq Təşkilatına qayıdıb. 

Publika.az xəbər verir ki, 3 iranlı diplomat İslam Əməkdaşlıq  Təşkilatının Ciddə şəhərində yerləşən ofisində fəaliyyətini bərpa edib. 

Səudiyyə Ərəbistanı iranlı diplomatlara viza verib və onlar Ciddə şəhərinə yola düşüblər. 

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Bu zaman Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən ərazisində "Ənsar Allah" hərəkatına (husilər) qarşı hərbi əməliyyatlara başlayıb. İran isə Səudiyyə Ərəbistanının bu addımını  regionda sabitliyin pozulması kimi qələmə verib. Ər-Riyad öz növbəsində Tehranı husiləri dəstəkləməkdə ittiham edir. 

Tural Turan

Oxumağa davam et

Dünya

Ermənistan parlamentində yenidən dava düşdü - VİDEO

Ermənistan parlamentində yenidən qarşıdurma baş verib.

Publika.az xəbər verir ki, qarşıdurmaya səbəb vitse-spiker Ruben Rubinyanın “türk agenti” adlandırılmasıdır.

R.Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması prosesində xüsusi nümayəndəsi olaraq yanvarın 14-də Moskvada Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb.

Parlamentdə görüşlə bağlı məlumat verən Rubinyan müxalifət nümayəndələri tərəfindən “agent” olaraq ittiham edilib. Əvvəlcə kürsüdən atışma ilə başlayan 
qarşıdurma daha sonra bir-birinin üzərinə yeriməklə müşahidə olunub. Əlbəyaxa davanın qarşısı son anda alınıb.

Oxumağa davam et

Dünya

Xameneinin bacısı qızı həbs edildi

İranda Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani həbs edilib.

Publika.azAxar.az-a istinadla xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri onun tutulma səbəbini Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndirib.

Aktivist Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb. O, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb. İranın təhlükəsizlik orqanları fəalın evində axtarış əməliyyatı keçirib və Muradxaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, Evin zindanının “209-cu kolon” adlanan - ETTELAAT-ın təcridxanasına köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Fəridə Muradxani İranın ali dini lideri Əli Xameneinin bacısı qızıdır.

Oxumağa davam et
Reklam

Gündəm